Məhkəmə qərarları › İş №e-2(004)-1270/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1270/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1270/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər X2 və X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 444,18 (dörd yüz qırx dörd manat on səkkiz qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (yüz əlli) manat pulun və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun ümumilikdə 638.44 (altı yüz otuz səkkiz manat qırx dörd qəpik) manat məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Sonradan Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X6 tərəfindən verilmiş köhnə lisenziya UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya iə yenilənmişdir. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 1-nın mülkiyyətçisi çıxarışa əsasən cavabdehdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh ilə AG Telekom MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2007-ci il tarixdə bu ünvan KATV1-in şəbəkəsinə qoşulmuş, xx.xx.2018-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2018-ci il tarixdə 7.30 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0934 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edilən zaman mənzil sakinini KATV1-in kabel televiziyası xidmətindən istifadə etmədiklərini bildirmiş, mənzilə baxış keçirilməsi tələb edilsə də mənzil sakini buna icazə verməmişdir. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edir ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2018-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2022ci ilədək olan müddət 1308 gün təşkil edir. Qeyd edilən 1308 günün hər gün üçün 33 qəpik olmaqla 458.04 manat maddi ziyan təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmiş və məktublar qəbul edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. "xxxx" MMC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə KATV1-in şəbəkəsinə qoşulmuş, xx.xx.2018-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2018-ci il tarixdə şəbəkədən ayrılmışdır. Ola bilsin ki, şəbəkədən ayrılan zaman 7.30 manat borcu olmuşdur. Lakin şəbəkədən ayrıldıqdan sonra onun tərəfindən qanunsuz qoşulma halı baş verməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: 22 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. Abunəçi xx.xx.2018-ci il tarixinədək son ödəməsini edib, xx.xx.2018-ci il tarixində 7,30 (yeddi manat otuz qəpik) manat borc ilə şəbəkədən ayrılıb. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22saylı MKİS-İ arayışından görünür ki, Quliyev X4 rayonu, Şərifzadə küçəsi, ev 96 mənzil 16 ünvanı onun adınadır və qeydiyyata düşməyibdir. İddiaçı MMC (bundan sonra “Sifarişçi”) ilə "xxxx" MMC (bundan sonra “İcraçı” arasında bağlanılmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, Sifarişçi müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsini, aradan qaldırılmasının və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını və digər xidmətləri (bundan sonra “Xidmətlər”) sifariş verib “İcraçıya” razılaşdırılmış xidmətlərin haqqını ödəyir. “İcraçı” “Sifarişçiyə” xidmətləri göstərir. Müqavilənin 3.1.1-ci və 3.1.2-ci bəndində göstərilən işlər üçün qanunsuz qoşulma aşkar olmuş hər ünvana görə məhkəmənin icraatına qəbul edildikdən sonra "İcraçı ya 150 (yüz əlli) manat məbləğində pul ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən "Sifarişçi" xidmətlərin göstərilməsi üçün Müqavilənin 3.1.3-cü bəndində göstərilən işlərə görə "İcraçı'ya 40 (qırx) manat məbləğində pul ödəyir.Müqavilənin 4.3-cü maddəsinə əsasən "Sifarişçi" xidmətlərin göstərilməsi üçün Müqavilənin 3.1.4-cü bəndində göstərilən işlərə görə yığılmış pul vəsaitlərinin 40 (qırx) faizini "İcraçıya” ödəyir. xx.xx.2023-сü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə 150 manat ödənilmişdir. İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 09 fevral 2022-ci il tarixli 8934 saylı akta əsasən, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 96 mənzil 16 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. Akta əlavədən görünür ki, mənzil 16 KATV-nin söndülürmüş abunəçisi olduğu halda KATV-nin şəbəkəsinə qanunsuz qoşulmuşdur. Kabel KATV1” şəbəkəsinin aşağı hissəsindən çıxaraq şlank vasitəsilə 1-ci mərtəbəyə düşərək divardan mənzilə daxil olmuşdur. Qapını döydükdə 1 kişi açdı və mənzilə baxış keçirməyə icazə vermədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2007-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsi, ev 96 mənzil 16 ünvanı üzrə KATV1-in şəbəkəsinə qoşulmuş, xx.xx.2018-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2018-ci il tarixdə 7.30 manat borcla şəbəkədən ayrılmışdır. Hazırda iddiaçı yaranmış borcun Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh izahatında bildirmişdir ki, şəbəkədən ayrılan zaman ola bilsin 7.30 manat borcu qalmışdır. Kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda iddiaçının Cavabdeh qarşı iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin qanunsuz qoşulma nəticəsində vurulan maddi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 22 aprel 2018-ci il tarixli aktın tərtibi zamanı cavabdehin və ya onun ailə üzvünün iştirakı təmin edilməmişdir. Habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 22 aprel 2018-ci tarixdə tərtib edilməsinə bağmayaraq 4 il ərzində həmin aktla bağlı cavabdehdən pul istənməmiş və 4 ildən sonra həmin akta əsaslanaraq məhkəməyə müraciət olunmuşdur. İddiaçı tərəfindən aktın tərtib edilməsi qaydaları pozulduğuna görə İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi 22 aprel 2018-ci il tarixli 8934 saylı akt qüsurlu olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz və cavabdehdən istifadə etmədiyi televiziya kanallarına görə pul tələb edilməsi üçün yetərli deyildir. Həmçinin, iddiaçı iş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüyə əsaslandığını bildirsə də, məhkəmə iclasında həmin videogörüntülər izlənilmiş və həmin videoçəkilişdə Yasamal rayonu, Şərifzadə küçəsi, ev 96 mənzil 16 ünvan üzrə KATV-nin şəbəkəsinə qanunsuz qoşulmanı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7,30 (yeddi manat otuz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7,30 (yeddi manat otuz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar