Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1273/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Sonradan Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X4 tərəfindən verilmiş köhnə lisenziya UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya iə yenilənmişdir. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. DƏDKR publik hüquqi şəxs tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli, **********39 №-li cavab məktubundan görünür ki, (bax: cavab məktububu 2-ci vərəqi 4-cü abzası) ünvan 1 xx.xx.1995-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda da mülkiyyətindədir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 1-da yaşamış X1 ilə AG Telekom MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2019-cu il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2019-cu il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 9066 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirik ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin iddiaçıya məxsus kabel şəbəkəsindən ayrıldığı xx.xx.2019-cu ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2022-ci ilədək olan müddət 1173 gün təşkil edir. Qeyd edilən 1173 günün hər gün üçün 33 qəpik olmaqla 387.09 manat maddi ziyan təşkil edir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini (razılıq) nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Kabel televiziya xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə xidmətə qoşulmuş, xx.xx.2019-cu il tarixdə son ödəməni etmiş və xx.xx.2019-cu il tarixdə şəbəkədən borcsuz ayrılmışdır. İş materiallarına ünvan 1 ünvanına nəzarət baxışının keçirilməsi barədə 9066 nömrəli akt əlavə edilmişdir. İş materiallarına Sifarişçi "xxxx" MMC ilə İcraçı "xxxx" MMC arasında “Hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2019-cu il tarixli müqavilə əlavə edilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müəyyən edilir ki, qanunsuz qoşulma aşkar olunmuş hər ünvana görə Sifarişçi İcraçıya 150 manat məbləğində pul ödəyir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Sifarişçi "xxxx" MMC İcraçı "xxxx" MMC-yə müqavilə üzrə 150 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki iddia tələbi üzrə hər üç dispozitiv şərt yerinə yetirilir. İddia olunan pul tələbinin hüquqi əsasının müqavilədən kənar formada yaranması əsas götürülməklə iddia tələbinin qanuni əsasını öhdəlik (müqavilə şərtləri) münasibətləri təşkil etməsi istisna olunur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə fəaliyyəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat və hüquqi xidmətlərin göstərilməsinə görə 150 (yüz əlli) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 387.09 (üç yüz səksən yeddi manat doqquz qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (yüz əlli) manat pul və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 567.49 (beş yüz altmış yeddi manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 387.09 (üç yüz səksən yeddi manat doqquz qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (yüz əlli) manat pul və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 567.49 (beş yüz altmış yeddi manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1273/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-1273/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver