Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1274/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-6380/2010 saylı, xx.xx.2010-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişdirərək, – xx.xx.2010-cu il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə hər ay Cavabdeh gəlirlərinin ¼ hissəsində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Cavabdeh iddiaçı X2 iddia tələbini qismən qəbul edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşma çatanadək hər ay 1000 (bir min) manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürür;
2. Tərəflərin razılaşmasına əsasən aliment məbləği azyaşlı X3 adma açılacaq bank hesabına ödəniləcəkdir;
3. İddiaçı gələcəkdə Cavabdeh qarşı təkrar olaraq alimentin artırılması tələbinə dair iddia irəli sürülməyəcəyini vəd edir;
4. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 gələcəkdə Çexiya Respublikası ərazisində daimi yaşayışına etiraz etmədiyini və bununla bağlı olaraq öz tərəfindən bütün tələb olunan notarial razılıq ərizələrinin veriləcəyini bəyan edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2025-ci il tarixli barışıq sazişləri qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişlərinin bağlanması ilə əlaqədar iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişləri təsdiq edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Cavabdeh iddiaçı X2 iddia tələbini qismən qəbul edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşma çatanadək hər ay 1000 (bir min) manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürür;
2. Tərəflərin razılaşmasına əsasən aliment məbləği azyaşlı X3 adma açılacaq bank hesabına ödəniləcəkdir;
3. İddiaçı gələcəkdə Cavabdeh qarşı təkrar olaraq alimentin artırılması tələbinə dair iddia irəli sürülməyəcəyini vəd edir;
4. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 gələcəkdə Çexiya Respublikası ərazisində daimi yaşayışına etiraz etmədiyini və bununla bağlı olaraq öz tərəfindən bütün tələb olunan notarial razılıq ərizələrinin veriləcəyini bəyan edir. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Xəlil