Məhkəmə qərarları › İş №e-2(004)-1283/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1283/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1283/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanu Ədalət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olmuşdu. Birgə nikahdan onların xx.xx.2014-cü il tarixində X2 adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğuna görə və birgə yaşamaq mümkün olmadığına görə o Yasamal Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulmasını, uşağın onun yanında saxlanılmasını və alimentin tutulması barədə iddia ərizəsi vermişdi. Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun icraatında olan işə baxılmışdır və xx.xx.2021-ci il tarixli, 2(004)-4650/2021 saylı qətnamə ilə nikah pozulmuşdur, uşaq onun himayəsinə verilmişdir və uşağın saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat aliment tutulmuşdur. Yasamal Rayon Məhkəməsi tərəfindən 2021ci il üçün dövlət tərəfindən müəyyən edilən minimum alimenti təyin etmişdir. Qeyd olunan məhkəmədən artıq 2 ilə yaxın vaxt keçib və hər gün gündəlik tələbatlar üçün əldə olunan məhsullar mağazalarda bahalaşdığına görə dövlət tərəfindən minimum alimentidə qaldıraraq 2023-cü il üçün 220 manat müəyyən etmişdir. Hal-hazırda uşaq orta məktəbdə təhsil alır. Uşağın xərci yetərincə artmışdır. Hazırki aliment məbləği uşaqların tələbətlarının ödənilməsinə kifayət etmir. Həmçinin Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək mənim üçün çox çətindir. Dəfələrlə cavabdehə alimentin artıq ödənilməsi ilə bağlı müraciət etsə belə, cavabdeh onun müraciətlərinə məhəl qoymamışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət edir. xx.xx.2023-cü il tarixində Bakı 13 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmişdir. Cavabdeh mediasiya sessiayasında iştirak etməkdən imtina etmişdir və bildirmişdir ki artıq heç bir ödəniş etmiyəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə xitam verilmiş və akt qeydləri kitabında 24 fevral 2022-ci il tarixdə 82 nömrə ilə qeydə alınmışdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 atası hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4650/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulma müddətinin xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştiak etmişlər və mediasiya xərci olan 50 manat İddiaçı tərəfindən ödənilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 175 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 9.01.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 9.01.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar