Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-129/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə avtomobilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 8298 manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 5600 manat, qiymətləndirmə xərci olaraq ödənilmiş 150 manat xidmət haqqının, cəmi 14048 manat məbləğində pul və ödənilmiş 132,14 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı özünə məxsus “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov Rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığında dayanan zaman “Volswagen Polo” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Daha sonra Nərimanov RPİ tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində “BMW” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov Rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığında dayanmış “Volswagen Polo” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuş, nəticədə həmin avtomaşının qabaq hissəsi “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zəncirvari qəza baş vermişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Mirsənan Ağalarov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə barədə inzibati tənbeh növü tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh təqsiri üzündən “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi tam sübuta yetirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli QCM/A007-123/23 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə çəkiləcək xərc 11198 manat təşkil edir. Buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği 5600 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı hesabına 2900,42 manat sığorta ödənişi köçürülmüşdür. İddiaçı tərəfindən "xxxx" MMC-yə 150 manat xidmət haqqı ödənilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir, mütəxəssis rəyi ilə razı deyil. Hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği 4000 manatdan artıq deyil. İddiaçıya avtomobilin təmir edilməsini təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Mirsənan Ağalarovun xx.xx.2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nərimanov rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində BMW 328İ minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozması nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli QCM/A007- 123/23 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə çəkiləcək xərc 11198 manat təşkil edir. Buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği 5600 manat təşkil edir. İş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı məxsus buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə çəkiləcək xərc 11198 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı hesabına 2900,42 manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 9/7929 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2022-ci il buraxılışlı “Haval” markalı ”Dargo” model, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti - 9218 manat, təmirbərpa işlərinin qiyməti-1980 manat olmaqla, 11198 manat təşkil edir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti – 8849,28 manat, təmir-bərpa işlərinin qiyməti-1980 manat olmaqla, 10829,28 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli, ƏEM/M-81- 207/24 saylı mütəxəssis rəyinə əsasən “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan vəsaitin miqdarı 10811 manat, yol-nəqliyyat hadisəsində zədələnməsi nəticəsində əmtəə dəyərinin itirilmiş dəyəri 5500 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı özünə məxsus “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov Rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığında dayanan zaman “Volswagen Polo” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Daha sonra Nərimanov RPİ tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində “BMW” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov Rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığında dayanmış “Volswagen Polo” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuş, nəticədə həmin avtomaşının qabaq hissəsi “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zəncirvari qəza baş vermişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Mirsənan Ağalarov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə barədə inzibati tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli QCM/A007-123/23 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus buraxılış ili 2022-ci il olan “Haval Dargo” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə çəkiləcək xərc 11198 manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği isə 5600 manat müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı hesabına 2900,42 manat sığorta ödənişi köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 9/7929 nömrəli ekspert rəyindəki dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə qeyd edilmiş məbləğ əsas götürülməklə müəyyən edilməli və iddiaçıya ödənilmiş 2900,42 manat sığorta ödənişi də nəzərə alınmaqla Cavabdeh vurulmuş maddi zərərə görə 7928,86 (10829,28 manat-2900,42 manat) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 5600 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də qismən təmin edilməlidir. Belə ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli, ƏEM/M-81-207/24 saylı mütəxəssis rəyinə əsasən “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsində zədələnməsi nəticəsində əmtəə dəyərinin itirilmiş dəyəri 5500 manat müəyyən edilmişdir. Məhkəmə isə həmin məbləği ağlabatan məbləğ hesab etmir. Nəzərə almaq lazımdır ki, “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi nəticəsində zədələnmədən əvvəl də, iddiaçının istifadəsində olmuş və aşınma olmuşdur. Buna görə də, məhkəmə “Haval Dargo” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsində zədələnməsi nəticəsində əmtəə dəyərinin itirilmiş dəyərinin 2300 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qiymətləndirmə xərci olaraq ödənilmiş 150 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,14 manat pul alınaraq İddiaçı ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul da Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7928,86 (yeddi min doqquz yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş ziyana görə 2300 (iki min üç yüz) manat olmaqla, ümumilikdə 10228,86 (on min iki yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,14 (bir yüz otuz iki manat on dörd qəpik) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7928,86 (yeddi min doqquz yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş ziyana görə 2300 (iki min üç yüz) manat olmaqla, ümumilikdə 10228,86 (on min iki yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,14 (bir yüz otuz iki manat on dörd qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-129/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-129/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver