Məhkəmə qərarları › İş №e-2(004)-1307/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1307/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1307/2023 12.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Kreditor İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, borcludan kreditorun xeyrinə 2804 manat borc, 300 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3124 manat pulun tutulması barədə məıhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Vorld Telekom" MMC-nin direktoru Nümayəndə2 ilə Cavabdeh arasında 07 may 2020-ci il tarixdə hissə-hissə ödəmək şərti ilə WTCN- 006038 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcı olan Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 2804 manat olan İphone 11 pro 64 (İMEİ **********20812) markalı mobil telefon almışdır. Müqavilənin 4-cu bəndinə uyğun olaraq alıcı Cavabdeh 07.06 2020-cı ıl tarixdən başlayaraq hər ayın 7-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq, aylıq 1402 manat ödəniş etməli olduğu halda, aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-2804 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən “bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir”. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək zərurəti yaranmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-3217/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu etiraz ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 2(004)- 3217/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinin ləğv olunmasını və işin iddia icraatına keçirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1307/2023 saylı qərardadı ilə etiraz təmin edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh iddia tələblərinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 07 may 2020-ci il tarixli WTCN-006038 nömrəli alqı-satqı müqaviləsi onunla bağlanmamış və onun tərəfindən İphone 11 pro 64 (İMEİ **********20812) markalı mobil telefon iddiaçıdan alınmamışdır. Alqı-satqı, girov müqaviləsi, təhvil təslim aktı, müqavilə üzrə ödəniş cədvəlində olan imzalar onun tərəfindən imzalanmamışdır, ona məxsus deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli WTCN-006038 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 2804 manat olan İphone 11 pro 64 (İMEİ **********20812) markalı mobil telefon almış, malların dəyərini müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli WTCN-006038 nömrəli müqavilə üzrə ödənişlərin cədvəlinə əsasən, Cavabdeh (kod: CN-********) İddiaçı MMC-yə 2804 manat borcu mövcud olmuşdur. xx.xx.2020-ci il tarixli WTCN-006038 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təmini məqsədilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020ci il tarixli WTCN-006038 nömrəli girov müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən, İphone 11 pro 64 (İMEİ **********20812) markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 4/705 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, 7 may 2020-ci il tarixli № WTCN-006038 nömrəli müqavilə üzrə ödənişlərin cədvəlində “Alıcı” qrafasındakı imza; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 7 may 2020-ci il tarxli № WTCN-006038 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsində “Alıcı” hissəsində “İmza:” qrafasındakı imza; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 7 may 2020-ci il tarxli № WTCN-006038 nömrəli girov müqaviləsində “Girov qoyan:” hissəsində “İmza:” qrafasındakı imza; 7 may 2020-ci il tarxli təhvil-təslim aktında “Alıcı” hissəsində “İmza:” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 407. Müqavilənin bağlanması anı 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 4/705 nömrəli ekspert rəyinə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanıldığı iddia edilən müqavilələrdəki imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğundan, müqavilələr bağlanılmamış hesab edilir və həmin müqavilələr üzrə Cavabdeh hər-hansı bir öhdəliyi yarana bilməz. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar