Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1321/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1rşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" MMC-nin cavabdeh X1rşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.01.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 30.12.2021-ci il tarixinə yaranmış 160 manat əsas borc, 24 manat cərimə borcu, cəmi 184 manat borcun, 01.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 461,40 manat əsas borc, 69,20 manat cərimə borcu, cəmi 530,60 manat borcun və 02.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 461,60 manat əsas borc, 69,20 manat cərimə borcu, cəmi 530,60 manat borcun, ümumilikdə 1245,20 manat borcun və 32,45 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh X4 rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış 21.01.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “X6 8” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla, cəmi 429 manat, 01.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Apple” markalı qulaqcıq üçün 12 ay ödəniş cədvəli üzrə 53 manat olmaqla, cəmi 631,40 manat və 02.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Apple” markalı qulaqcıq üçün 12 ay ödəniş cədvəli üzrə 53 manat olmaqla, cəmi 631,40 manat, ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq, üç müqavilə üzrə qalıq qalmış 1082,80 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, X5 borcunu ödəməkdən boyun qaçırmışdır. 30.12.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, X3 21.01.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 160 manat məbləğində əsas, 240 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%-i), cəmi 400 manat borcu, 01.03.2021-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsi üzrə 461 manat məbləğində əsas, 692 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%-i), cəmi 1153,40 manat borcu və 02.03.2021-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə isə 461 manat məbləğində əsas, 692 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%-i), cəmi 1153,40 manat borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X2 21.01.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzə 160 manat məbləğində əsas borc, 24 manat məbləğində cərimə borcu, 01.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzə 461 manat məbləğində əsas borc, 69,20 manat məbləğində cərimə borcu və 02.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzə 461 manat məbləğində əsas borc, 69,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1244,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 32,45 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən sadələşmiş qaydada kiçik ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X2 21.01.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzə 160 (yüz altmış) manat məbləğində əsas borc, 24 (iyirmi dörd) manat məbləğində cərimə borcu, 01.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzə 461 (dörd yüz altmış bir) manat məbləğində əsas borc, 69,20 (altmış doqquz manat iyirmi qəpik) manat məbləğində cərimə borcu və 02.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzə 461 (dörd yüz altmış bir manat) manat məbləğində əsas borc, 69,20 (altmış doqquz manat iyirmi qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 1244,40 (min iki yüz qırx dörd manat qırx qəpik) manat məbləğində pul və 32,45 (otuz iki manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1321/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1321/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver