Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1325/2022 05.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində olan “X1 C 180" minik markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq cavabdeh “XALQ SİĞORTA" ASC-dən 4790 (dörd min yeddi yüz doxsan) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 05.03.2022-ci il tarixinə, saat 12.00-a təyin olunmuş məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. 02.03.2022-ci il tarixdə elektron kabinet vasitəsilə İddiaçı “iddiadan imtina barədə” ərizəsi daxil olmuşdur. O, öz ərizəsində bildirmişdir ki, avtomobilə vurulmuş ziyan cavabdeh "xxxx" ASC tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda onun "xxxx" ASC-nə qarşı heç bir tələbi yoxdur. Ona görə də "xxxx" ASC-nə qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbindən tam şəkildə imtina etdiyini və imtinanın məhkəmə tərəfindən qəbul edilməsini və ödənilmiş 67,90 manat məbləğində dövlət rüsumunun ona qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iddiaçının 02.03.2022-ci il tarixli ərizəsini araşdıraraq hesab edir ki, iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 67,90 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla icraata xitam verildikrə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266- 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən 26 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən AsanPay vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 67,90 (altmış yeddi manat doxsan qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya (Hesab nömrəsi: AZ95İBAZ********************, Alan bank: Azərbaycan Beynəlxalq Bankının İmişli filialı, SWİFT kodu: İBAZAZ2X, Müxbir hesabı: AZ03NABZ********************, Alan bankın kodu: 805283, Bankın VÖEN-İ: **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1325/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1325/2022
05.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver