Məhkəmə qərarları › İş №e-2(004)-1334/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1334/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1334/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.2.16-cı bəndinə əsasən “Borcverən” müqavilə üzrə əlavə sənədləşmə aparmadan kreditin limitini birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Borcverən” qeyd olunan məbləğdə və faizlə kredit xətti ayırır və ssuda hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 1499,62 (min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat əsas, 230,68 (iki yüz otuz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 1730,30 (min yeddi yüz otuz manat otuz qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, cavabdeh X1 1499, 62 (min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat əsas, 230,68 (iki yüz otuz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 1730,30 (min yeddi yüz otuz manat otuz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 37,31 (otuz yeddi manat otuz bir qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.2.16-cı bəndinə əsasən “Borcverən” müqavilə üzrə əlavə sənədləşmə aparmadan kreditin limitini birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Borcverən” qeyd olunan məbləğdə və faizlə kredit xətti ayırır və ssuda hesabı açmış, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, X3 ilə "xxxx" KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 1499,62 (min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat əsas, 230,68 (iki yüz otuz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 1730,30 (min yeddi yüz otuz manat otuz qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin X2 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.2.16-cı bəndinə əsasən “Borcverən” müqavilə üzrə əlavə sənədləşmə aparmadan kreditin limitini birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Borcverən” qeyd olunan məbləğdə və faizlə kredit xətti ayırır və ssuda hesabı açmış, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 01 fevral 2023-cü il tarixinə onun "xxxx" KB ASC-yə 1499, 62 (min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat əsas, 230,68 (iki yüz otuz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 1730,30 (min yeddi yüz otuz manat otuz qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X3 “Borcverən” "xxxx" KB ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8972sCNTR/19 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış münasibətlərə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən hər hansı əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 62,37 (altmiş iki manat otuz yeddi qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8972sCNTR/19 nömrəli kredit müqaviləsi ləğv edilməklə iddia təmin edilməli, cavabdeh X1 1499, 62 (min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat əsas, 230,68 (iki yüz otuz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 1730,30 (min yeddi yüz otuz manat otuz qəpik) manat məbləğində borc və ödənilmiş 37,31 (otuz yeddi manat otuz bir qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8972sCNTR/19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh X1 1499,62 (min dörd yüz doxsan doqquz manat altmış iki qəpik) manat əsas, 230,68 (iki yüz otuz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 1730,30 (min yeddi yüz otuz manat otuz qəpik) manat məbləğində borc və ödənilmiş 37,31 (otuz yeddi manat otuz bir qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar