Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-134/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, “X4” MTK və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə № 1-xx-xx-2023-COB-GH nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsas borc üzrə 84742,8 manat əsas və 3477,23 manat faiz borcu olmaqla, cəmi 88220,03 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 354,66 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulması; tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********17-05301-093424) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, “X4” MTK və Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış № 1-xx-xx-2023-COB-GH nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 10 faiz olmaqla, 140 (yüz qırx) ay müddətinə 87600 (səksən yeddi min altı yüz) manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə “X4” MTK və Cavabdeh2 arasında № 1-xx-xx-2023-COB-GH nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri imzalanmışdır. № 1-xx-xx-2023-COB- GH nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi ilə Cavabdeh1 ilə Bank arasında bağlanan 1-xx-xx-2023-COB-GH saylı, xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********17-05301-093424) ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəfindən ümumilikdə 52,48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Əlavə olaraq, **********079 saylı ərizəyə əsasən Nümayəndə3 əmlakın ipoteka ilə yüklü edilməsini razılıq vermiş və əmlaka tutma yönəldildiyi halda qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Yuxarıda adı çəkilən № 1-xx-xx-2023-COB-GH nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinə cavabdehlərin 84742.8 manat əsas və 3477.23 manat faiz borcu olmaqla, cəmi 88220,03 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, “X4” MTK və Cavabdeh2 xx.xx.2024-cü il tarixində 6-2-22/2- 16758/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 354,66 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. İşə baxılan zaman "xxxx" ASC xx.xx.2025-ci il tarixdə sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, “X4” MTK və Cavabdeh2 iddiaçı “X2” ASC-nin xeyrinə № 1-xx-xx-2023-C06-GH nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 84656,27 manat əsas, bildirişin göndərildiyi xx.xx.2024-cü il tarixdən sonra ödənilməmiş 5% faizə 5067,62 manat faiz borcu olmaqla, cəmi 89723,89 manat məbləğindəki borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 52,48 manat məbləğindəki dövlət rüsumu və xidmət haqqının cavabdehlərdən tutulması; № 1-xx-xx-2023-COB-GH nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********17-05301-093424) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər “Cavabdeh1, “X4” MTK və Cavabdeh2 tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi; məhkəməyə müraciət üçün ödənilmiş 359,17 manat dövlət rüsumu, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə ödənilmiş 250 manat ekspertiza xərci və 0,80 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, “X4” MTK və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, pretenziya vaxtına əsasən cavabdehin faiz borcu yoxdur. Əsas borclu Cavabdeh1dır, digər cavabdehlər isə zamindirlər. Mənzil Cavabdeh1 mülkiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları və hüquqi ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi Nümayəndə3 Bəhiş oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Evin qiyməti həddindən artıq aşağı qiymətləndirilib. O, özü müstəqil qiymətləndiricidə evin qiymətləndirməsini aparmışdır. Həmin rəyi məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli, 1-xx-xx-2023-COB-GH saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 140 ay müddətinə illik 10% dərəcəsi ilə 87600 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə Cavabdeh2 və “X4” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1-xx-xx-2023-COB-GH saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 və “X4” Mənzil Tikinti Kooperativi bank qarşısında Cavabdeh1 12 yanvar 2023-cü il tarixli, 1-xx-xx-2023-COB-GH saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. - xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə “Bank” arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli borc haqqında arayışa əsasən, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 120YML********** nömrəli kredit müqaviləsinə üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 84656,27 manat əsas, 3289,57 manat məbləğində faiz borcu, 0,02 manat məbləğində cərimə, 0,40 manat komissiya haqqı, cəmi 87945,86 manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tariхli, 120YML********** saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 84742,80 manat əsas borcu, 3477,23 manat faiz borcu yaranmışdır. Borcun 3 gün müddətində ödənilməməsi təqdirdə, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilmişlər. - "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-155/2024 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 ünvanında yerləşən mənzilin likvid dəyəri 166000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. - “X3” MMC-nin xx.xx.2024-cü il tarixli, 197 saylı hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 ünvanında yerləşən mənzilin bazar dəyəri 419840 manat təşkil edir. - “X5 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YQDM №004-250/2024 saylı hesabatın nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 ünvanında yerləşən mənzilin likvid dəyəri 308000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 250 manat iddiaçı "xxxx" ASC tərəfindən “X5 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3002 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 12 yanvar 2023-cü il tarixli 1-xx-xx-2023-COB-GH nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 87482,46 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu – 83294,86 manat, faiz borcu – 0 manat, 5% ilə faiz borcu – 4187,6 manat. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1-xx-xx-2023-COB-GH saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 140 ay müddətinə illik 10 faiz olmaqla 87600 manat məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 mənzil banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 və “X4” Mənzil Tikinti Kooperativi arasında xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. “X5 Mərkəzi” MMC-nin YQDM №004-250/2024 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1nun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 ünvanında yerləşən mənzilin likvid qiyməti 308000 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1, “X4” MTK və Cavabdeh2 iddiaçı “X2” ASC-nin xeyrinə № 1-xx-xx-2023-C06-GH nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 84656,27 manat əsas, bildirişin göndərildiyi xx.xx.2024-cü il tarixdən sonra ödənilməmiş 5% faizə 5067,62 manat faiz borcu olmaqla, cəmi 89723,89 manat məbləğindəki borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 52,48 manat məbləğindəki dövlət rüsumu və xidmət haqqının cavabdehlərdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, “X4” MTK və Cavabdeh2 müştərək qaydada 1-xx-xx-2023-COB-GH saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 83294,86 (səksən üç min iki yüz doxsan dörd manat səksən altı qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 4187,60 (dörd min yüz səksən yeddi manat altmış qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsum və xidmət haqqı olmaqla, cəmi 87534,94 (səksən yeddi min beş yüz otuz dörd manat doxsan dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3002 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 12 yanvar 2023-cü il tarixli 1-xx-xx-2023-COB-GH nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 87482,46 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu – 83294,86 manat, faiz borcu – 0 manat, 5% ilə faiz borcu – 4187,6 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3002 saylı ekspert rəyinə əsasən ekpert rəyi ilə müəyyən edilmiş əsas borc 83294,86 manat müəyyən edilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2 və “X4” Mənzil Tikinti Kooperativi borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də cavabdehlər Cavabdeh2 və “X4” MTK-dan onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borc məbləğini iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 1-xx-xx-2023-C06-GH nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5067,62 manat məbləğində pulun tutulması hissəsində də qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3002 saylı ekspert rəyi nəzərə alınmaqla 4187,6 manat hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 1 (yeni qaydalarla: AZ1122, ünvan 5 ünvanında yerləşən mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat məbləğində rüsumun və xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 52,48 manat (əlli iki manat qırx səkkiz qəpik) xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan evin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. 14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, “X5 Mərkəzi” MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən “X5 Mərkəzi” MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 308000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTKdan müştərək qaydada 1-xx-xx-2023-COB-GH saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 83294,86 (səksən üç min iki yüz doxsan dörd manat səksən altı qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 4187,60 (dörd min yüz səksən yeddi manat altmış qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsum və xidmət haqqı olmaqla, cəmi 87534,94 (səksən yeddi min beş yüz otuz dörd manat doxsan dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 308000 (üç yüz səkkiz min) manat müəyyən edilməklə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 359,17 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İş üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri – 250 (iki yüz əlli) manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada 1-xx-xx- 2023-COB-GH saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 83294,86 (səksən üç min iki yüz doxsan dörd manat səksən altı qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 4187,60 (dörd min yüz səksən yeddi manat altmış qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsum və xidmət haqqı olmaqla, cəmi 87534,94 (səksən yeddi min beş yüz otuz dörd manat doxsan dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 308000 (üç yüz səkkiz min) manat müəyyən edilməklə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 359,17 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X4” MTK-dan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İş üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri – 250 (iki yüz əlli) manat məbləğində pul iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-134/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-134/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver