Məhkəmə qərarları › İş №e-2(004)-1341/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1341/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1341/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00183-01 №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 kreditin əsas borcu üzrə 35000 manat məbləğində qalıq, ona hesablanmış 5513,13 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 41513,13 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 214,54 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 88000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 35000 manat məbləğində qalıq, ona hesablanmış 5513,13 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 41513,13 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 214,54 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; iddia predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00183-01 №-li İstehlak Krеdit Müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 35.000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylıevin, 35 saylı mənzilini ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tariхli, 2022/00183-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 88000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. 31 yanvar 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 35000 manat məbləğində qalıq, ona hesablanmış 5513,13 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 41513,13 manat məbləğində borc yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etidyini bildirmiş, borcun olmasını etiraf etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı BOKT ASC ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, 2022/00183-01 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC borcalana 36 ay müddətinə illik 30 faiz hesablanmaq şərti ilə 35000 manat məbləğində kredit vermiş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh2 banka xx.xx.2023-cü il tarixinə olan borcu əsas borc üzrə 35000 manat, faiz borcu üzrə 5513,13 manat, ödənişlərin gecikdirilməsinə görə 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 41513,13 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00183-01 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə heç bir ödəniş aparılmamışdır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00183-01İP nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdehlər əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 64 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 232 saylı evin 35 saylı mənzilinin müqayisəli satışlar metodundan istifadə etməklə xx.xx.2023-cü ilə hazırki dəyəri 93000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 1000 məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00183-01 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 35000 manat əsas borc, 5513,13 manat faiz borcu olmaqla, 100 manat məbləğində dəbbə pulu, cəmi 40613,13 manat məbləğində pul vəsaiti İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilin ilkin satış qiyməti 93000 (doxsan üç min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməli, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti mövcud borcun ödənilməsinə kifayət etməzsə qalan məbləğ Cavabdeh2 tutulmalı, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil 1 (bir) ay ərzində boşaldılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən 40613,13 manat məbləğində təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq yəni 214,54 manat məbləğində deyil, 211,84 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00183-01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 35000 (otuz beş min) manat əsas borc, 5513,13 (beş min beş yüz on üç manat on üç qəpik) manat faiz borcu olmaqla, 100 (yüz) manat məbləğində dəbbə pulu, cəmi 40613,13 manat və dövlət rüsumu olaraq ödənilmiş 211,84 (iki yüz on bir manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilin ilkin satış qiyməti 93000 (doxsan üç min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilsin. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti mövcud borcun ödənilməsinə kifayət etməzsə qalan məbləğ Cavabdeh2 tutulsun. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 232 saylı evin, 35 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil 1 (bir) ay ərzində boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar