Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1345/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Rabitəbank ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rabitəbank ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4920,5 (dörd min doqquz yüz iyirmi manat əlli qəpik) manat, faiz borcuna 323,06 (üç yüz iyirmi üç manat altı qəpik) manat, dəbbə borcuna görə 651,56 (altı yüz əlli bir manat əlli altı qəpik) manat, cəmi 5895,12 (beş min səkkiz yüz doxsan beş manat on iki qəpik) manat məbləğində pulun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Rabitəbank ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsinə əsasən illik 18% olmaqla 24 (iyimi dörd) ay müddətinə 6000 (altı min) manat məbləğində cavabdehə kredit verilmişdir. 07 aprel 2021-ci il tarixli, YSNPU- 05151 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 7-dən gec olmayaraq hər ay 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4920,5 (dörd min doqquz yüz iyirmi manat əlli qəpik) manat, faiz borcuna görə 323,06 (üç yüz iyirmi üç manat altı qəpik) manat, dəbbə borcuna görə 651,56 (altı yüz əlli bir manat əlli atlı qəpik) manat, borcun cəmi məbləği 5895,12 (beş min səkkiz yüz doxsan beş manat on iki qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4920,5 (dörd min doqquz yüz iyirmi manat əlli qəpik) manat, faiz borcuna görə 323,06 (üç yüz iyirmi üç manat altı qəpik) manat, dəbbə borcuna görə 651,56 (altı yüz əlli bir manat əlli atlı qəpik) manat, borcun cəmi məbləği 5895,12 (beş min səkkiz yüz doxsan beş manat on iki qəpik) manat pul tutulmalıdır. Ona görədə Cavabdeh 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4920,5 (dörd min doqquz yüz iyirmi manat əlli qəpik) manat, faiz borcuna görə 323,06 (üç yüz iyirmi üç manat altı qəpik) manat, dəbbə borcuna görə 651,56 (altı yüz əlli bir manat əlli atlı qəpik) manat, borcun cəmi məbləği 5895,12 (beş min səkkiz yüz doxsan beş manat on iki qəpik) manat məbləğində pulun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq Cavabdeh 07 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4620,5 (dörd min altı yüz iyirmi manat əlli qəpik) manat, faiz borcuna görə 488,87 (dörd yüz səksən səkkiz manat altı qəpik) manat, dəbbə borcuna görə 1200 (min iki yüz) manat, borcun cəmi məbləği 6309,37 (altı min üç yüz doqquz manat otuz yeddi qəpik) manat məbləğində pulun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 11.04.2022-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan kemirilməsini, iddianın tam təmin edilərək, yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında bağlanmış 05.04.2021-ci il tarixli, YSNPU-05151 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunur ki, bu müqaviləyə əsasən, Kreditor ən çoxu 60 (altımış) ay müddətinə, illik faiz dərəcəsi 29 (iyirmi doqquz) faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək faiz dərəcəsi 58 (əlli səkkiz) faizdən çox olmamaq şərtilə, maksimum 15 (on beş min) manat məbləğədək ( bu müqavilədə qeyd olunmuş müddət ərzində bağlanaraq bərpa olunmaqla krediti/kreditləri (bundan sonra “Kredit” adlandırılacaq), Kreditin verildiyi tarixə Kreditorun qüvvədə olan daxili şərtlərinə əsasən komisyon haqqı tutmaqla Borcalana verə bilər. Bu müqavilə üzrə Kreditin faktiki illik faiz dərəcəsi minimum 17.8 (on yeddi tam onda səkkiz)%, maksimum 31.34 (otuz bir tam onda üç) faiz təşkil edir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən borcalan kreditorda qeydiyyatda olan və bu müqavilənin 10-cu bəndində göstərilən mobil telefon nömrəsindən ona təqdim edilmiş 16 rəqəmli plastik kartın son 6 rəqəmini qısa mesaj vasitəsilə kreditorun 4133 qısa telefon nömrəsinə yazıb göndərir. İş materiallarında olan 07.04.2021-ci il tarixli, RBNPU-07646 saylı müqaviləyə SMS çıxarışdan görünür ki, müştəri - Cavabdeh SMS vasitəsilə müraciəti əsasında 07.04.2021ci il tarixdə ona illik 18% dərəcəsi ilə, 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Rabitəbank ASC tərəfindən tərtib edilmiş 30 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Rabitəbank ASC arasında bağlanmış 05.04.2021-ci il tarixli, YSNPU-05151 nömrəli kredit müqaviləsinə əsasən 30 mart 2022-ci il tarixinə 4620,5 manat əsas borc, 488,87 manat faiz borcu, 1200 manat cərimə, cəmi 6309,37 manat məbləğində borcu vardır; İş materiallarında olan 20.10.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. 26 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Rabitəbank ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 79 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Rabitəbank ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Rabitəbank ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Məhkəmə 05.04.2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam təmin edilməli, 4620,50 manat əsas borc, 488,87 manat faiz borcu Cavabdeh tutularaq Rabitəbank ASC nə ödənilməlidir. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 1200 dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 200 manat məbləğinədək azaldılmalıdır. Çünki 4620,50 manat əsas borc məbləğinə münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Rabitəbank ASC ödənilən 84 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etsə də iş materiallarına 79 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə etdiyindən 79 (yetmiş doqquz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 aprel 2021-ci il tarixli, YSNPU-05151 saylı kredit müqaviləsi üzrə 4620,5 (dörd min altı yüz iyirmi manat əlli qəpik) manat əsas borc, 488,87 (dörd yüz səksən səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 5309,37 (beş min üç yüz doqquz manat otuz yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1345/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1345/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver