Məhkəmə qərarları › İş №e-2(004)-1353/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1353/2022

07.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1353/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin ilk iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansında olan girişçıxış qapısına nəzarət edən, mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsindən Cavabdeh və onun məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazilər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara uyğun olaraq, inzibati binadan və korpuslardan müəllim, tələbə heyyətinin və texniki işçiləin istifadəsi məqsədi ilə giriş-çıxış qapılarının sayının artırılmasına zərurət yaranmışdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələr və müəllimlərin Ayna Sultanova küçəsi istiqamətindən giriş-çıxış qapısı kimi uzun illər istifadə etdiyi mühafizə otağı, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkilər Kollegiyasının üzvü olmadan hüquqi xidmətlər adı altında qanunsuz fəaliyyətlə məşğul olur. Dəfələrlə mühafizə otağının boşaldılması ilə bağlı yazılı və şifahi müraciət etsələr də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Cavabdeh zəbt etdiyi qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələb olunmasına baxmayaraq, o, müxtəlif bəhanələlə bundan yayınır. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ilkin məhkəmə prosesi üzrə 2021-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində eyni məzmunlu iş araşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadından görünür ki, iş materiallarında olan AZEMİS elektron sistemindən çıxarışa əsasən Cavabdeh 14.07.2017-ci il tarixdən VÖEN almış, VÖEN nömrəsi ********** kimi qeyd edilmişdir. Məhkəmə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və mülki iş materiallarını araşdıraraq mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Hazırki iş üzrə hər iki tərəf vergi ödəyicisidir və qarşı tərəf bu halı məhkəmədən gizlətmişdir. Belə ki, MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndəilməsi barədə əsaslandırılmış qərardad qəbul edir. Qərardada əsasən məhkəmə qeyd etmişdir ki, iş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universiteti hüquqi şəxsdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan və mübahisə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan 2(004)- 3356/2021 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsində isə iddia əizəsi qarşı tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması səbəbindən mülki iş baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Memarlıq və İnşaat Universitetindən müqavilə şətlərini pozduğuna görə 700 manat reklamların dəyəri, 300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərci, illik 7000 manat iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi gəlir, 1000 manat sağlamlığına soyuqdəymə səbəbindən müayinə və ev şəraitində müalicə xərcinin tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra, Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Memarlıq və İnşaat Universitetindən müqavilə şətlərini pozduğuna görə 700 manat reklamların dəyəri, 300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərci, iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi 7000 manat gəlir, 1000 manat sağlamlığına soyuqdəymə səbəbindən müayinə və ev şəraitində müalicə xərci olmaqla, cəmi 9200 manat pulun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış şikayətində bildirmişdir ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən tətbiq edilmiş sərt karantin rejimində və 27 sentyabr 2020-ci il “Vətən müharibəsi” ərəfəsində işləməyə icazə olmadığından işə çıxmamışdır. Lakin hal şahidləri və videogörüntülər onun reklamlarının qabaqcadan xəbərdar edilmədən Univesitetin prorektorunun göstərişi ilə işçilər tərəfindən sökülərək oğurlandığını təsdiq edə bilələr. Baş Polis İdarəsi hazırki şikayətinə baxaraq işi aidiyyəti üzrə araşdırılması üçün Yasamal Rayon 26-cı Polis Bölməsinə göndərmişdir. Hazırki cinayət işi üzrə qərar qəbul edilmiş və mülki mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırki iş üzrə reklamların dəyəri 700 manat, köçürülmə ilə bağlı xərcləri 300 manat, yeni iş yei tapılmasına ödəniləcək makler xərci qismində 200 manat, bundan əlavə iş yerinin dəyişdirilməsi səbəbindən əldə edəcəyi gəliri 2020-ci ilin mart ayından hesablansa təqribi olaraq hazırki vəziyyətdə o, illik 7000 manatdən gəlirdən olmuşdur. Həmçinin, elektrik enerjisinin kəsilməsi səbəbindən həkimlərə müraciət etmiş, sağlamlığına soyuqdəymə nəticəsində müayinələrə xərclədiyi 500 manat və ev şəraitində etdiyi müalicələrin xəci 1000 manat təşkil edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilk iddia ərizəsinin məzmununa uyun izahat vermiş və məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş bir tərəfdən “istifadəyə verən” adlanacaq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə digər tərəfdən “istifadəçi” adlanacaq Cavabdeh arasında bağlanmış 20.08.2018-ci il tarixli köməkçi sahənin xidməti istifadəsi haqqında müqavilənin surətindən ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ünvan 3 ünvanında yerləşən 18 kv.m sahəni Cavabdeh hüquqi xidmət göstərilməsi üçün 3 il ərzində aylıq 300 manat icarə haqqı müqabilində icarəyə vemişdir. İş materiallarına əlavə edilmiş 16.07.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 2021-ci ilin avqust ayına qədər ünvan 3 ünvanında yerləşən yardımçı sahəsini boşaldaraq təhvil verəcəyini öhəsində gtürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır. (VÖEN **********) İş materiallarına əlavə edilmiş 16.07.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3356/202 nöməli icra sənədinin icrası ilə əlaqədar icra məmuru Bəxtiyar Babayev, tələbkar Cavabdeh, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi Kərimov Aqşin, hal şahidləri Zeynalov Asəf və Məmmədova Ceyran tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən köməkçi sahənin elektrik enerjisi bərpa olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Polis İdarəsinin 06.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən ofisinin reklam lövhələrinin sökülməsi barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə əsasən araşdırma zamanı şikayətə zəmin yaradan halların baş verməsinə səbəbkar olduğunu güman etdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbər vəzifəli şəxsləri şəhəri Baş Polis İdarəsinnə dəvət olunaraq proflaktik söhbətlər aparılmış və müraciətin müqavilənin şərtlərinin pozulması xüsusunda olması nəzərə alınaraq mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 07.02.2022-ci il tarixli və 19.04.2022-ci il tarixli qeydiyyat vərəqələrinin surətindən görünür ki, Cavabdeh müayinə üçün 61 manat vəsait xərcləmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə predimeti olan qeyriyaşayış sahəsinə dair tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti 20.06.2021-ci il tarixdə bitmiş və müqavilə müddəti onlar tərəfindən uzadılmamışdır. Lakin Cavabdeh icarə müddəti bitməsinə baxmayaraq, qanunvericiliyin tələbinə əməl etməyərək, istifadə obyektini qaytarmamışdır. Halbuki, müqavilənin 6.2-ci maddəsinə əsasən istifadə müddəti bitdikdə (tərəflərin razılığı ilə müqavilə müddəti uzadılmadıqda) istifadə obyektini istifadə verənə qaytarmaq istifadəçi Cavabdeh vəzifələrindən biridir. Ona görə də, məhkəmə heasb edir ki, ilk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti qeyri-yaşayış sahəsindən Cavabdeh və onun məxsus əşyaların çıxarılması barədə tələbi irəli sürməkdə haqlı olmuşdur. İlk iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı reklamların universitetin prorektorunun göstərişi əsasında işçilər tərəfindən sökülərək götürülməsini və ona ziyan vurulmasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi təxminən illik 7000 manat gəlirin tutulmasını tələb etsə də, nə 2020-ci ilin mart ayından məhz universitetin rəhbərliyinin icazə verməməsi səbəbindən işləmədiyini, nə də il ərzində 7000 manat gəlir əldə etməsini, bir sözlə qarşılıqlı iddia üzrə cavabdehin təqsiri səbəbindən illik 7000 manat gəlirdən məhrum olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən elektrik enerjisinin kəsilməsi səbəbindən soyuqdəymə nəticəsində sağlamlığına zərər vurulmasını, müayinə və müalicəsinə 1000 manat vəsait xərclədiyini iddia etsə də, o, nə elektrik enejisinin kəsilməsinin nəticəsində onun sağlamlığına zərər dəyməsini, nə də bu səbəbdən müalicə və müayinəyə 1000 manat vəsait xərcləməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının bu hissədə iddia tələbini təsdiq edən sübut kimi təqdim etdiyi ödəniş qəbzi və göndərişin ümumiyyətlə ona aid olduğu şübhə doğurur. Qeydiyyat vəsiqələri, resept blankı isə ona qaşılıqlı iddia üzə cavabdehin hərəkətləri nəticəsində sağlamlığına zərər dəyməsini və bunun üçün çəkildiyini iddia etdiyi müayinə və müalicə xərclərini təsdiq etmir. Qarşılıqlı iddia tələbinin “300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərcinin” tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, 20.08.2021-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti bitmiş və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Hazırki halda mübahisə predmeti olan qeyri-yaşayış sahəsini boşaltmaq və əvvəlki vəziyyətində təhvil vermək qarşılıqlı iddia üzrə iddiaçının vəzifəsidir. Bunun üçün tələb olunan xərcin və yeni iş yerinin tapılması üçün lazım olan xərcin qarşılıqlı iddia üzrə cavabdehdən tələb etməsi isə heç bir hüquqi əsasa söykənmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, ilk iddia üzrə Cavabdeh ünvan 4 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansında olan giriş-çıxış qapısına nəzarət edən, mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılmalı və qeyri-yaşayış sahəsi boşaldılaraq ilk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinə təhvil verilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh ünvan 4 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansında olan giriş-çıxış qapısına nəzarət edən, mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılaraq ilk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinə təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayətivverilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar