Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1359/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair idddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh“KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 71.28 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş150 (yüz əlli) manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 251 manat 68 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Yasamal rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMCyə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” 04.01.2018-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə “Sifarişçi” Müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsini, aradan qaldırılmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını (bundan sonra xidmətlər) sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmətlərin haqqını ödəyir “İcraçı” isə “Sifarişçi”yə xidmətləri göstərir. İddia ərizəsinə əlavə olunmuş 28.02.2018-ci il tarixli, AN – İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 qanunsuz qoşulmanın həyata keirildiyi vaxt cavabdehin mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş 17.11.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə həmin ünvanda yaşamış Musdafa Əliyev arasında bağlanmış müqavilə əsasında qeyd edilən ünvan 16.09.2008-ci il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş 01.02.2017-ci ilədək son ödənişini etmiş və 29.03.2017-ci il tarixdə 17 manat 70 qəpik borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş 17.11.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında 6866 N saylı akt tərtib edilənədək sonuncu dəfə 20.06.2017-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. Bundan sonra 22.01.2018-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6866 N saylı akt tərtib olunmuşdur. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirik ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana sonucu baxış keçirildiyi 20.06.2017-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 22.01.2018-ci ilədək olan müddət 216 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 71.28 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş və məktub qəbul edilmişdir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “hüquqi xidmətlərin göstərilməsinə dair” 04.01.2018-ci il tarixli müqavilənin 4.1-ci bəndindən görünür ki, “Sifarişçi” “İcraçıya” xidmətlərin göstərilməsi (müvafiq sənədlərin toplanması, pretenziya məktubunun hazırlanması və yazılması, iddia ərizəsinin hazırlanması və yazılması və.s) qrafik üzrə keçirilən nəzarət baxış zamanı binaların yoxlanılması üçün “İcraçı”ya 150 manat məbləğində pil ödəyir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCilə "xxxx" hüquq firmasıarasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 150 (yüz əlli) manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində işin halları açıq aydın qeyd edilmişdir. Sözü gedən bu halları iş materiallarında olan sübutlarla təsdiq edilir. Cavabdehin qanunsuz qoşulması zamanı şirkətə 71.28 mаnаt abunə haqqı qismində zərər vurulmuşdur. Binaya sonuncu dəfə 20.06.2017-ci il tarixdə baxış keçirilmiş, həmin vaxt qoşulma əşkar edilməmişdir. 22.01.2018-ci il tarixdə baxış keçirilən zaman isə cavabdehin şəbəkəyə qanunsuz qoşulmasını aşkar etmişlər. Həmin vaxt mənzildə keç kim olmadığından qapını açan olmamışdır. Bu barədə cavabdehə xəbərdarlıq göndərilmiş, həmin xəbərdarlıq da 07.01.2020-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının iddiasına əsasən 22.01.2018-ci il tarixində "xxxx" hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının və Rabitə Nazirliyinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən 87 saylı mənzildə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 6866 N saylı aktlar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 17.11.2021-ci il tarixli arayışdan görünür ki, AG Telekom” MMC ilə ünvan 2 ünvanında yerləşən 87 saylı mənzildə yaşayan Musdafa Əliyev arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 16.09.2008-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, 01.02.2017-ci il tarixinədək isə son ödəməsini etmişdir. 29.03.2017-ci il tarixində 17.70 manat borc ilə şəbəkədən ayrılıb. İş materiallarına əlavə edilmiş 6866 saylı, 22.01.2018-ci il tarixli aktdan görünür ki, həmin akt tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərdib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Aktın 22.01.2018-ci il tarixdə tərtib edilməsinə bağmayaraq keçən müddət ərzində aktla bağlı cavabdehdən pul istənməmiş və 4 il sonra məhkəməyə müraciət olunmuşdur. Bu da aktın doğruluğuna şübhə yaratmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Bundan əlavə qeyd edilən hallara dair təqdim edilmiş, ünvan 2 ünvanında yerləşən 87 saylı mənzildə KATV1 kabel televiziyası xidmətlərin göstərilməsinə 16.09.2008-ci il tarixdən başlanılması barədə arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 6866 N saylı, 22.01.2018-ci il tarixli akt elə iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş video görüntüdə, sözü gedən mənzilin cavabdehə məxsus olması, cavabdehin qanunsuz olaraq iddiaçıya məxsus şəbəkəyə qoşulması öz təsdiqini tapmamışdır. İddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və digər xərclər özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1359/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1359/2022
07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver