Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1380/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 9000 (doqquz min) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, X1 xx.xx.2025-ci il tarixinə əsas borcu 7394.04 (yeddi min üç yüz doxsan dörd manat dörd qəpik) manat, faiz borcu 145.51 (bir yüz qırx beş manat əlli bir qəpik) manat təşkil edir. AZ-İİ №187679 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilən məlumata əsasən X1 vəfatından sonra 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və X1 vərəsələri ünvan 1 ünvanında qeydiyyata olan Cavabdeh1 və ünvan 1 ünvanında qeydiyyata olan Cavabdeh2dur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsələrinə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X1 vərəsələri bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişlər. Miras qoyanın vərəsələrinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsələrindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər-Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 7539.55 ( yeddi min beş yüz otuz doqquz manat əlli beş qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsələri tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsasən müəyyən edilir ki, cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 9000 ( doqquz min) manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, X1 xx.xx.2020-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi üzrə İddiaçı ASC-yə 7394.04 (yeddi min üç yüz doxsan dörd manat dörd qəpik) manat, faiz borcu 145.51 (bir yüz qırx beş manat əlli bir qəpik) manat borcu vardır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətinə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras qoyan X7 vərəsəsidir və onlar miras əmlakından müvafiq pissədə pay almışdır. Miras əmlakı ünvan 2 ünvanında yerləşən 120,5 kv.m. sahəsi olan mənzil və BMW X5 Xdrive 40i minik markalı avtomobil təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2224 nömrəli rəyinə əsasən müəyyən edilir ki, X1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 7286,70 manat əsas, 292,28 manat faiz borcu müəyyən edilir. Tədqiqat dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində X4 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 5.3, 16.1 (hüquqdan sui-istifadəyə münasibətdə), 390.1 və 390.5 (müqavilə azadlığına münasibətdə) 421 (müqavilənin ləğvinə münasibətdə), 372, 373, 377-ci (iddia müddətinə münasibətdə), 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.1-ci maddəsinə əsaəsn, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X4 vəfat etdiyindən “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras qoyan X1 vərəsəsidir. Onlar miras əmlakından müvafiq pissədə pay almışlar. Miras əmlakı ünvan 2 ünvanında yerləşən 120,5 kv.m. sahəsi olan mənzil və BMW X5 Xdrive 40i minik markalı avtomobil təşkil edir. Nəticə etibarilə, X4 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 5.3, 16.1 (hüquqdan sui-istifadəyə münasibətdə), 390.1 və 390.5 (müqavilə azadlığına münasibətdə) 421 (müqavilənin ləğvinə münasibətdə), 372, 373, 377-ci (iddia müddətinə münasibətdə), 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsasən, cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 9000 ( doqquz min) manat məbləğində krеdit vеrilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X1 xx.xx.2020-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi üzrə İddiaçı ASC-yə 7394.04 (yeddi min üç yüz doxsan dörd manat dörd qəpik) manat, faiz borcu 145.51 (bir yüz qırx beş manat əlli bir qəpik) manat borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras qoyan X7 vərəsəsidir və onlar miras əmlakından müvafiq pissədə pay almışdır. Miras əmlakı ünvan 2 ünvanında yerləşən 120,5 kv.m. sahəsi olan mənzil və BMW X5 Xdrive 40i minik markalı avtomobil təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2224 nömrəli rəyinə əsasən, X1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il, yəni müqavilənin məhkəmədən kənar ləğv edildiyi tarixə 7286,70 manat əsas, 292,28 manat faiz borcu müəyyən edilir. Tədqiqat dəyəri 150 manat təşkil edir. İddiaçının iddia tələbi faiz borcuna münasibətdə 145.51 manat təşkil etdiyindən məhkəmə tələb həddində pulun tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə borcun məbləğinin hesablanması ilə bağlı xüsusi biliklərə malik olan ekspert tərəfindən tərtib edilmiş rəyi əsas götürür. Belə ki, müvafiq ekspert rəyi üzrə müəyyən edilmiş məbləğ əsaslıdır. Sözügedən rəy iddiaçı bank tərəfindən tərtib edilmiş maliyyə arayışı üzrə hesablanmış borc məbləğinə münasibətdə daha mötəbər sübutdur. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi mövcuddur və həmin miras aktivi vərəsələr tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdehlər (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı (MM-in 1307-ci maddəsi) üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmiş, bu barədə hər hansı mülahizə bildirməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Hazırki mübahisə üzrə miras aktivinin həcmi öhdəliyin həcmindən dəfələrlə yüksəkdir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, borcalanın vəfat etməsi öhdəliyin xitamına səbəb olmur, miras passivi kimi vərəsələrə keçməsinə və universal hüquq varisiliyi qaydasında miras aktivini qəbul etmiş vərəsələrin borclunu əvəz etməsinə, hüquqi baxımdan borclunun yerini almasına səbəb olur. Tələb üzrə 3 illik iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlamış və iddia tələbi irəli sürülənədək bitməmişdir. Bundan əlavə, iddiaçı vəfat etmiş borcalanın vərəsələri barədə məlumatı müvafiq notariat ofisindən xx.xx.2024-cü il tarixli məktub əsasında əldə etmiş və dərhal müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hüququn pozulduğunu bildiyi andan, vərəsələr barədə məlumat əldə etdikdən sonra məhkəməyə müraciət etməkdə haqlı olmuş, hər hansı hüquqi intizamsızlığa yol verməmişdir. Cavabdeh tərəfin müdafiə arqumentinə əsasən, tərəflər arasında bağlanmış müqavilə üzrə 2-ci fəsildə qeyd edilənlərə əsasən “Xidmət Müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi və nəticələri 2.1. «Xidmət Müqaviləsi»nə aşağıdakı hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər: 2.1.1. Tərəflərin qarşılıqlı razılığı əsasında; 2.1.2. Müştəri tərəfindən – yazılı ərizə ilə müraciəti əsasında, bir şərtlə ki, Müştərinin Bank qarşısında hazırki «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlər üzrə heç bir öhdəlik olmasın; 2.1.3. Bank tərəfindən – «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlərdən 1 (bir) il ərzində istifadə etmədiyi halda; məhkəmə qərarı əsasında; Müştəri vəfat etdikdə. Bu səbəbdən, müqavilə borcalan vəfat etdiyi andan xitam verilmiş hesab edilməlidir. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin sözügedən standart şərtlərinə əsasən, borcalanın ölməsinin müqavilənin xitamına səbəb olması imperativ deyil, dispozitiv şərtdir. Belə ki, müqavilədə “xitam verilir” deyil, “xitam verilə bilər” qeyd edilmişdir, yəni, bu imperativ qayda deyildir. Lakin, müqavilə borcalan vəfat etdiyi tarixə xitam verilmiş olsa belə öhdəliyin həcmində dəyişiklik olmayacaqdır, belə ki, tələb əsas borcdan və cüzi hissədə faiz borcundan ibarətdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən, öhdəliyin icra edilməsini təsdiq edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 95,80 (doxsan beş manat səksən qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7286,70 (yeddi min iki yüz səksən altı manat yetmiş qəpik) manat əsas borc, 145,51 (yüz qırx beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla ümumilikdə 7432,21 (yeddi min dörd yüz otuz iki manat iyirmi bir qəpik) manat pul və ödənilmiş 95,80 (doxsan beş manat səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7286,70 (yeddi min iki yüz səksən altı manat yetmiş qəpik) manat əsas borc, 145,51 (yüz qırx beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla ümumilikdə 7432,21 (yeddi min dörd yüz otuz iki manat iyirmi bir qəpik) manat pul və ödənilmiş 95,80 (doxsan beş manat səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1380/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1380/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver