Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1384/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 2757,55 (iki min yeddi yüz əlli yeddi.55) manat - əsas borcu 1709,18 (bir min yeddi yüz doqquz manat 18 qəpik) manat, faiz borcu-482,37 (dörd yüz səksən iki manat 37 qəpik) manat, dəbbə borcu 566 (beş yüz altımış altı) manat borc məbləğinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 590 (beş yüz doxsan) manat xidmət haqqının və 54 (əlli dörd) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 2023/4088 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 2023/4088 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 36 (otuz altı) faiz hesablanmaq şərti ilə, 18 (on səkkiz) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 2023/4088 saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2023-cü il tarixli 2023/4088 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu - 1709,18 (bir min yeddi yüz doqquz manat 18 qəpik) manat, faiz borcu – 482,37 (dörd yüz səksən iki manat 37 qəpik) manat, dəbbə borcu 566 (beş yüz altımış altı) manat, ümumilikdə 2757,55 (iki min yeddi yüz əlli yeddi manat 55 qəpik) manat təşkil edir. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəlikərini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, 566 (beş yüz altımış altı) manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1709,18 (bir min yeddi yüz doqquz manat 18 qəpik) manat əsas borc, 482,37 (dörd yüz səksən iki manat 37 qəpik) manat faiz borcu, 170 (yüz yetmiş) manat cərimə borcu olmaqla, cəmi 2361,55 (iki min üç yüz altmış bir manat 55 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində xidmət haqqı” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki iş üzrə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxdığından və məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmədən, eləcə məhkəmə prosseslərində tərəflər işdirak etmədən işin həllinə dair qətnamə çıxardığından, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində xidmət haqqı” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, yuzarıda qeyd edilmiş qanunvericiliyin mənasına gərə də, işin mürəkkəbliyi, baxılma müddəti, məhkəm prosseslərini bir neşə dəfə təxirə salınması, çıxış üçün təqdim olunmuş hesab və s... hallara dair, işin konkret halları nəzərə alınmaqla, vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi barədə qərar verə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun 46,24 (qırx altı manat 24 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, qalan 7,76 (yeddi manat 76 qəpik) manatı isə iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1709,18 (bir min yeddi yüz doqquz manat 18 qəpik) manat əsas borc, 482,37 (dörd yüz səksən iki manat 37 qəpik) manat faiz borcu, 170 (yüz yetmiş) manat cərimə borcu olmaqla, cəmi 2361,55 (iki min üç yüz altmış bir manat 55 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun 46,24 (qırx altı manat 24 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 7,76 (yeddi manat 76 qəpik) manatı isə iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1384/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1384/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver