Məhkəmə qərarları › İş №e-2(004)-1391/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1391/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1391/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı BOKT «X1» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «X1» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, borclular ilə BOKT «X1» MMC arasında bağlanmış L-BK-0048226-F saylı kredit və BK-00023182 saulı zaminlik müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1025.55 manat məbləğində əsas borcun, 17.52 manat faiz borcunun, cəmi 1043.07 manat məbləğində kredit borcunun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq BOKT «X1» MMC-yə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduqları ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, 27.08.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı BOKT «X1» MMC tərəfindən borclu Cavabdeh1 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1029.62 manat məbləğində güzəştli kredit verilmişdir. Kredit müqaviləsinin təmanitı kimi digər Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlandığı gündən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 4.07 manat, faiz borcu üzrə 6.93 manat olmaqla, cəmi 11 manat ödəniş edilmişdir. Cavabdehin təşkilata olan borcu, əsas borc üzrə 1025.55 manat, faiz borcu üzrə 17.52 manat, cəmi borcu 1043.07 manat təşkil edir. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavidən irəli gələn öhdəlikbrini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 472.1, 472.3 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı BOKT «X1» MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2019-cu il tarixli, L-BK-0048226-F saylı kredit müqaviləsi və iddiaçı BOKT «X1» MMC ilə Cavabdeh2 arasında bağlanmış 27.08.2019-cu il tarixli, BK-00023182 saylı zaminlik müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1025 (bir min iyirmi beş) manat 55 (əlli beş) qəpik, faiz borcu üzrə 17 (on yeddi) manat 52 (əlli iki) qəpik, cəmi 1043 (bir min qırx üç) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti iddiaçı BOKT «X1» MMC xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT «X1» MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı BOKT «X1» MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2019-cu il tarixli, L-BK-0048226-F saylı kredit müqaviləsi və iddiaçı BOKT «X1» MMC ilə Cavabdeh2 arasında bağlanmış 27.08.2019-cu il tarixli, BK-00023182 saylı zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1025 (bir min iyirmi beş) manat 55 (əlli beş) qəpik, faiz borcu üzrə 17 (on yeddi) manat 52 (əlli iki) qəpik, cəmi 1043 (bir min qırx üç) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti iddiaçı BOKT «X1» MMC xeyrinə tutulsun. İş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT «X1» MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar