Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1399/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “müqavilə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “müqavilə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 1.İddiaçı2 xeyrinə xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borc pul və məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu olmaqla; 2. İddiaçı1 xeyrinə xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 3000 (üç min) manat məbləğində borc pul və məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu olmaqla; 3. İddiaçı3 xeyrinə xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borc pul və məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu olmaqla; 4. İddiaçı5 xeyrinə xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borc pul və məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 70 manat dövlət rüsumu olmaqla; 5. İddiaçı4 xeyrinə xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borc pul və məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu olmaqla – ümumilikdə 23.330 (iyirmi üç min üç yüz otuz) manat məbləğində pulun Cavabdeh tutularaq, iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçılar bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirdiklərindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı5, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı4, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı3 Uğuğrlu oğluna, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul iddiaçı X2, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul iddiaçı X3 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “müqavilə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı5, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı4, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı3 Uğuğrlu oğluna, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul İddiaçı2, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul iddiaçı X3 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1399/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1399/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver