Məhkəmə qərarları › İş №e-2(004)-1410/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1410/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1410/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zöhrab oğluna qarşı “kredit müqaviləsi üzrə mübahisələr barədə” kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zöhrab oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Zöhrab oğlundan iddiaçının xeyrinə İddiaçı ASC ilə Cavabdeh1 Zöhrab oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 144,82 (yüz qırx dörd manat 82 qəpik) manat məbləğində əsas borc, 1,06 (bir manat 06 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 145,88 (yüz qırx beş manat 88 qəpik) manat pul məbləğinin Cavabdeh1; xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2.599,62 (iki min beş yüz doxsan doqquz manat 62 qəpik) manat məbləğində əsas borc, 17,89 (on yeddi manat 89 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 2.617,51 (iki min altı yüz on yeddi manat 51 qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47,63 (qırx yeddi manat 63 qəpik) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zöhrab oğlu məhkəmə bildirişlərini təhvil almış, lakin 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Bank "xxxx" ASC ilə Cavabdeh1 Zöhrab oğlu xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 144,82 manat məbləğində əsas borc, 1,06 manat məbləğində faiz borcu, ümumilikdə isə 145,88 manat məbləğində borcu və xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı k redit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.599,62 manat məbləğində əsas borc, 17,89 manat məbləğində faiz borcu, ümumilikdə 2.617,51 manat məbləğində borcu qalmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 144,82 manat məbləğində əsas borc, 1,06 manat məbləğində faiz borcu, ümumilikdə isə 145,88 manat pul məbləği və xx.xx.2019cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2.599,62 manat məbləğində əsas borc, 17,89 manat məbləğində faiz borcu, ümumilikdə 2.617,51 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47,63 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli 150010-1-16732/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 144,82 (bir yüz qırx dörd manat 82 qəpik) manat məbləğində əsas borc, 1,06 (bir manat 06 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 145,88 (bir yüz qırx beş manat 88 qəpik) manat pul məbləği və xx.xx.2019-cu il tarixli 150010-CNS-17796/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2.599,62 (iki min beş yüz doxsan doqquz manat 62 qəpik) manat məbləğində əsas borc, 17,89 (on yeddi manat 89 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 2.617,51 (iki min altı yüz on yeddi manat 51 qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47,63 (qırx yeddi manat 63 qəpik) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar