Məhkəmə qərarları › İş №e-2(004)-1443/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1443/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1443/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 1900 (min doqquz) manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1150,35 (min yüz əlli manat otuz beş qəpik) manat əsas, 211,89 ( iki yüz on bir manat səksən doqquz qəpik) manat faiz, 141,37 (yüz qırx bir manat otuz yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1503,61(min beş yüz üç manat altmış bir qəpik) manat borcu yaranmışdır. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən 499,2 (dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas, 185,51 (yüz səksən beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 684,71 (altı yüz səksən dörd manat yetmiş bir qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsinə əsasən 1150,35 (min yüz əlli manat otuz beş qəpik) manat əsas, 211,89 ( iki yüz on bir manat səksən doqquz qəpik) manat faiz, 141,37 (yüz qırx bir manat otuz yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1503,61(min beş yüz üç manat altmış bir qəpik) manat, xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən 499,2 (dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas, 185,51 (yüz səksən beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 684,71 (altı yüz səksən dörd manat yetmiş bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 42,69 (qırx iki manat altmış doqquz qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 1900 (min doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsinə əsasən onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1150,35 (min yüz əlli manat otuz beş qəpik) manat əsas, 211,89 (iki yüz on bir manat səksən doqquz qəpik) manat faiz, 141,37 (yüz qırx bir manat otuz yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1503,61 (min beş yüz üç manat altmış bir qəpik) manat borcu vardır. İş materiallarında olan arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 499,2 (dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas, 185,51 (yüz səksən beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 684,71 (altı yüz səksən dörd manat yetmiş bir qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 1900 (min doqquz) manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1150,35 (min yüz əlli manat otuz beş qəpik) manat əsas, 211,89 ( iki yüz on bir manat səksən doqquz qəpik) manat faiz, 141,37 (yüz qırx bir manat otuz yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1503,61(min beş yüz üç manat altmış bir qəpik) manat borcu yaranmışdır. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən 499,2 (dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas, 185,51 (yüz səksən beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 684,71 (altı yüz səksən dörd manat yetmiş bir qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 739 (əsas borca münasibətdə) 741 (faiz borcuna münasibətdə) 462 (cəriməyə münasibətdə), 467-ci (cərimə məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 141,37 ( üz qırx bir manat otuz yeddi qəpik) manat məbləğində deyil, 100 (yüz) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, 141,37 ( yüz qırx bir manat otuz yeddi qəpik) manat məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun 100 (yüz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 100 (yüz) manatdan yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri və MM-in 739, 741, 462 və 467-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 42,69 (qırx iki manat altmış doqquz qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehxx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsinə əsasən 1150,35 (min yüz əlli manat otuz beş qəpik) manat əsas, 211,89 (iki yüz on bir manat səksən doqquz qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 1462,24 (min dörd yüz altmış iki manat iyirmi dörd qəpik) manat məbləğində borc, xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən 499,2 (dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas, 185,51 (yüz səksən beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 684,71 (altı yüz səksən dörd manat yetmiş bir qəpik) manat məbləğində borc olmaqla yekun olaraq 2146,95 (iki min yüz qırx altı manat doxsan beş qəpik) manat pul və ödənilmiş 42,69 (qırx iki manat altmış doqquz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin və cərimə borcunun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli kredit müqaviləsi üzrə 1150,35 (min yüz əlli manat otuz beş qəpik) manat əsas, 211,89 (iki yüz on bir manat səksən doqquz qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 1462,24 (min dörd yüz altmış iki manat iyirmi dörd qəpik) manat məbləğində borc, xx.xx.2022-ci il tarixli BPM**********96 nömrəli tam kart müqaviləsinə əsasən 499,2 (dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas, 185,51 (yüz səksən beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla cəmi 684,71 (altı yüz səksən dörd manat yetmiş bir qəpik) manat məbləğində borc olmaqla yekun olaraq 2146,95 (iki min yüz qırx altı manat doxsan beş qəpik) manat pul və ödənilmiş 42,69 (qırx iki manat altmış doqquz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar