Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1444/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 (qanuni nümayəndəsi: Cavabdeh4 vasitəsi ilə) və Cavabdeh2iddiaçı"xxxx" ASCnin xeyrinə BMP**********51 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə1891.93 manat əsas kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38.92 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, "xxxx" ASC-nin Yasamal filialı ilə X4 arasında bağlanmış BPM**********51 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 18000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit borcunun təminatı kimi Bankla Cavabdeh2 arasında BPM**********51 nömrəli, xx.xx.2018-ci il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. X1 2.1-ci bəndinə əsasən Kreditorla Borclu arasında bağlanmış BPM**********51 nömrəli, xx.xx.2018-ci tarixli Kredit Müqaviləsinə əsasən 18000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmazəmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və ölüm faktıYasamal Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından tərəfimizdən sorğu verilmiş və Bakı şəhəri 19 saylı notariat ofisindən əldə edilən xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli və xx.xx.2022-ci il tarixli 2V-34 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şahadətnamələrdən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/3 irs almışlar. Miras əmlakı isə 11000 manat məbləğində sığorta ödənişindən və 1901.68 manat axırıncı haqq-hesab olan vəsaitdən ibarətdir. Vərəsələr müəyyən edildikdən sonra onlara borcun qaytarılması barədə şifahi xəbərdarlıq edilsə də, borc ödənilməmişdir. Bundan başqa, kredit üzrə borc qaldığından, cavabdehlərə öhdəliyin yerinə yetirilməsi haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixdə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi müqavilə üzrə xx.xx.2024-cü il tarixə 1891.93 manat məbləğində əsas kredit borcu ödənilməmiş qalmaqdadır. Beləliklə, mərhum borc alanın qalan kredit borcu mirası qəbul etmiş vərəsələr və zamin tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında cavabdehlərdən tələb edilməsizərurəti yaranmışdır. Həmçinin hazırki mübahisə üzrəiddia qiyməti ümumilikdə 1891.93 manat olduğundan, tərəfimizdən 38.92 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, X3 vərəsəsidir. Digər vərəsələr də onun övladlarıdır. Pulu ödəməli olduğunu bilir, sadəcə birdəfəlik ödəmək imkanı yoxdur, hissə-hissə ödəyə biləyə bilər. Nəzərə alınmasını xahiş edir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % olmaqla 18000 manat məbləğində məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında X2 xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1891,33 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 Notariat Ofisinin xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 elan edilmişdir və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir və onlar borclunun vərəsələridir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,92 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh2 və X2 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə), müştərək qaydada xx.xx.2018-ci il tarixli, BMP**********51 nömrəli kredit müqaviləsi üzrə 1891,93 manat əsas borc (vərəsələrin hər birinə 1891,93 manat məbləğində borcun 1/3 hissəsi, yəni 630,64 manat olmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,92 manat və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 və X2 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə), müştərək qaydada xx.xx.2018-ci il tarixli, BMP**********51 nömrəli kredit müqaviləsi üzrə 1891,93 manat əsas borc (vərəsələrin hər birinə 1891,93 manat məbləğində borcun 1/3 hissəsi, yəni 630,64 manat olmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,92 manat və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1444/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1444/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver