Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1447/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3 Rüstəm qızndan və Cavabdeh2 müştərək qaydada əsas borc 3687.49 manat, faiz borcu 1254.57 manat olmaqla, cəmi borc 4942.06 manat borc məbləğinin və ödənilmiş 69.42 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC BOKT) İmişli filialı ilə Cavabdeh1 arasında 26 aprel 2022-ci il tarixli 05-MK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 4000 manat kredit borcunu müqavilə imzalandığı tarixdən illik 24 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 2 il müddətində İddiaçı QSC BOKT-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC BOKT-nin İmişli filialı ilə Cavabdeh3 Rüstəm qızı və Cavabdeh2 arasında 26 aprel 2022-ci il tarixli 05-MK və 05-MK 1 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC BOKT-yə olan əsas borcu 3687.49 manat, faiz borcu 1254.57 manat olmaqla, cəmi borc 4942.06 (dörd min doqquz yüz qırx iki manat 06 qəpik) manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminləri Cavabdeh3 Rüstəm qızına və Cavabdeh2 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı hesab edir ki, Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 4942.06 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05-MK nömrəli kredit müqaviləsinə əsasən Borcverən İddiaçı Səhmdar Kredit Təşkilatı borcalan Cavabdeh1 mikrokredit layihəsi üzrə istehlak məqsədilə illik faiz məzənnəsi 24% olmaqla 24 ay müddətinə cəmi 4000 manat kredit verməyi, borcalan isə alınmış vəsaiti və hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05-MK nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 arasında 26 aprel 2022-ci il tarixdə bağlanmış 05-MK saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 4000 manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Pənahova X3 Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05-MK nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 arasında 26 aprel 2022-ci il tarixdə bağlanmış 05-MK saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 4000 manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Cavabdeh2 Borcalan Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə xx.xx.2024-cü il tarixinə 3687.49 manat əsas, 1254.57 manat qalıq faiz borcu olmaqla, cəmi 4942.06 manat borcunun olduğunu bildirmiş, 10 gün ərzində bu borcun ödənilməsini tələb etmiş, əkd təqdirdə, kredit borcunun ödənmilməsinə dair iddia ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı SKT-yə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 3687.49 manat qalıq əsas, 1254.57 manat qalıq faiz borcu olmaqla, cəmi 4942.06 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/1782 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli 05-MK nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixinə (pretenziya göndərilən tarixə) İddiaçı QSC BOKT-nə olan borcu 3.685,04 manat əsas, 1.107,97 manat faiz borcu olmaqla, cəmi 4.793,01 manat məbləğində müəyyən edilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmış və müvaqilənin şərtlərinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı QSC BOKT ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixində zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcalan kreditor qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalan ilə birlikdə kreditor qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırda iddiaçı 3687.49 manat məbləğində kredit bоrcu və 1254.57 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 4942.06 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli 05-MK saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı QSC BOKT-yə olan borcu 3.685,04 manat əsas, 1.107,97 manat faiz borcu olmaqla, cəmi 4.793,01 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində ekspert rəyində göstərilən məbləğdə, yəni cəmi 4.793,01 manat məbləğində təmin olunmalıdır. Məhkəmə iddiaçının 69.42 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 69.42 manat məbləğində dövlət rüsumunun 67.94 manat məbləği cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3.685,04 manat əsas, 1.107,97 manat faiz borcu olmaqla, cəmi 4.793,01 manat və dövlət rüsumu olaraq ödənilmiş 67.94 manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3.685,04 (üç min altı yüz səksən beş manat dörd qəpik) manat əsas, 1.107,97 (min yüz yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4.793,01 (dörd min yeddi yüz doxsan üç manat bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 67.94 (altmış yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-1447/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1447/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver