Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-145/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 Şahvəli oğlunun və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4466 manat maddi zərərin, 111 manat vəkil xərcinin və 65,77 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıların xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onun əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nərimanov prospektində yol-nəqliyyat hadisəsi törətmiş və İddiaçı1 Şahvəli oğlunun mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı2 sahibliyində və istifadəsində olan “Toyota Camry” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Avtomobilə 9466 manat məbləğində maddi zərər və sürücü İddiaçı2 sağlamlığına yüngül formada zərər vurulmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün “İcbari sığortalar haqqında” AR Qanununun tələblərinə müvafiq olaraq “Toyota Prius” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərə görə 5000 manat, sağlamlığa dəymiş zərərə görə isə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Yasamal RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli, 091-39246- 1222 saylı arayışına əsasən cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Hadisə ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Yasamal RPİ TŞ-nin Qərarında cavabdehin yolnəqliyyat hadisəsinin törədilməsində təqsirkar olduğu, CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. İşə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş yazılı sübutlarla qismən təsdiq edildiyindən iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli VV221424 nömrəli «Nəqliyaat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nə əsasən “Toyota Camry” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 Şahvəli oğlunun mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli ƏN-V № 973220 saylı «Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» etibarnamədən görünür ki, İddiaçı1 Şahvəli oğlu tərəfindən İddiaçı2 həmin avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Yasamal rayon Məhkəməsinin 3(004)-3505/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı1 Şahvəli oğlunun mülkiyyətində olan “Toyota Camry” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş, maşını etibarnamə əsasında idarə etmiş sürücü İddiaçı2 isə sağlamlığına xəsarət yetirmişdir. Həmin qərarla Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 200 manat miqdarında inzibati cərimə edilmişdir. Raşa Sığorta Şirkəti tərəfindən verilmiş sığorta aktından görünür ki, İddiaçı1 Şahvəli oğluna məxsus avtomobilə dəymiş zərərin 5000 manat məbləğində hissəsi sığorta müqaviləsinə əsasən həmin şirkət tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9010 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “Avto Klub” Servisin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Toyota Camry” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7989 manat müəyyən edilir. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində İddiaçı1 Şahvəli oğluna məxsus avtomobilə zərər vurması və həmin zərərin 5000 manat hissəsinin icbari sığorta müqaviləsinə əsasən sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilmişdir. Göstərilənləri və ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 2989 manat (7989 – 5000 = 2989) məbləğində sığorta ödənişi tutularaq avtomobilin mülkiyyətçisi İddiaçı1 Şahvəli oğluna ödənilməlidir. İddiaçı2 avtomobilin mülkiyyətçisi olmadığından onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, onun iddiası təmin edilə bilməz və rədd edilməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 74,4 manat vəkil xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44,07 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 50 manat ekspertiza xərcinin 33,5 manat hissəsi Cavabdeh, 16,5 manat hissəsi isə İddiaçı1 Şahvəli oğluna aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı1 Şahvəli oğlunun xeyrinə 2989 (iki min doqquz yüz səksən doqquz) manat məbləğində zərərin əvəzi, 74,4 (yetmiş dörd manat qırx qəpik) vəkil xərci və 44,07 (qırx dörd manat yeddi qəpik) manat dövlət rüsumu tutulsun. Məhkəmə ekspertizasının dəyərinin 33,5 (otuz üç manat əlli qəpik) manatı Cavabdeh, 16,5 (on altı manat əlli qəpik) manat hissəsi isə İddiaçı1 Şahvəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-145/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-145/2023
30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver