Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1462/2023 10.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11150***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 13631.59 AZN əsas kredit borcu, 327.52 AZN kreditdən istifadəyə görə faiz borcu və 3.68 AZN cərimə borcu olmaqla, cəmi 13962.79 AZN və iddianın verilməsi üçün ödənilmiş 131.89 AZN pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11150***-*******01L saylı xx.xx.2022-ci il tarixliəsas ktredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2032-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 11FİZAM106627403 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 11150***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 həmin əsas ktredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2026-ci il tarixədək qaytarmaq və illik 19.00 % ödəmək şərti ilə aldığı 16000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 16-dək ayda 470.51AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 13631.59 AZN; faizlər üzrə 327.52 AZN; cərimə borc üzrə 3.68 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddialarını müdafiə etdirlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit limiti razılaşması imzalanıb. Həmin razılaşmada nəzərdə tutulub ki, cavabdehə məxsus telefon nömrəsinə müvafiq SMS göndərməklə müvafiq təsdiqedici kodu daxil etdikdən sonra həmin təklif olunan məbləğdə kreditin verilməsini təmin ediləcək. xx.xx.2022-ci ildə müqavilə bağlanılıb. xx.xx.2022-ci ildə cavabdehin müqavilədə qeyd etdiyi ***-***-**-** nömrəli telefon nömrəsinə SMS göndərilərək 16000 manat məbləğində ayda 470,51 manat ödəmək şərti ilə kredit təklif olunub. Təsdiq edəcəyi təqdirdə 1, qəbul etməyəcəyi təqdirdə isə 2 yazmağı təklif olunub. Həmin nömrədən saat 16:08:45-də, yəni göndərildikdən 30 saniyə sonra 1 rəqəmi sistemə daxil olunaraq təsdiq olunub və həmin məbləğdə kredit verilib. Cavabdeh həmin kreditin aylıq ödənişlərini vaxtında ödəməli olduğu halda öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. xx.xx.2023-cü ildə onun bank qarşısında icra olunmayan öhdəliklərinə görə 13631,59 manat, faizlər üzrə isə 327,52 manat, cərimə üzrə 3,68 manat borcu var. Ona görə də borcun cavabdehdən tutulması ilə bağlı iddia qaldırmışlar. İddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edirlər. Pul xx.xx.2022-ci il tarixində ödənilib. Bu SMS bildirişlə təsdiq olunur. Müqavilənin ikinci bəndində kreditin necə verilməsi qeyd olunur. Həmin şərtə uyğun Cavabdeh1 nömrəsinə SMS göndərilir. SMS-də kreditin müddəti, faiz dərəcəsi, məbləği, aylıq ödənişlər qeyd olunur və təklif olunur ki, qəbul etmək üçün 1, imtina etmək üçün isə 2 nömrəsi göndərilsin. Cavabdeh1 1 nömrəsini daxil etməklə krediti qəbul etmiş hesab olunur. Bundan sonra məbləğ cavabdehin kart hesabına köçürlüb. Zaminlik müqaviləsi ümumi müqaviləyə bağlanılır. Kredit limiti razılaşmasında da göstərilir ki, 50000 manat məbləğində illik 29%-dən artıq olmamaq şərti ilə 120 ay müddətinə açılmış limit çərçivəsində verilmiş bütün kreditlərə şamil olunur. Verilmiş kredit də həm faiz dərəcəsinə görə, həm də müddətə görə bu limiti aşmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, İqtisad Universitetində qiyabi təhsil şöbəsinin rəhbəridir, o cümlədən İstiqlaliyyət 6 ünvanı üzrə Yeni Azərbaycan Partiyasının sədr müavinidir, ölkənin ixtisasçı ekspertidir. Onun İddiaçıya borcu yaranmışdı. O, borcu yanvar ayında tam bağlamışdır. Bankın nümayəndəsi dedi ki, əlavə olaraq 10 manat borcu var. O, gedib onu da bağladı. 3-4 saat keçəndən sonra bankın nümayəndəsi o avtomobildə ailəsi ilə gedərkən zəng vurdu və kobud şəkildə danışaraq bildirdi ki, sənin 50-60 manat borcun var onu niyə ödəməmisən. O bildirdi ki, onun nə öhdəliyi var idisə, bankda dedilər və əlavə olaraq 10 manat da ödəməli olduğunu bildirdilər, bütün borcu ödədimişdir. Bankın nümayəndəsi yenidən onunla kobud formada danışmağa başladı. 2 gün əvvəl ona yenidən bankdan zəng gəldi və bildirildi ki, həmin şəxs bu formada danışdığına görə işdən xaric olunub, məsələni rahat həll edək, bitsin. Həmçinin bank özü məhkəməyə müraciət edib. O bildirdi ki, bir vətəndaş olaraq mövqeyini məhkəmə orqanına bildirməlidir. İddiaçı tərəf məhkəmə hakimiyyət orqanlarının onların dedilərinə tam əməl edəcəyini düşünürlər. Bundan əlavə Cavabdeh1 borcun olduğunu etiraf etmiş, ehtiyac varsa, o həmin borcu ödəyəcəyək, lakin bankın vətəndaşla bu formada danışması, məhkəmə orqanlarının onların istəklərinə əsasən qərar verməsini düşünmələri ölkənin məhkəmə orqanlarına zərbədir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Digər cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11150***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən kreditverən borcalana 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüş, əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və borcalana göndərilən SMSdə qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə kredit verənə geri qaytarılması nəzərdə tutulmuşdur. Razılaşmanın 2.2-ci bəndinə əsasən kredit limiti razılaşmasının 1.1-ci bəndinə əsasən borcalana kreditin verilməsi barədə onun kreditverənə təqdim etdiyi ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərilir. Borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra bu əsas kredit limiti razılaşmasının 2.1-ci bəndinə uyğun olaraq kredit verilir. İş materiallarında olan "xxxx" ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 11FİZAM106627403 saylı xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11150***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və bu razılaşma çərçivəsində SMS vasitəsilə borcluya verilən kreditlər üzrə öhdəliklərinin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir ki, kredit limitinə əsasən Kreditor Borcluya onun ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərilməsi yolu ilə kredit verir. (Əsas öhdəlik və onun məzmunu: Kreditorun https://www.bankrespublika.az/az/paoes/kompleks-bank-xidmeti- muqavilesi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə Borclu Cavabdeh1 11150***-*******01L saylı xx.xx.2022-cı il tarixli əsas kredit limiti razılaşmasına əsasən 50000 manat məbləğində, illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə, 120 ay müddətinə (xx.xx.2032-ci il tarixinədək) açılmış kredit limiti.) İş materiallarında olan 0.02.2023-cü il tarixli Arayışa əsasən Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcu əsas borc üzrə 13631.59 AZN, faiz borcu üzrə 327.52 AZN , cərimə borcu üzrə 3.68 AZN olmaqla, cəmi 13962.79 AZN təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas, faiz və cərimə borcu cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Həmin Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyəti daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tutulması hissələrində qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13631,59 (on üç min altı yüz otuz bir manat əlli doqquz qəpik) manat əsas borc, 327,52 (üç yüz iyirmi yeddi manat əlli iki qəpik) manat faiz borcu, 3,68 (üç manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13962,79 (on üç min doqquz yüz altmış iki manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 117,95 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11150***-*******01L saylı əsas kredit limiti razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13631,59 (on üç min altı yüz otuz bir manat əlli doqquz qəpik) manat əsas borc, 327,52 (üç yüz iyirmi yeddi manat əlli iki qəpik) manat faiz borcu, 3,68 (üç manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13962,79 (on üç min doqquz yüz altmış iki manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş 131,89 (yüz otuz bir manat səksən doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(004)-1462/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1462/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver