Məhkəmə qərarları › İş №e-2(004)-1475/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1475/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1475/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən 9542,76 (doqquz min beş yüz qırx üç manat yetmiş altı qəpik) manat əsas, 838,46 (səkkiz yüz otuz səkkiz manat qırx altı qəpik) manat faiz olmaqla, ümumilikdə 10382,22 (on min üç yüz səksən iki manat iyirmi qəpik) manat pulun və ödənilmiş 121,55 (yüz iyirmi bir manat əlli beş qəpik) manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 istehlak məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə 10.000 (on min) manat məbləğində kredit verilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təmin olunması məqsədilə xx.xx.2022-ci il tarixli 1075199/27434 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəliklərini tam icra edilənədək Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Borcalan bank qarşısında öhdəliklərini tam icra edənədək zamin borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 9542,76 (doqquz min beş yüz qırx üç manat yetmiş altı qəpik) manat əsas, 838,46 (səkkiz yüz otuz səkkiz manat qırx altı qəpik) manat faiz olmaqla, ümumilikdə 10382,22 (on min üç yüz səksən iki manat iyirmi qəpik) manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 16% dərəcəsi ilə 48 ay müddətinə 10.000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1075199/27434 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəliklərini tam icra edilənədək Cavabdeh1 zamin durmuşdur. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 9542,76 (doqquz min beş yüz qırx üç manat yetmiş altı qəpik) manat əsas, 838,46 (səkkiz yüz otuz səkkiz manat qırx altı qəpik) manat faiz olmaqla, ümumilikdə 10382,22 (on min üç yüz səksən iki manat iyirmi qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 472.1 (zaminə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 və zamin Cavabdeh1 “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşlar. Nəticə etibarilə, MM-in 472.1, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin təmin təmin olunması əsası ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən əhəmiyyəti yoxdur. Həmçinin, eyni əsasla İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1075199/27434 nömrəli zaminlik müqaviləsinə xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% dərəcəsi ilə 48 ay müddətinə 10.000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 1075199/27434 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəliklərini tam icra edilənədək Cavabdeh1 Cavabdeh2 zamin durmuşdur. Lakin, sözügedən müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin İddiaçı ASC-yə 9542,76 (doqquz min beş yüz qırx üç manat yetmiş altı qəpik) manat əsas, 838,46 (səkkiz yüz otuz səkkiz manat qırx altı qəpik) manat faiz olmaqla, ümumilikdə 10382,22 (on min üç yüz səksən iki manat iyirmi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzə əsasən müəyyən olunur ki, ödənilmiş dövlət rüsumunun məbləği iddia tələbində qeyd olunduğu kimi 121,55 (yüz iyirmi bir manat əlli beş qəpik) manat deyil, 121,15 (yüz iyir min manat on beş qəpik) manatdır. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 121,15 (yüz iyirmi bir manat on beş qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli tarixli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 1075199/27434 nömrəli zaminlik müqaviləsi ləğv edilməklə iddia tələbi təmin edilməli, 9542,76 (doqquz min beş yüz qırx üç manat yetmiş altı qəpik) manat əsas, 838,46 (səkkiz yüz otuz səkkiz manat qırx altı qəpik) manat faiz olmaqla, ümumilikdə 10382,22 (on min üç yüz səksən iki manat iyirmi qəpik) manat pul və ödənilmiş 121,15 (yüz iyirmi bir manat on beş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1075199/27434 nömrəli zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9542,76 (doqquz min beş yüz qırx üç manat yetmiş altı qəpik) manat əsas, 838,46 (səkkiz yüz otuz səkkiz manat qırx altı qəpik) manat faiz olmaqla, ümumilikdə 10382,22 (on min üç yüz səksən iki manat iyirmi qəpik) manat pul və ödənilmiş 121,15 (yüz iyirmi bir manat on beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar