Məhkəmə qərarları › İş №e-2(004)-1487/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1487/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1487/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçasına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Körpələr evi-Uşaq Bağçası ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.000 (on doqquz min) manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində cavabdehlə onun arasında ünvan 1 ünvanındakı ümumi sahəsi 238.88 kv.m olan həyət evinin 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC ilə İddiaçı arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən icarə obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, icarə haqları üzrə yaranmış 10.880 (on min səkkiz yüz səksən) manat məbləğində pul vəsaitinin Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu 123,40 (yüz iyirmi üç manat qırx qəpik) manat məbləğində pul Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMCdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2776/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və məhkəmə qərarları qüvvəsini alaraq icraya yönləndirilmişdir. Qeyd edir ki, icarə obyekti icra prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verilmiş və bu barədə icra aktı tərtib edilmişdir. Sözügedən iş üzrə birinci instansiya məhkəməsində iddia xx.xx.2022ci ildən məhkəmənin icraatına daxil olmuşdur və icarə haqqları üzrə tələb etdikləri 10880 manat məbləğində pul iddia ilə məhkəməyə müraciət edilən günə olan verilməyən məbləğdir ki, xx.xx.2022-ci ildən icarə obyekti təhvil verilən anadək, yəni xx.xx.2023-cü il tarixədək cavabdeh ödəməli olduğu aylıq icarə haqqlarını ödəməmişdir. Yəni cavabdeh faktiki olaraq fəaliyyət göstərsə də, hər ay ödəməli olduğu icarə haqqlarını ödəməməkdə davam etmişdir. Bu isə öz növbəsində iddiaçıya münasibətdə mülki dövriyyənin sabitliyini pozmuş və mahiyyət etibarı ilə iddiaçının məruz qaldığı zərər deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəkilin izahatını dinləyib, sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1482/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(004)-3898/2022 nömrəli qətnaməsindən Cavabdeh Körpələr evi-uşaq bağçası MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(004)-3898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2776/2023 saylı qərarından görünür ki, Cavabdeh Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)- 1482/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3898/2022 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" Körpələr Evi-Uşaq Bağçası MMC ilə İddiaçı arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən icarə obyekti cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, İcarə haqları üzrə yaranmış 10.880 (on min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, Mülki iş üzrə ödənilmiş dövlət rüsumu 123,40 (bir yüz iyirmi üç manat qırx qəpik) cavabdeh "xxxx" Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, imza edənlər böyük icra məmuru X5 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3898/2022-21 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh Körpələr evi-uşaq bağçası MMC ilə İddiaçı arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş və ünvan 1 ünvanında yerləşən icarə obyekti cavabdeh tərəfindən iddiaçıya hissəsinə təhvil verilmişdir. Borclu Cavabdeh Körpələr evi-uşaq bağçasının direktoru X2, tələbkar İddiaçı nümayəndəsi X19, ARDİN Yasamal rayon 28 PB-nin sahə inspektorları polis leytenantı X14, polis mayoru X8, Bakı şəhəri Yasamal rayon X11 hissəsinin növbə rəisin köməkçisi X9, böyük yanğın söndürən çavuş X17, 4 saylı təcili tibbi yardım stansiyasının həkimi X7, hal şahidləri X3 və X6r. Qeyd olunan 8 ədəd 2 mərtəbə yataq dəsti və 16 ədəd yataq döşəyi (matras), musiqi aləti – pianino, 3 ədəd şkaf, 1 dəst mətbəxt mebeli, 1 soyuducu, 1 paltaryuyan, 1 ədəd qızdırıcı soba, 12 ədəd uşaq çarpayısı və 24 ədəd matras, 2 böyük unitaz və 4 kiçik unitaz, 4 balaca moydadr, 12 rəf, 5 kitab rəfi, 1 dəst ofis mebeli, 1 divan, 3 dəst stol, 32 stul, 8 ədəd uşaq oyuncaq paketi, 2 xalça, 32 ədəd uşaq yataq dəsti, 1 ədəd böyük kalonka, tozsoran, tikiş makinası, 2 ədəd televizor, 1 ədəd notebook, 3 ədəd reklam, 1 ədəd elektron peç, radiator, 8 ədəd müşaidə kamerası və bloku, X2 ilə tələbkarın nümayəndəsi noyabr ayın 8-dək saxlanc üçün təhvil verməyə etiraz etməmişdir. Mənzildə olan əşyalar siyahıya alınaraq tələbkarın İddiaçı nümayəndəsi X1 üçün təhvil verilmişdir. Ona ARCM 303.1 maddəsinin tələbləri izah olunmuşdur və məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Heç bir qızıl-zinət əşyası, pul və qiymətli əşyalar aşkar edilməmişdir. Aktın doğruluğu imzalarıyla təsdiq etmişlər. İcra zamanı tərəflər arasında münaqişə və hər hansı hadisə baş verməmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddia məhkəməyə verilən gündən, yəni xx.xx.2022-ci ildən icarə obyekti təhvil verilən anadək, yəni xx.xx.2023-cü il tarixədək 19.000 (on doqquz min) manat aylıq icarə haqqları tərəflərindən ödənilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq tərəflərindən ödənilməyən 14 aylıq icarə haqqlarının, yəni 19.000 (on doqquz min) manat icarə haqqlarının 3 gün müddətində ödənilməsi bildirilmişdir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin icraatına iddiaçı tərəfindən icarə münasibətlərindən irəli gələn mübahisə üzrə iddia ərizəsi daxil olmuşdur. Həmin iddia ərizəsində icarə haqqları üzrə tələb edilən 10880 manat məbləğində pul iddia ilə məhkəməyə müraciət edilən günə kimi cavabdeh tərəfindən ödənilməyən icarə haqqı məbləğidir. xx.xx.2022-ci il tarixdən icarə obyekti təhvil verilən anadək, yəni xx.xx.2023-cü il tarixədək cavabdeh faktiki olaraq fəaliyyət göstərsə də, ödəməli olduğu aylıq icarə haqqlarını ödəməmişdir. Bununla da iddiaçıya zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən vurulmuş zərərin əvəzini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Körpələr evi-uşaq bağçasından 19.000 (on doqquz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar