Məhkəmə qərarları › İş №e-2(004)-1488/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1488/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1488/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Ləğvedicsi Əmanətlərin Sığortalanma Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Ləğvedicsi Əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Ləğvedicsi Əmanətlərin Sığortalanma Fondu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 12499,31 (on iki min dörd yüz doxsan doqquz manat otuz bir qəpik) manat borc olmaqla – bundan 9622,80 (doqquz min altı yüz iyirmi iki manat səksən qəpik) manat əsas, 1745,55 (bir min yeddi yüz qırx beş manat əlli beş qəpik) manat faiz və gecikdirilmiş vaxt üçün 1130,96 (bir min yüz otuz manat doxsan altı qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2019- cu il tarixli 04/0069/PCK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.3-cü maddəsinə əsasən borcalan bu müqavilə üzrə müqavilə şərtlərinin pozulması, kredit xətti üzrə limitdən artıq vəsaitin xərclənməsi və 5 təqvim günü ərzində ödənilmədiyi halda kredit üzrə borcun və kreditdən istifadəyə görə ödənişlərin qaytarılma vaxtından 5 gündən artıq keçdiyi zaman kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək və kredit kartının fəaliyyətini dayandırmaq “Bank”ın hüququdur. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12499,31 (on iki min dörd yüz doxsan doqquz manat otuz bir qəpik) manat təşkil edir. Bundan 9622,80 (doqquz min altı yüz iyirmi iki manat səksən qəpik) manat əsas, 1745,55 (bir min yeddi yüz qırx beş manat əlli beş qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 1130,96 (bir min yüz otuz manat doxsan altı qəpik) manat borcu təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********326 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC Ləğvedicsi Əmanətlərin Sığortalanma Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 07 iyun 2019-cu il tarixli 04/0069/PCK nömrəli Kredit müqaviləsinə əsasən"xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" ASC-yə 07 iyun 2019-cu il tarixli 04/0069/PCK nömrəli kredit müqaviləsi üzrə 9622,80 manat əsas, 1745,55 manat faiz və gecikdirilmiş vaxt üçün 1130,96 manat faiz borcu olmaqla cəmi 12499,31 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9622,80 (doqquz min altı yüz iyirmi iki manat səksən qəpik) manat əsas, 1745,55 (bir min yeddi yüz qırx beş manat əlli beş qəpik) manat faiz və gecikdirilmiş vaxt üçün 1130,96 (bir min yüz otuz manat doxsan altı qəpik) manat faiz borcu olmaqla cəmi 12499,31 manat və ödənilmiş 128 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9622,80 (doqquz min altı yüz iyirmi iki manat səksən qəpik) manat əsas, 1745,55 (bir min yeddi yüz qırx beş manat əlli beş qəpik) manat faiz və gecikdirilmiş vaxt üçün 1130,96 (bir min yüz otuz manat doxsan altı qəpik) manat faiz borcu olmaqla cəmi 12499,31 (on iki min dörd yüz doxsan doqquz manat otuz bir qəpik) manat pul və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar