Məhkəmə qərarları › İş №e-2(004)-1490/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1490/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1490/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1637 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 38 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1775 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli AL-64 sayllı “X5” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün 05 may 2022-ci il tarixdə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomobil 05 may 2022-ci ildə Cavabdeh icarəyə verildikdən bir həftə sonra iddiaçı cavabdehə dəfələrlə zəng edərək icarə ödənişini verməsini, əks təqdirdə avtomobili geri qaytarmasını tələb etsə də o, ödəniş etmir və avtomobili geri qaytarmaqdan imtina edirdi. 20 may 2022-ci ildə o, avtomobili Xırdalan şəhəri ərazisində aşkar etmişdir. Həmin vaxt avtomobildə nasazlıqlar və zədələr aşkar etmişdir. Bundan sonra, avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etmişdir. Orada avtomobilə baxış keçirilərkən avtomobilin çaşka, feredoy, vıjımnoy, ön bufer, akkumulyator, kompressor maqniti və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, çilingər, plasmasçı və elektrik işlərinin görülməli olduğu müəyyən edildi. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1637 manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də mən həmin vaxt avtomobili “RS Avtoservis”-də 1637 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Göründüyü kimi, Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 1637 manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ekspertin rəyi ilə razı olduğunu və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD№763222 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-64 saylı X5nə əsasən "xxxx" MMC ümumi dəyəri 13800 manat olan bir ədəd “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili yararlı vəziyyətdə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi, İddiaçı müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 5 may 2022-ci il tarixli icarə müqaviləsinə “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 5 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki baxımdan saz vəziyyətdə və bütün ləvazimatları yerində olmaqla, heç bir qüsuru olmamaqla Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli POA********** nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnəmə əsasında "xxxx" MMC ilə Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-64 saylı X5 əsasında lizinqə verilmiş “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi səlahiyyətini etibar etmişdir. İcarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. İş materiallarında olan X3, X2, X4 və X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2022-ci tarixdə saat 14:25 radələrində 90PN380 dövlət qeydiyyat nişanlı avtomobili müqavilə əsasında idarə edən Cavabdeh onlar tərfindən dəfələrlə zəng olunub ofisə yaxınlaşmasını tələb etsələr də yaxınlaşmamış, özüləri həmin avtomobilə baxış zamanı detalların, dəyişildiyini və çaşka, feredo, vıjınoy, ön bufer, akkumlator, frion, koimpressor maqniti, ön əyləclər və s. maddi ziyan dəydiyini aşkar etmişlər. İş materiallarında olan “RS Avtoservis” tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “RAVON NEXİA R3” markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci-ehtiyat hissələri üzrə 877 manat, işçilik xərci 760 manat olmaqla, cəmi 1637 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2090 saylı, 12 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, “RS Avtoservis” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1513 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün Bakı şəhri 14 saylı vəkil bürosunun hesabına 100 manat ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-64 saylı X5nə əsasən "xxxx" MMC ümumi dəyəri 13800 manat olan “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 5 may 2022ci il tarixli icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən icarəyə götürülmüş, həmin tarixdə avtomobil texniki baxımdan saz vəziyyətdə və bütün ləvazimatları yerində olmaqla, heç bir qüsuru olmamaqla Cavabdeh təhvil verilmişdir. Lakin, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin hissələri nasaz hala salınmış vəziyyətdə geri qaytarılmışdır. “RS Avtoservis” tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktda əsasən, “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ehtiyat hissələri üzrə 877 manat, işçilik xərci 760 manat olmaqla, cəmi 1637 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2090 saylı, 12 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən “RS Avtoservis” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1513 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən icarəyə götürülmüş nəqliyyat vasitəsi ona texniki baxımdan saz vəziyyətdə, heç bir qüsuru olmadan və bütün ləvazimatları yerində olmaqla təhvil verilmişdir. Lakin, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin hissələri nasaz hala salınmış vəziyyətdə geri qaytarılmış və təqsirli hərəkətləri nəticəsinə iddiaçıya maddi ziyan vurmuşdur. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, Cavabdeh hər hansı bir səbəbdən nəqliyyat vasitəsini təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Odur ki, iddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən ona ödənilmədiyindən, iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə dəymiş zərərin məbləğinin müəyyən edilməsində iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşaraq, onu mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ekspert rəyinə əsasən, “RAVON NEXİA R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1513 manat maddi zərər Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 100 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,28 manat pul Cavabdeh alınaraq iddiaçı Ağayev X6 verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 2,72 manat (38-35,28=2,72) iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1513 (bir min beş yüz on üç) manat, hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,28 (otuz beş manat iyirmi səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 2,72 manat (38-35,28=2,72) iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1513 (bir min beş yüz on üç) manat, hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,28 (otuz beş manat iyirmi səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 2,72 (iki manat yetmiş iki qəpik) manat (38- 35,28=2,72) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar