Məhkəmə qərarları › İş №e-2(004)-1492/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1492/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1492/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 İddiaçı QSC ilə 18.12.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz, hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1870.95 (min səkkiz yüz yetmiş) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 18.01.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1.35 manat ödəniş etmiş və onun iddiaçıya 1869.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği lizrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasan bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 26.01.2022-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 16.75 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirdiyi gün üçün kredit qalığının qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1 % artıq olmaması şərli ilə cərimə ödəməlidir. 26.01.2022-ci il tarixə 373 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 697.39 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Göstərilənlərə əsasən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 və X1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 1869.6 manat məbləğində kredit borcu, 16.75 manat məbləğində faiz borcu və 697.39 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2583.74 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 45.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə tərəfindən elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin bildirişin cavabdehlərə çatdırılması mümkün olmamışdır. Eyni zamanda cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1 faizlə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1870.95 manat məbləğində kredit verilmiş, daha sonra kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh1 arasında 18.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin əsas borc üzrə 1869.6 manat, faiz borcu üzrə 16.75 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1, 470.1, 472.1 və 472.3-cü maddələrinə əsasən və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə belə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin AccessBank» QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 697.39 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış 697.39 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 180 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 18.12.2019-cu il tarixli, 011A********** nömrəli kredit müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 1869 (bir min səkkiz yüz altmış doqquz) manat 60 (altmış) manat əsas, faiz borcu üzrə 16 (on altı) manat 75 (yetmiş beş) qəpik, 180 (bir yüz səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 2066 (iki min altmış altı) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 45 (qırx beş) manat 84 (səksən dörd) qəpik məbləğində dövlət rüsumunun 20%-i, yəni 8 (səkkiz) manat 84 (səksən dörd) qəpik iddiaçıya aid edilməli, qalan 80%-i, yəni 37 (otuz yeddi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 18.12.2019-cu il tarixli, 011A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 1869 (bir min səkkiz yüz altmış doqquz) manat 60 (altmış) manat əsas, faiz borcu üzrə 16 (on altı) manat 75 (yetmiş beş) qəpik, 180 (bir yüz səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 2066 (iki min altmış altı) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 45 (qırx beş) manat 84 (səksən dörd) qəpik məbləğində dövlət rüsumunun 20%-i, yəni 8 (səkkiz) manat 84 (səksən dörd) qəpik iddiaçıya aid edilsin, qalan 80%-i, yəni 37 (otuz yeddi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar