Məhkəmə qərarları › İş №e-2(004)-1499/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1499/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1499/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzaq qohumdurlar. İddiaçı oğlunun işə düzəldilməsinə köməklik göstərilməsi məqsədilə 2020-ci ilin yanvar ayında cavabdehə 5000 (beş min) manat pul vermişdir. Lakin, oğlu hələ də işsizdir, cavabdeh oğlunun işlə təmin olunmasında hər hnası köməklik göstərməmişdir. Göstərilənlər nəzərə alınmaqla, 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC-də aparılmış xx.xx.2020-ci tarixli valyuta mübadiləsi haqqında qəbzə əsasən müəyyən olunur ki, Zaqatala şəhərində 2000 ABŞ dolları mübadilə edilərək İddiaçı 3398 (üç min üç yüz doxsan səkkiz) manat pul verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli poçt qəbzinə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh 3500 (üç min beş yüz) manat pul göndərişi edilmişdir. İş materiallarında olan 1 (bir) ədəd CD diskdəki İddiaçı ilə Cavabdeh arasındakı 4 (dörd) dəfə baş tutmuş telefon danışıqlarına əsasən müəyyən olunur ki, iddiaçı həqiqətən oğlu Səidin işə düzəlməsinə kömək edilməsi məqsədilə cavabdehə pul ödənişi etmiş, lakin, cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Müvafiq danışıqlara əsasən müəyyən olunur ki, Cavabdeh iddiaçıya ödənilmiş pulu geri qaytaracağını bildirir, lakin geri qaytarmır. Lakin, müvafiq danışıqlarda ümumi ödənişin məbləği barədə qeyd yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibələridir və mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə) çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Beləliklə, iddianın hüquqi və faktiki əsasları yuxarıda qeyd olunan mülki hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə iş materiallarına və digər sübutlara məcmu halında qiymət verərək müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçının oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi məqsədilə müqavilə ilə tapşırıq münasibətləri yaranmışdır. Müqavilə şifahi formada bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli ********* nömrəli poçt qəbzinə əsasən 3500 (üç min beş yüz) manat pul göndərmişdir. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək pulu ödəsə də, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və müqavilə şərtlərini pozmaqla iddiaçıya 3500 (üç min beş yüz) manat maddi zərər vurmuşdur. Lakin, iddia predmetinin qalan hissəsini təşkil edən 1500 (min beş yüz) manat pula münasibətdə iddiaçı tərəfindən sübut təqdim edilməmiş və iş materiallarında olan CD diksdəki səs yazıları ilə sözügedən 1500 (min beş yüz) manat ödənişin həyata keçirilməsi öz təsdiqini tapmır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olması və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Cavabdeh mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə proseslərinin vaxtı və yeri barədə məlumatlandırılsa da, cavabdeh tərəfindən qeyd olunan xüsusatları təkzib edən yazılı və ya şifahi etiraz (mülahizə, izahat) məhkəməyə daxil olmamışdır. Nəticədə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarında olan sübutlar həddində mübahisəyə hüquqi qiymət verməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat pul və dövlət rüsumu qismində ödənilmiş 70 (yetmiş) manat tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat pul və dövlət rüsumu qismində ödənilmiş 70 (yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar