Məhkəmə qərarları › İş №e-2(004)-150/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-150/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-150/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən, İddiaçı məxsus 5000 kv.metr torpaq sahəsindəki 1400 kv.metr anbardan xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 13 ay müddətində istifadəyə görə 55120 manat, 760 kv.metr anbardan xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək 15 ay müddətində istifadəyə görə 39150 manat, 548 kv.m talvardan xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 28 ay müddətində istifadəyə görə 64400 manat, 107.2 kv.m talvardan xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 28 ay müddətində istifadəyə görə 12600 manat olmaqla, cəmi 171270 manat haqqın, hazırkı iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 461,27 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə “X4 Mərkəzi" MMC-nin hesabına xidmət haqqı kimi ödənilmiş 1000 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı, Binəqədi r-nu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən, alqı-satqı yolu ilə əvvəllər X1 mülkiyyətinə verilmiş 5000 kv.m torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı adına rəsmiləşdirilib. Həmin torpaq sahəsində yerləşən və ümumi sahəsi 545 kv.m olan istehsalat sexi xx.xx.2015-ci il tarixli 2 saylı icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən aylıq icarə haqqı 500 manat olmaqla Cavabdeh MMC-yə icarəyə verilib və müqavilənin müddəti xx.xx.2016-cı ilədək müəyyən olunub (müqavilənin 1, 2, 9, 11.01 bəndləri). İcarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən icarəyə götürülmüş sahə 545 kv.m-dən 1400 kv.m tikili sahəyə qədər artırılıb, icarə haqqı isə 500 manatdan 1500 manata dəyişdirilib və müqavilənin digər şərtləri olduğu kimi qalıb. İcarəyə verilmiş sahənin artırılaraq 1400 kv.m müəyyən edilməsi xx.xx.2019-cu ildə sənədləşdirilsə də (müqaviləyə 1 №-li Əlavə), Cavabdeh MMC 6 ilə yaxın idi ki, onsuz da 1400 kv.m tikilidən və torpaq sahəsinin icarə predmetinə aid olmayan hissəsindən faktiki olaraq istifadə edirdi və buna görə əlavə hər hansı icarə haqqı ödəmirdi. Həmin müqavilənin 11.02 bəndinə görə icarəyə verən və icarəyə götürən müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinini bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq olmadığı halda müqavilə müddəti daha 1 il uzadılmış hesab olunur. “İcarə haqqında” Qanunun 12-ci maddəsinə görə icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. xx.xx.2015-ci ildə xx.xx.2016-cı ilədək qüvvədə olmaqla bağlanmış icarə müqaviləsinin müddəti 2017-ci ildən başlayaraq hər il onun 11.02 bəndində göstərilən qaydada növbəti 1 il (sonuncu dəfə xx.xx.2021-ci ilədək) uzadılıb. İddiaçı poçtla Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlıq göndərərək, xx.xx.2022-ci ildən müqavilə müddətinin artırılmamasına qərar verdiyini bildirib, müqavilə bağlanandan sonra tikilmiş əlavə tikililər və quraşdırılmış kontruksiyalar sökülməklə icarəyə götürülmüş torpaq sahəsinin və həmin sahədəki 1400 kv.m tikilinin xx.xx.2022-ci ildən 10 təqvim günü müddətində ona təhvil verilməsini tələb edib. Cavabdeh MMC həmin xəbərdarlığı xx.xx.2021-ci ildə alıb və bundan sonra xx.xx.2021-ci ildə İddiaçı qarşı Binəqədi rayon məhkəməsində müqavilə müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia qaldırıb, həmin xəbərdarlığı da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edib. İddiaçı icarə müqaviləsinin 11.02 bəndinə uyğun olaraq onun müddətinin bitməsinə 15 gün qalanadək müqavilənin pozulması barədə digər tərəfi yazılı xəbərdar etdiyi üçün müqavilə müddəti növbəti dəfə uzadılmayıb və xx.xx.2021-ci ildə başa çatıb. İcarə obyektinin təhvil verilməsi üçün verilmiş vaxt xx.xx.2022-ci ildə bitsə də, Cavabdeh MMC onu təhvil verməyib, hüquqi əsas olmadan həmin obyektdən qanunsuz istifadəni davam etdirib və hazırda da etdirməkdədir. X6 qeyd olunan əmlakları bazar qiyməti ilə icarəyə vermək və ondan gəlir götürmək hüququndan məhrum olmuşdur. İcarə müqaviləsi onun müddətinin xx.xx.2021-ci ildə başa çatması ilə əlaqədar ləğv olunmuş sayılır. Bu tarixdən sonra Cavabdeh MMC-nin icarə obyektini qaytarmaqla imtina etməsi və ona sahiblik etməsi qanunsuzdur. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qanunsuz sahiblikdən tələb olunması (icarə sahəsindən məcburi çıxarılma tələbi) barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə mmüraciət edib. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-1027/2022 №-li qətnaməsinə əsasən ilk iddia rədd olunub, qarşılıqlı iddia isə təmin olunaraq Cavabdeh MMC-nin 5000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1400 kv.m olan tikilidən çıxarılması və torpaq sahəsinin tikili ilə birlikdə İddiaçı təhvil verilməsi qət edilib. Binəqədi rayon məhkəməsinin ilk iddianın müqavilə müddətinin uzadılması tələbinə dair hissəsi və qarşılıqlı iddia üzrə gəldiyi nəticə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qanuni və əsaslı sayılıb (xx.xx.2023-cü il tarixli 2(103)-656/2024 №-li qətnamə və xx.xx.2024-cü il tarixli 2(102)-1386/2024 №-li qərar). İcarə müqaviləsində göstərilmiş 1400 kv.m tikili üçün 1500 AZN icarə haqqı (1.07 AZN / 1 kv.m) xx.xx.2019-cu ildə müəyyən olunmuş qiymətdir və həmin dövr üçün də bazar qiymətindən aşağı idi (qohumluq münasibəti nəzərə alınaraq belə müəyyən edilmişdi). Cavabdeh MMC İddiaçı ünvanladığı xx.xx.2021-ci tarixli LS 01/09-21 №-li məktubunda 1400 kv.m tikili üçün 3000 AZN icarə haqqı ödəməyi təklif edib. Halbuki həmin dövrdə o ərazidə anbar sahələrinin icarə qiyməti 1 kv.m üçün 4 - 5 manat təşkil edirdi. İddiaçı ona məxsus 5000 kv.m torpaq sahəsində yerləşən tikililərlə bağlı digər icarəçilərlə bağladığı müqavilələrdə icarə haqqı məhz real bazar qiymətinə uyğun müəyyən olunub. Daşınmaz əmlak icarəsi ilə bağlı internet resurslarındakı elanlardan görünür ki, hazırda qeyd olunan qiymətlər daha da yüksəkdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci ildə bitsə də, Cavabdeh MMC onun icarə obyektinin 640 kv.m hissəsini yalnız xx.xx.2023-cü ildə təhvil verib və qalan 760 kv.m hissəsini hələ də hüquqi əsas olmadan qanunsuz istifadə edir. Cavabdeh MMC İddiaçı müqavilə müddəti başa çatdıqdan sonra, yəni xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 13 ay ərzində 1400 kv.metr anbar sahəsindən faktiki istifadəyə görə hər ay 1500 AZN, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan 15 ay ərzində 760 kv.metr anbar sahəsindən faktiki istifadəyə görə hər ay 810 AZN pul ödəyib. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut olunur ki, Cavabdeh MMC İddiaçı məxsus torpaq sahəsində yerləşən və icarəyə verilməyən, sahəsi 105 kv.m olan talvardan, eləcə də həmin torpaq sahəsində icarəyə verilən tikilidən kənarda özünün inşa etdiyi, sahəsi 588 kv.m olan dəmir konstruksiyadan ibarət talvardan həm icarə müddətində, həm də bu müddətdən sonra heç bir haqq ödəmədən faktiki istifadə edib və hazırda da etməkdədir. Halbuki qeyd olunan talvar sahələri Cavabdeh MMC-yə icarəyə verilməyib. Hesab edirik ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv olunduqdan sonra xx.xx.2022-ci ildən başlayaraq əmlaklardan qanuni əsas olmadan faktiki istifadəyə görə İddiaçı bazar qiymətinə uyğun haqq ödəməlidir ki, bu da: - xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 13 ay üçün 1400 kv.metr anbar sahəsinə görə 55120 manat (5740 AZN x 13 ay - (1500 AZN x 13 ay)); - 27.01,2023-cü ildən 01,05.2024-cü ilədək 15 ay üçün 760 kv.metr anbar sahəsinə görə 39150 manat (3420 AZN x 15 ay- (810 AZN x 15 ay)); - xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək 28 ay üçün 548 kv.m talvardan istifadəyə görə 64400 manat (2300 AZN x 28 ay); - xx.xx.2022-ci ildən 01,05.2024-cü ilədək 28 ay üçün 107,2 kv.m talvardan istifadəyə görə 12600 manat (450 AZN x 28 ay) olmaqla, cəmi 171270 manat təşkil edir. Daha sonra, Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, həmin iddia ərizəsi ilə tanış olduqla məlum oldu ki, iddiaçının yeni tələbi eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə yaranmış haldır. “Res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Bu iş üzrə iddiaçının ərizəsində yeni bir hal aşkar deyil və yoxdur, mövcud hallar üzrə yenidən məhkəməyə müraciət etmişdir. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin, iddiaçının ərizəsindəki qeyd etdiyi hallar artıq əvvəlki məhkəmə qərarlarında məlum idi, yəni, İddiaçının icarə haqqmın artırılması tələbi artıq müəyyən idi. Cavabdeh MMC iddia edə bilər ki, hər hansı icarə artımı qoyulmuş sərmayə və ya təmir olmadan, yalnız əmlakın ədalətli bazar dəyərini əks etdirməlidir. Hər hansı icarə haqqı artımı Cavabdeh MMC-nin investisiyasının əlavə dəyərini əhatə etməməlidir. Qeyd edilir ki, icarə haqqı məlikəmə prosesindən əvvəl ardıcıl olaraq ayda 1500 AZN olub, bu isə həmin məbləğin saxlanması üçün məqbul olmasına dair uzunmüddətli razılaşmanın olması deməkdir. Cavabdeh MMC iddia edə bilər ki, İddiaçının hələ də Cavabdeh MMC-yə külli miqdarda borcu olduğu halda (qanuni qüvvəsinə almış qətnamayə əsasən cavabdeh bizə 63.545 manat ödənilmasi qərarla müəyyən edilmişdir - xx.xx.2023-cü il tarixli 2(103)- 656/2023 saylı), icarə haqqının artırılmasını tələb etməsi əsassızdır. Məhkəmə İddiaçının icarə haqqının artırılmasını onun öz maliyyə öhdəliklərini ödəmək cəhdi kimi qiymətləndirə bilər. Hər hansı icarə haqqı Cavabdeh MMC tərəfindən maliyyələşdirilən təmir nəzərə almadan anbar obyektinin ədalətli bazar dəyərini əks etdirməlidir. Təmir olmadan tipik icarə haqqının nə olacağını nümayiş etdirmək üçün ərazidəki oxşar anbarlar üçün tarixi icarə məlumatları almaq olar. İddiaçının Cavabdeh MMC tərəfindən maliyyələşdirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 640 kvadratmetr sahəsini daha baha qiymətə icarəyə verə bilməsi onun artıq Cavabdeh MMC-nin qoyduğu investisiyalardan maliyyə baxımından faydalandığım göstərir. Cavabdeh MMC ərazidəki oxşar, yaxşılaşdırılmamış əmlakların kirayə qiymətlərinə baxaraq İddiaçının investisiyalar olmadan nə qədər qazanacağını hesablaya bilər. Bu, təmir zamanı əlavə dəyər nəzərə alınmadan ədalətli bazar icarə haqqının müəyyən edilməsinə əsas verəcək. Cavabdeh MMC 2021-ci ildən borc ödənilənə qədər olan yatırılmış pul məbləğində də faiz tələb edə bilər. Faiz dərəcəsi qanunla müəyyən edilmiş dərəcədən və ya icarə və ya yenidənqurma müqaviləsində razılaşdırılmış istənilən dərəcədən asılı olacaq. İddiaçının icarə haqqımn artırılması ilə bağlı iddiasının əsassız varlanma olduğunu iddia etmək olar, çünki o, Cavabdeh MMC-nin investisiyalarından ədalətsiz şəkildə faydalanmağa çalışır və bundan əlavə, İddiaçı icarə haqqının artırılması tələbi əsassız varlanmadır, çünki o, ona qaytarılan 640 kvadrat metrdən təmir hesabına daha yüksək icarə gəlirindən yararlanıb. Məhkəmə çəkişmələri zamanı icarə haqqının hər hansı artımı əsassız və ədalətsiz olardı, xüsusən belə dəyişikliklərə icazə verən heç bir müqavilə müddəası olmadığı üçün. Cavabdeh MMC icarə ödənişləri ilə bağlı tərəflərin əvvəlki davranışlarım və tarixçələrini sübut edə bilər. Əgər icarə haqqı rəsmi dəyişikliklər və ya etirazlar olmadan zamanla ardıcıl olaraq qalırsa, bu, mövcud icarə məbləğini dəstəkləyir. ‘‘Lubristar LLC” MMC iddia edə bilər ki, onlar məhkəmə prosesində ilkin razılaşdırılmış icarə haqqını (ayda 1500 AZN) ödəməyə davam ediblər və bu müddət ərzində ödəniləcək hər hansı icarə haqqı iddiaçının iddia etdiyi artırılmış tariflə deyil, ilkin razılaşdırılmış şərtlərlə olmalıdır. Ona görə ki, xx.xx.2023-cü ilə qədər 1400 kv metr istifadəyə görə 1500 AZN ödənilib. xx.xx.2023-cü ildə 1400 kv.m metr istifadənin 640 kv.metr hissəsi İcarədara təhvil verilib, və növbəti aylarda 760 kv metr hissənin istifadəsinə görə 810 AZN aylıq ödənilib, xx.xx.2024-cü ilə kimi bu faktlar ödəniş sənədləri ilə təsdiq olunur. Həmçinin, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin tətbiq edilərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1510/2025 saylı qərardadı ilə ddiaçı İddiaçı Əli oğlunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-150/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-150/2025 saylı qərardadı ilə İddiaçı Əli oğlunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-150/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-150/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-150/2025 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-150/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 3716/2025 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-150/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin büün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin İş № 2 inz (81)-1090/2014, xx.xx.2014-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə M.Ə.Rəsıılzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 203 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı – satqı yolu ilə vətəndaş X1 mülkiyyətinə verilmiş 5000 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında Bələdiyyə iclasının xx.xx.2014-cü il tarixli, 04 saylı protokolunun 08 saylı qərarından çıxarışa əsasən ünvan 1 ünvanında yaşayan iddiaçı X1 cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 5000 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli, 203 saylı qərarının dəyişdirilərək, qərarla ayrılmış torpaq sahəsinin İddiaçı adma sənədləşdirilməsi vəzifəsinin Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi"nə dair iddia tələbi ilə bağlı inzibati iş üzrə 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin çıxardığı və qanuni qüvvəsini almış İş № 2 inz (81) -1090/2014, xx.xx.2014-cü il tarixli qərarının icrasının təmin olunması, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin İş № 2 inz (81) -1090/2014, xx.xx.2014-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 203 saylı qərarında dəyişiklik edilərək, iddiaçı X3 M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı - satqı yolu ilə ayrılmış 5000 kv.m. torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 1, ev 16 ünvanında yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi, M.Ə.Rəsulzadə bələdiyyəsinin vətəndaş X.V.İsmayılovanm adına verdiyi xx.xx.2006-cı il tarixli, 203 saylı qərarının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan icarəyə verən İddiaçı və icarəyə götürən Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfi ünvanında yerləşən ümumi sahəsi 545 kv.m olan istehsalat sexini anbar olaraq istifadə üçün icarəyə götürənə icarəyə verir. İcarəyə götürən isə aylıq 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi 31 dekabr 2016-cı il tarixədək bağlanmışdır. İş materiallarında olan icarəyə verən İddiaçı və icarəyə götürən Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən icarəyə götürülmüş sahə 545 kv.m sahədən, 1400 kv.m tikili sahəyə qədər artırılımış, aylıq icarə haqqı 500 manat məbləğdən 1500 manat məbləğinə dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci tarixli LS 01/09-21 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC İddiaçı 1400 kv.m tikili üçün 3000 manat icarə haqqı ödəməyi təklif etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlığa əsasən İddiaçı 01 iyul 2015-ci il tarixli 2 saylı İcarə müqaviləsinin 11.01. və 11.02. bəndini və 01 oktyabr 2019-cu il tarixli 2 saylı İcarə müqaviləsinə 1 nömrəli əlavəni əldə rəhbər tutaraq 01 yanvar 2022-ci il tarixdən müqavilənin müddətinin artırılmamasına qərar vermiş və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfi ünvanındakı ona məxsus torpaq sahəsində 01 iyul 2015-ci il tarixli müqavilə bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1400 kv.m. tikili sahənin 01 yanvar 2022-ci il tarixdən 10 (on) təqvim günü müddətində İcarəyəverənə təhvil verilməsini xahiş etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMCyə göndərilmiş xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlıq məktubu xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin ünvanına çatmış və imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli 10/1384 nömrəli rəyindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli qərarı ilə İddiaçı adına rəsmiləşdirilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfində yerləşən 5.000 kv.metr torpaq sahəsində iddiaçı Cavabdeh tərəfindən kanalizasiya sisteminin çəkilməsi, ümumi sahənin asfalt örtüklə bağlanması, metalkonstruksiyadan talvar sisteminin qurulması və ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işləri (yaxşılaşdırmalar) görülmüşdür. Tədqiq olunan ünvanda görülmüş təmir-tikinti işlərindən cavabdehin əmlakı zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqların sökülüb götürülməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2017-2018-ci illərdə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 89.405 manat məbləğində məüyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işlərinin dəyərini müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-1027/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən İddiaçı məxsus 5.000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1.400 kv.metr olan tikilidən çıxarılması və həmin torpaq sahəsinin tikili ilə birlikdə İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-656/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin qismən, yəni ilkin iddianın icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən İddiaçı məxsus 5.000 kv.m torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərinin əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri olan 63.545 (altmış üç min beş yüz qırx beş) manat (89.405-25860=63.545) İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi, mübahisələndirilən qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1386/2024 nömrəli qərarına əsasən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 dekabr 2023-cü il tarixli, 2(103)-656/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-656/2023 nömrəli qətnaməsi 10 iyun 2024-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, icrarəçi Cavabdeh MMC tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2 saylı icarə müqaviləsinə və xx.xx.2019-cu il tarixli 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən ona icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfində, 5000 kv.m torpaq sahəsində yerləşən, icarə obyekti olan 1400 kv.m qeyri-yaşayış sahəsinin 640 kv.m hisssəsini (2 anbar sahəsini) xx.xx.2023-cü il tarixdə icarəyəverən İddiaçı təhvil verdi və icarəyəverən həmin hissəni ondan təhvil aldı. İcarə obyektinin qalan hissəsi 760 kv.m icarəçi Cavabdeh MMCnin faktiki istifadəsində qalmaqda davam edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/6161, 9/6350 nömrəli rəyindən görünür ki, baxış zamanı ekspertə 2 talvar təqdim olundu. Birinci talvarın sahəsi 107,2 m2, ikinci talvarın sahəsi isə 548 m2-dir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfində İddiaçı Əli oğlunun mülkiyyətində olan 5000 kv.m torpaq sahəsində yerləşən 1400 kv.m anbar sahəsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan orta aylıq icarə haqqı 5740 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfində İddiaçı Əli oğlunun mülkiyyətində olan 5000 kv.m torpaq sahəsində yerləşən 760 kv.m anbar sahəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan orta aylıq icarə haqqı 3420 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfində İddiaçı Əli oğlunun tərəfindən talvar inşa edilmiş 107,2 kv.m talvardan istifadəyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan orta aylıq icarə haqqı 450.24 manat, yuvarlaq şəkildə 450 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfində İddiaçı Əli oğlunun mülkiyyətində olan 5000 kv.m torpaq sahəsində “LUBRİSTAR LLC “MMC tərəfindən inşa edilmiş 548 kv.m talvardan istifadəyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan orta aylıq icarə haqqı 2301.60 manat yuvarlaq şəkildə 2300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubuna əsasən cavabdehə 3 (üç) gün müddətində 125558 manat pulun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMCyə ünvanlanmış pretenziya məktubu xx.xx.2024-cü il tarixdə cavabdehə çatmış və imzalanaraq qəbul edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini anbar olaraq aylıq icarə haqqı 500 manat olmaqla icarəyə vermişdir. 01 oktyabr 2019-cu il tarixli, 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavəni imzalamaqla tərəflər icarə müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmiş, icarəyə götürülmüş sahə 545 kv.metr sahədən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, aylıq icarə haqqı 500 manat məbləğdən 1.500 manat məbləğinə dəyişdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, icarəyə götürülmüş sahədə və ondan kənarda iddiaçıya məxsus torpaq sahəsində icarə müddəti dövründə yaxşılaşdırma işləri görmüşdür (kanalizasiya sistemi çəkilmiş, ümumi sahə asfalt örtüyü ilə bağlanmış, metal konstruksiyadan talvar sistemi qurulmuş və ümumi sahə video nəzarət qurğuları ilə təmin olunmuşdur). İddiaçı 02 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıqla cavabdehə müraciət edərək 01 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin artırılmamasına qərar verdiyini bildirmiş və icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1.400 kv.metr tikili sahənin həmin tarixdən 10 gün müddətində təhvil verilməsi xahiş etmişdir. Həmin xəbərdarlıq 08 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra Cavabdeh MMC məhkəməyə müraciət edərək, icarə müqaviləsinin müddətinin uzadılmasını, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılmasını xahiş etmişdir. İddiaçı da qarşılıqlı iddia qaldıraraq, qarşılıqlı iddia üzrə cavabdehdən ona məxsus torpaq sahəsindən və tikilidən çıxmasını və həmin torpaq sahəsinin tikili ilə birlikdə ona təhvil verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 1027/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən İddiaçı məxsus 5.000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1.400 kv.metr olan tikilidən çıxarılması və həmin torpaq sahəsinin tikili ilə birlikdə İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermiş və onun şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin qismən, yəni ilkin iddianın icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən İddiaçı məxsus 5.000 kv.m torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərinin əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri olan 63.545 (altmış üç min beş yüz qırx beş) manat (89.405- 25860=63.545) İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi, mübahisələndirilən qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra İddiaçı kassasiya şikayəti vermiş və onun şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 dekabr 2023-cü il tarixli, 2(103)-656/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC icarə obyektinin 640 kv.m hissəsini təhvil vermiş, qalan 760 kv.m sahə isə onun faktiki istifadəsində qalmışdır. Həmçinin tərəflərin verdiyi izahatlarla da təsdiq olunur ki, cavabdeh hələ də həmin torpaq sahəsi və tikilidən çıxmamışdır. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə uyğun hesablanmış orta aylıq icarə haqqı məbləğini əsas götürərək, müqavilə ləğv edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həm icarə obyektindən, həm də cavabdehə icarəyə verilməyən talvar sahələrindən istifadəyə görə hesablanmış icarə haqqını tələb edir. Belə ki, iddiaçı qeyd edir ki, cavabdeh ona məxsus torpaq sahəsində yerləşən və icarəyə verilməyən, sahəsi 107.2 kv.m olan talvardan, eləcə də həmin torpaq sahəsində icarəyə verilən tikilidən kənarda özünün inşa etdiyi, sahəsi 548 kv.m olan dəmir konstruksiyadan ibarət talvardan həm icarə müddətində, həm də bu müddətdən sonra heç bir haqq ödəmədən faktiki istifadə edib və hazırda da etməkdədir. Cavabdeh isə iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə ilk növbədə iddiaçının icarə haqqını tələb etdiyi tarixin başlanğıcına, yəni icarə haqqının xx.xx.2022-ci il tarixdən hesablanmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı 02 dekabr 2021-ci il tarixində cavabdehə yazılı xəbərdarlıq göndərərək, 01 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin uzadılmamasına qərar verdiyini bildirmiş və icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş icarə obyektinin həmin tarixdən 10 təqvim günü müddətində ona təhvil verilməsini tələb etmişdir. Həmin xəbərdarlıq 08 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müqavilə müddətinin uzadılmaması qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qüvvəyə minmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin məhkəmə iddiaçının icarə haqqının hesablanmasını tələb etdiyi son tarixə, yəni icarə haqqının xx.xx.2024-cü il tarixədək hesablanmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı xx.xx.2024-cü ilədək olan məbləği tələb etdiyindən məhkəmə iddiaya verilən tələb həddində baxmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının “5000 kv.metr torpaq sahəsindəki 1400 kv.metr anbardan xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 13 ay müddətində istifadəyə görə 55120 manat, 760 kv.metr anbardan xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək 15 ay müddətində istifadəyə görə 39150 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, işin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən bitmiş hesab edilsə də, cavabdeh icarə obyektinin 640 kv.m hissəsini xx.xx.2023-cü ildə təhvil vermiş, qalan 760 kv.m hissəsi isə onun faktiki istifadəsində qalmışdır. Cavabdeh iddiaçıya müqavilə müddəti başa çatdıqdan sonra, yəni xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 13 ay ərzində 1400 kv.metr anbar sahəsindən faktiki istifadəyə görə müqaviləyə uyğun olaraq hər ay 1500 manat, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan 15 ay ərzində 760 kv.metr anbar sahəsindən faktiki istifadəyə görə isə hər ay 810 manat pul ödəmişdir. Həmçinin bu iddiaçının izahatı ilə də təsdiq olunur. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, icarə obyektindən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş icarə haqqı bu günə qədər cavabdeh tərəfindən onun hesabında köçürülmüşdür. Yəni iddiaçı ödənilmiş icarə haqqının məbləği ilə razılaşmış və ödənişləri qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisləndirilən icarə haqqı məbləğinin indiyə qədər iddiaçının hesabına köçürülməsi və iddiaçı tərəfindən mübahisələndirilməməsi, bununla da susmaqla razılığını bildirməsi ödənilmiş icarə haqqı məbləğini bəyənməsini təsdiq edir. Belə ki, Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Məhkəmə hazırkı işin halları baxımından diqqəti Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Həmçinin məhkəmə iddiaçının “107.2 kv.m talvardan xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 28 ay müddətində istifadəyə görə 12600 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə iddiaçıya məxsus topaq sahəsinə və icarə obyektinə yerli baxış keçirən zaman müəyyən etmişdir ki, həmin ərazidə sahələri 107.2 kv.m və 548 kv.m olan iki talvar sahəsi mövcuddur. Lakin yerli baxış zamanı sahəsi 107.2 kv.m sahəsi olan talvar sahəsinin boş olduğu, yəni cavabdehə məxsus materialların orada yerləşdirilmədiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehin sözügedən talvar sahəsindən istifadə etdiyi sübut olunmur. Yəni iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Son olaraq məhkəmə iddiaçının “548 kv.m talvardan xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 28 ay müddətində istifadəyə görə 64400 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, yerli baxış zaman müəyyən edilmişdir ki, cavabdeh həmin ərazidə yerləşən 548 kv.m sahəsi olan talvardan hələ də istifadə etməkdə davam edir. Həmçinin adıçəkilən talvar sahəsində cavabdehə məxsus materialların yerləşdirildiyi aşkar olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı onun tərəfindən icarəyə verilməyən 548 kv.m talvar sahəsindən istifadəyə görə cavabdehdən icarə haqqını ödəməyi tələb etməkdə haqlı olmuşdur. İcarə haqqının tələb edildiyi müddətlə bağlı hissədə isə məhkəmə hesab edir ki, icarə haqqı müqaviləyə xitam verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixədək hesablanmalıdır. Həmçinin məbləğlə bağlı məsələyə münasibətdə məhkəmə ekspert rəyi ilə razılaşır. Belə ki, məhkəmə icarə haqqının 28 aylıq müddət üçün ödənilməsini tələb edilməsini və məhkəmə tərəfindən təyin edilmiş eskpertizanın rəyi ilə 548 kv.m talvardan istifadəyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan orta aylıq icarə haqqının yuvarlaq şəkildə 2300 manat müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, 64400 (28 ay x 2300 manat = 64400) manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir və tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin maddədə qeyd edilən hallardan biri də xüsusi iddia müddətidir ki, mülki qanunvericiliyə əsasən həmin Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti ötməmişdir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı isə iddia ərizəsini 20 iyun 2024-cü il tarixdə vermişdir. Yəni müqavilə ləğv edilidyi tarixdən 2 il sonra iddia qaldırılmışdır. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, ödənilmiş 283,20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 178,07 (bir yüz yetmiş səkkiz manat yeddi qəpik) manat (461,27-283,20=178,07) iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İş üzrə 03 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Eləcə də iş üzrə 22 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 1000 (bir min) manatın ½ hissəsi, yəni 500 (beş yüz) manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməli, məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin qalan ½ hissəsi, yəni 500 (beş yüz) manat pul vəsaiti isə İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdehndən 64400 (altmış dörd min dörd yüz) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 283,20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehndən 64400 (altmış dörd min dörd yüz) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 283,20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 178,07 (bir yüz yetmiş səkkiz manat yeddi qəpik) manat (461,27-283,20=178,07) iddiaçıya aid edilsin. İş üzrə 03 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə 22 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 1000 (bir min) manatın ½ hissəsi, yəni 500 (beş yüz) manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İş üzrə 22 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin qalan ½ hissəsi, yəni 500 (beş yüz) manat pul vəsaiti İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar