Məhkəmə qərarları › İş №e-2(004)-1567/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1567/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1567/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinəxx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 5000 (beş min) AZN məbləğində borc pul və Məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 70 AZN məbləğində dövlət rüsumu olmaqla – ümumilikdə 5070 AZN məbləğində pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 5 saylı Notariat Ofisində notarial qaydada kredit müqaviləsi bağlanılmışdır. Kredit Müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı Cavabdehə 5000 (beş min) AZN məbləğində pul borc vermişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən Cavabdeh İddiaçıya həmin məbləği xx.xx.2024- cü il tarixinədək tam məbləğdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günə qədər Cavabdeh öz öhdəliyini icra etməmişdir. Qeyd edirik ki, İddiaçı tərəfindən Cavabdehdən öz öhdəliklərinin icrası tələb edilsə də Cavabdeh kredit müqavilələri üzrə öz öhdəliklərini hələ də icra etməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanaraq, Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş 11 aprel 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən “Borc verən” İddiaçı tərəfindən "Borc alan" Cavabdeh 5000 (beş min) manat məbləğində pul faizsiz olaraq borc verilmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən "Borc alan" krediti xx.xx.2024-cü il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 11 aprel 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində pul xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərtilə faizsiz olaraq borc verilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəlik icra edilməmişdir. Nəticə etibarilə, borc verən, iş üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin məhkəmə iclasında iştirak etməmiş və borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borc pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borc pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar