Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1572/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi, 2165sBKXb/22 kredit saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. 2165sBKXb/22 saylı kredit xəttinə xitam verilmişdir, lakin texniki xəta səbəbindən müqavilə kartdan ayrılmayıb. Bu səbəbdən limit qədər vəsait balansda əks olunmuşdur və müştərinin həmin məbləği istifadə etməsi overdrafta səbəb olmuşdur. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958.95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat pul və 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi, 2165sBKXb/22 kredit saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İş ma xx.xx xx.xx Texn İş materiallarına overdraft hesabatına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarış əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958.95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat borcu vardır. İş materiallarında olan bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1 və 6.4.4-cü bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 (öhdəliyə münasibətdə), 462.1-ci (cərimə borcuna münasibətdə) və 467.1-ci (cərimə borcunun məhkəmə tərəfindən azadılmasına münasibətdə) maddələri təşkil edir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir, "xxxx" ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir, çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1 və 6.4.4-cü bəndləri hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, overdraft məbləği 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958.95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat təşkil edir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.4.4-cü bəndinin tələblərinə əsasən əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. Beləliklə, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1 və 6.4.4-cü bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 (öhdəliyə münasibətdə), 462.1-ci (cərimə borcuna münasibətdə) və 467.1-ci (cərimə borcunun məhkəmə tərəfindən azadılmasına münasibətdə) maddələri ilə iddianın faktiki və hüquqi əsasları eynilik təşkil edir. Cavabdeh iddiaçı "xxxx" ASC-yə məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə cərimə borcunu ödəməlidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, müqavilə üzrə cərimə pulunu 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat məbləğində deyil, 200 (iki yüz) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun 200 (iki yüz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəməyə iddiaya iddiaçının tələbi həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak edilməmişdir. Cavabdeh tərəfindən mülki iş üzrə müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatət verilsə də, vəsatət əsaslandırılmamış, təmin edilməsinin iş üzrə əhəmiyyəti, aydınlaşdıracağı xüsusatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 3190.90 (üç min yüz doxsan doqquz manat doxsan qəpik) manat pul və ödənilmiş 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 3190.90 (üç min yüz doxsan doqquz manat doxsan qəpik) manat pul və ödənilmiş 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1572/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1572/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver