Məhkəmə qərarları › İş №e-2(004)-1576/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1576/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1576/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 mart 2023- cü il tarixli kredit müqaviləsi üzrə 18117,27 manat əsas borc, 803,11 manat faiz borcu və 82,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19002,77 manat borcun və 147,01 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq məhkəmənin icraatında olan həmin işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətindədirlər və qarşılıqlı razılığa gələrək ərizəyə əlavə olunmuş şərtlərlə hazırkı Barışıq Sazişini imzalamışlar. Məhkəmənin nəzərinə çatdırmışdır ki, qeyd olunan barışığın şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 153, 191, 261-269 və 395-401-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq bu sazişi imzalamışlar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin şərtlərinin ona aydın olduğunu, göstərilən şərtlər əsasında barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ASC ilə Cavabdeh aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:

1. Borclu Cavabdeh İddiaçı ASC-yə 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 18582,53 AZN borcunun (əsas borc - 16 658,84 AZN, faiz borcu - 1200,18 AZN, cərimə borcu – 723,51) olmasını qəbul edir.

2. Borclu 18582,53 AZN qalıq borc məbləğini (ilk ödəniş 03 mart 2025-ci il tarixdən başlanmaqla 01 fevral 2027-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür. Qalıq əsas borc 16658,84 AZN, 24 ay müddətinə illik 14.7 %-lə (əvvəlki faiz qalmaqla) yeni qrafik verilsin. (Qrafik əlavə olunub.)

3. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun.

4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış ödənişsiz verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunaraq bağışlanılsın. Bütün məktub və güzəştlər kredit borcu üzrə ödəniş ödənildikdən sonra icra edilsin.

5. Gecikmə günü mümkünlüyü 1 ay üzrə maksimum 3 gün, ümumilikdə 10 gün olaraq müəyyən edilsin. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Müştəri qrafikə uyğun ödədiyi təqdirdə sonuncu - 24-cü ayda ödəməli olduğu 1 200,18 AZN faiz borcu və 723,51 AZN cərimə borcu, cəmi: 1 923,69 AZN və 147,01 AZN məhkəmə rüsumu güzəşt olunsun.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri - 1200,18 AZN faiz borcu və 723,51 AZN cərimə borcu, cəmi: 1 923,69 AZN və 147,01 AZN (məhkəmə rüsumu) borclulardan ümumi qaydada tutulsun.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış 25 fevral 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlə əsasında təsdiq edilsin:

1. Borclu Cavabdeh İddiaçı ASC-yə 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 18582,53 AZN borcunun (əsas borc - 16 658,84 AZN, faiz borcu - 1200,18 AZN, cərimə borcu – 723,51) olmasını qəbul edir.

2. Borclu 18582,53 AZN qalıq borc məbləğini (ilk ödəniş 03 mart 2025-ci il tarixdən başlanmaqla 01 fevral 2027-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür. Qalıq əsas borc 16658,84 AZN, 24 ay müddətinə illik 14.7 %-lə (əvvəlki faiz qalmaqla) yeni qrafik verilsin. (Qrafik əlavə olunub.)

3. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun.

4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış ödənişsiz verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunaraq bağışlanılsın. Bütün məktub və güzəştlər kredit borcu üzrə ödəniş ödənildikdən sonra icra edilsin.

5. Gecikmə günü mümkünlüyü 1 ay üzrə maksimum 3 gün, ümumilikdə 10 gün olaraq müəyyən edilsin. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Müştəri qrafikə uyğun ödədiyi təqdirdə sonuncu - 24-cü ayda ödəməli olduğu 1 200,18 AZN faiz borcu və 723,51 AZN cərimə borcu, cəmi: 1 923,69 AZN və 147,01 AZN məhkəmə rüsumu güzəşt olunsun.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri - 1200,18 AZN faiz borcu və 723,51 AZN cərimə borcu, cəmi: 1 923,69 AZN və 147,01 AZN (məhkəmə rüsumu) borclulardan ümumi qaydada tutulsun.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar