Məhkəmə qərarları › İş №e-2(004)-1593/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1593/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1593/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********79 nömrəli kredit müqaviləsinə əsasən 7358,38 (yeddi min üç yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat əsas, 0,12 (on iki qəpik) manat faiz olmaqla, ümumilikdə 7358,50 38 (yeddi min üç yüz əlli səkkiz manat əlli qəpik) manat və xx.xx.2019-cu il tarixli BPM**********00 nömrəli X12 müqaviləsinə əsasən 3537,28 (üç min beş yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1661,97 (min altı yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5199,25 (beş min yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat pulun və dövlət rüsumu qismində ödənilmiş 127,07 (yüz iyirmi yeddi manat yeddi qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli X12 Müqaviləsinin 4.1.1.2-ci bəndinə əsasən Borc alan E.K.Babayevə 5.000 manat məbləğində kredit xətti açılmış və Borcalan kredit xəttindən istifadə etmişdir. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2020-ci ilo tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh Borc alan X2 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********79 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********00 nömrəli X12 Müqaviləsinin 4.1.1.2-ci bəndinə əsasən Borc alan E.K.Babayevə 5.000 manat məbləğində kredit xətti açılmış və Borcalan E.K.Babayev kredit xəttindən istifadə etmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, X2 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7358,38 (yeddi min üç yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat əsas, 0,12 (on iki qəpik) manat faiz olmaqla, ümumilikdə 7358,50 38 (yeddi min üç yüz əlli səkkiz manat əlli qəpik) manat və xx.xx.2019-cu il tarixli X12 müqaviləsinə əsasən 3537,28 (üç min beş yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1661,97 (min altı yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5199,25 (beş min yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh X2 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə) və 1151.1-ci (miras əmlaka münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X5 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh Borc alan X2 qanun üzrə vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Nəticə etibarilə, MM-in 739, 741 və 1151.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********79 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********00 nömrəli X12 Müqaviləsinin 4.1.1.2-ci bəndinə əsasən Borc alan E.K.Babayevə 5.000 manat məbləğində kredit xətti açılmış və Borcalan kredit xəttindən istifadə etmişdir. Lakin, X4 müqavilə öhdəliklərinə əməl etməmişdir və X2 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7358,38 (yeddi min üç yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat əsas, 0,12 (on iki qəpik) manat faiz olmaqla, ümumilikdə 7358,50 38 (yeddi min üç yüz əlli səkkiz manat əlli qəpik) manat və xx.xx.2019-cu il tarixli X12 müqaviləsinə əsasən 3537,28 (üç min beş yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1661,97 (min altı yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5199,25 (beş min yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat borcu yaranmışdır. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh Borc alan X2 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Göstərilən hallar mülki işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 127,07 (yüz iyirmi yeddi manat yeddi qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 7358,38 (yeddi min üç yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat əsas, 0,12 (on iki qəpik) manat faiz olmaqla, ümumilikdə 7358,50 (yeddi min üç yüz əlli səkkiz manat əlli qəpik) manat və 3537,28 (üç min beş yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1661,97 (min altı yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5199,25 (beş min yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat pul və ödənilmiş 127,07 (yüz iyirmi yeddi manat yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 7358,38 (yeddi min üç yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat əsas, 0,12 (on iki qəpik) manat faiz olmaqla, ümumilikdə 7358,50 (yeddi min üç yüz əlli səkkiz manat əlli qəpik) manat və 3537,28 (üç min beş yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 1661,97 (min altı yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5199,25 (beş min yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat pul və ödənilmiş 127,07 (yüz iyirmi yeddi manat yeddi qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar