Məhkəmə qərarları › İş №e-2(004)-1594/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1594/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1594/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı “icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar “Bank VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmiş 803,25 manat məbləğində icra ödənişi, 486,22 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 1.289,47 manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,77 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli 2(004)-662/2014 saylı qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, 19.448,38 ABŞ dolları məbləğində əsas borcun, 262,55 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 19.710,93 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və S.T.Abdullayevdən müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməsi; xarici valyutada ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması; tutmanın Cavabdeh məxsus olan “Chevrolet Malibu” markalı, **-CR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və onun dəyərindən 19.710,93 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-yə ödənilməsi; xarici valyutada ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx-20505/18-15089 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus olan “Chevrolet Malibu” markalı, **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 28 avqust 2021-ci il tarixli 63/19-4 saylı “Hərracın yekunları barədə protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus olan “Chevrolet Malibu” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 17 avqust 2021-ci il tarixli 182 saylı hesab-fakturasında Cavabdeh məxsus olan “Chevrolet Malibu” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 486,22 manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 13 sentyabr 2021-ci il tarixli 31249 saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin İddiaçı ASC-də olan hesabına xx.xx.2021-ci il tarixli 182 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus olan “Chevrolet Malibu” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 486,22 manat ödənilmişdir. 16 sentyabr 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh icra işi ilə əlaqədar Yasamal rayon İcra və Probasiya şöbəsinə 803,25 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 486,22 manat məbləğində hərracın keçirilməsi xərci və 803,25 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki. iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli 2(004)-662/2014 saylı qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı "avtomobil krediti üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası təmin edilmiş, 19.448,38 ABŞ dolları əsas borc, 262,55 ABŞ dolları faiz borcu, cəmi 19.710,93 AB,Ş dolları məbləğidə pul vasaiti və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, Xarici valyutada ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutma Cavabdeh məxsus olan "Chevrolet Malibu" markalı (ban KL1GA69U9CB018666, mühərrik LE**********) rəngi ağ mirvari, tipi sedan olan, **- CR-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı minik avtomobilinə yönəldilərək, həmin avtomobil açıq hərracdan satılması və onun dəyərindən 19448,38 ABŞ dolları əsas borcu, 262,55 ABŞ dolları faiz borcu, 19710,93 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilən manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilməsi, Xarici valyutada ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Yasamal Rayon İcra Şöbəsinin 18 iyun 2021-ci il tarixli xx/xx-20505/18- 19089 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus olan "Chevrolet Malibu" markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Cavabdeh məxsus olan "Chevrolet Malibu" markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan “Bank VTB (Azərbaycan)" ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “Külək" MMC-nin 13 noyabr 2020-ci il tarixli 163 nömrəli hesab-fakturasında X4 məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 486,22 manat məbləğində xidmət haqqı və 87,52 manat məbləğində vergi ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. 13 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən "xxxx" MMC-nin "Bank VTB (Azərbaycan)" ASC-də olan filialına Cavabdeh məxsus "Chevrolet Malibu" markalı, **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 486,22 manat ödənilmişdir, 16 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən X1 hesabına 803,25 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırığından göründüyü kimi. 486,22 manat məbləğində hərracın keçirilməsi xərci və 803,25 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar "Bank VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmişdir, Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə. icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Geyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayıhr. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1 -ci maddəsinin tələbinə görə borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1 -ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtlən pozmaqla icra edilməsij başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icram xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə yə müqavilə ilə ayrı qayda müəyyənləşdırılmeyiDsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əidə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə hesab edir ki, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində borclu Cavabdeh tərəfindən tələbkar "Bank VTB (Azərbaycan)” ASC-yə maddi zərər yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, məcburi icra tədbirləri zamanı tələbkar "Bank VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmiş 803,25 manat məbləğində icra ödənişi, 486,22 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mulkı-Prosessuaı Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə İştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır, İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 33,77 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 33,77 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220. 227, 233 və 360-ct maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh icra ödənişinə görə 803,25 manat, hərracın keçirilməsi üçün xərclərə görə 486,22 manat və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 33,77 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1323,24 (bir min üç yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar