Məhkəmə qərarları › İş №e-2(004)-1596/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1596/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1596/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X9 və X5 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh və faktiki fəaliyyət göstərən digər şəxslərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyriyaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi; Cavabdeh ödənilməmiş icarə haqqına görə 10000 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 750 manat, cəmi 10750 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi; Cavabdeh 01.06.2020-ci il tarixdən 14.04.2022-ci il tarixə qədər olan dövrdə ödənilməmiş icarə haqqına görə 11250 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat, cəmi 12093,75 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsi 07.02.2020-ci il tarixindən etibarən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd olunan əmlak onun mülkiyyətinə keçməmişdən öncə əvvəlki mülkiyyətçi tərəfindən 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən Cavabdeh 31 yanvar 2017-ci il tarixə kimi aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilmişdir. İcarə obyekti restoran fəaliyyəti göstərməsi üçün mülkiyyətçi tərəfindən bütün zəruri avadanlıqlarla təmin edilmiş və müasir interyerə malik şəkildə icarəçiyə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin qeyd olunan bəndinə əsasən icarə müddəti bir neçə dəfə uzadılmış, əmlak onun mülkiyyətinə keçdikdən (07.02.2020-ci il tarixindən) sonra da icarə münasibətləri 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən davam etdirilmişdir. Müqavilənin müddəti sonuncu dəfə 31.01.2021-ci il tarixində daha 1 il müddətinə uzadılmışdır. Əvvəlki bir neçə ay ərzində icarəçi aylıq icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin 01.06.2020-ci il tarixindən etibarən icarəçi Cavabdeh tərəfindən icarə haqqı müxtəlif bəhanələrlə ödənilməmiş və 14.04.2022-ci il tarixinə qədər olan müddət ərzində onun icarəyə verənə 11250 manat icarə haqqı borcu yaranmışdır. Həmçinin icarə obyektinə gedərkən bir neçə dəfə orda digər şəxslərin də fəaliyyət göstərdiyinin şahidi olsalar da həmin şəxslərin dairəsini müəyyən edə bilməmişdir. Bütün bu hallar isə Cavabdeh tərəfindən icarə obyektinin üçüncü şəxslərə subicarəyə verilməsini təsdiq edir. Halbuki 31 oktyabr 2016-ci il tarixli İcarə Müqaviləsinin 7-ci bəndinə əsasən "icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz". Belə olan halda müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icarəci tərəfindən kobud səkildə pozulmasını və vaxtında yerinə yetirilməməsini nəzərə alaraq müqavilənin müddətinin uzadılmaması qərarma gəlmiş və müqavilənin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış icarə müddətinin uzadılmayacağı barədə icarəçiyə yazılı bildiriş göndərmişdir. Bildiriş cavabdehə rəsmi qaydada 10.12.2021-ci il tarixində çatdırılıb. Həmçinin bildirişdə icarə obyektinin 31.01.2022-ci il tarixində qarşılıqlı təhvil-təslim aktına əsasən boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. Qeyd olunan bildiriş icarəçiyə çatdırıldıqdan sonra münasibətləri daha da kəskinləşmişdir və icarəçi tərəfindən öz mülkiyyətində olan qeyriyaşayış sahəsinə buraxılmır, nəticədə də icarə obyektində baş verən hadisələrdən, həmçinin də ona məxsus avadanlıqların vəziyyətindən məlumatsızdır. Artıq 31.01.2022-ci il tarixdə müqavilənin müddətinin bitməsinə baxmayaraq icarəçi icarə obyektini boşaldaraq icarəyə verənə təhvil vermir və hələ də icarə obyekti Cavabdeh Rafavıl oğlunun qanunsuz sahibliyindədir. Odur ki, yuxarıda qeyd olunan mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin hesab edir ki, cavabdeh müqavilə üzrə 11250 manat məbləğində icarə haqqmm ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsini nəzərə alsaq, cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 7.5% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Belə olan halda həmin məbləğ 843,75 manat təşkil edəcəkdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X9 və X5 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlərə 31.01.2023-cü il tarixə kimi ( müqavilənin bitmə müddətinə kimi) onun fəaliyyətinə yaratdıqları və yaradacaqları süni maneələrin (qazın, işıqın, suyun verilməsini dayandırılması və sair) qadağan olunması, qarşılıqlı iddia üzrə cavabdehlər X7 və X3 10000 manat məbləğində qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3435 manat təmir xərclərinin, qarşılıqlı iddia üzrə cavabdehlər X7, X3 və İddiaçı 6000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31.01.2023-cü il tarixə kimi (müqavilənin bitmə müddətinə kimi) müqavilənin qüvvədə olması, qarşılıqlı iddia üzrə cavabdehlər X7 və X3 10000 manat qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3435 manat təmir xərclərinin, qarşılıqlı iddia üzrə cavabdehlər X7, X3 və İddiaçı 6000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsi olan boş sahəni qarşılıqlı iddia tələbi üzrə cavabdeh, əmlakın ilkin mülkiyyətçisi X3 31.10.2016- ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və ayda 500 manat icarə haqqı ödəyir. İddia ərizəsinin surəti ona təqdim olunana kimi mülkiyyətçi kimi, qarşılıqlı cavabdeh X6 tanımış və onun göstərişi ilə mübahisəli əmlakın faktiki sahibi, qarşılıqlı iddia üzrə cavabdeh X9 vaxtlı vaxtında icraə haqqı ödəmişdir. O, icarəyə götürdüyü mübahisə predmeti olan qeyri-yaşayış sahəsində iaşə obyekti kimi fəaliyyət göstərir, 6 nəfər işçi hökümət portalında qeydə alınıb, əmək haqqı almaqla orada çalışır. Onlar üçün Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Vergi Xidmətinə ödənişlər edir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh, əmlakın ilkin mülkiyyətçisi X8 ilə 31 oktyabr 2016-ci il tarixdən 31.01.2017-ci il tarixə kimi 3 ay müddətinə icarə müqaviləsi bağlamış, həmin icarə müqaviləsinə əsasən ayda 500 manat icarə haqqı ödəyir. İcarə müqaviləsinə əsasən müqavilə müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikdə müqavilə müddəti növbəti ilin sonuna kimi uzadılır. İlkin və hazırki mülkiyyətçidən ona rəsmi olaraq icarə müqaviləsinin pozulmasına dair hər hansı təklif verilmədiyindən icarə münasibətləri davam etdirilmiş, müqavilənin müddəti 31.01.2021-ci il tarixə kimi müəyyən olunmuşdur. Bundan sonra yenə ona icarə müqaviləsinin pozulması barədə xəbərdarlıq edilmədiyindən müqavilənin şərtlərinə əsasən müqavilə müddəti 31.01.2022-ci il tarixə kimi uzadılmışdır. Hazırda müqavilənin müddəti müqavilə şərtinə əsasən, müqavilənin ləğvi barədə ona müraciət olunmadığından müqavilə 31.01.2023-cü il tarixinə kimi uzadılmışdır. Mülki iş üzrə ilkin İddiaçı tanımır, əmlakın onun mülkiyyətinə keçməsi barədə ona nə əvvəlki nə də hazırki mülkiyyətçi, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər məlumat verməmişlər və icarə müqaviləsinin pozulmasına dair ona pretenziya etməmişlər və bu səbəbdəndə qeyd etdiyi kimi icarə müqaviləsinin müddəti 31.01.2023-ci il müddətinə uzadılmışdır. O, ünvan 3 ünvanda yerləşən 205,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini boş vəziyyətdə icarəyə götürmüş, sonradan öz vəsaiti hesabına 1 ay müddətinə icarə haqqı ödəməyinə baxmayaraq fəaliyyətinə uyğun təmir etdirmiş və avadanlığlarla təchiz edərək 2017-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır. Uzun müddətdir ki, həmin iaşə obyektində fiziki şəxs kimi fəaliyyət göstəri. Həmçinin, sahibkar kimi vaxtlı-vaxtında vergi ödəmiş və digər komımal ödənişlər etmiş, icarə haqqı vermişdir. 31.01.2021-ci il tarixə kimi ona icarəçi tərəfindən icarə müqaviləsinin pozulması barədə heç bir təklif olunmadığından müqavilə müddəti 31.01.2022-ci ilə kimi uzadılmışdır. Onunla icarə müqaviləsini X4 adından onun etibarnamə üzrə nümayəndəsi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X10 bağlamışdır. 2021-ci ilin sonlarında obyektin faktiki sahibi qarşılıqlı iddia üzrə cavabdeh X10 vasitəsi ilə X8 ondan 20 aylıq icarə haqqını (10000 manat) ehtiyacı olduğundan qabaqcadan almışdır. Bu barədə vatsap yazışmaları vardır. O, həmin obyektdə uzun illər işlədiyini, normal münasibətiləri olduğunu nəzərə alaraq ona qabaqcadan 20 ayın icarə haqqısını vermişdir ki, onsuzda onlarda müqavilə müddəti 2023-ci ilin sonlarına kimi davam edəcək, işlədikcə icarə haqqından qarşılıqlı cavabdeh, X4 borcunu hesablayıb çıxar və borc tamamlana kimi fəaliyyət göstərib icarə haqqı ödəməz. Bu səbəbdən də o, arxayın olub obyekti təkrar təmir etdirmiş və təmirə öz vəsaitindən 3435 manat xərcləmişdir. 2021-ci ilin sonlarında obyekti, tam təmir etdirdikdən və 20 aylır icarə haqqını (10000 mant) X10 qabaqcadan məndən aldıqdan sonra, 2022-ci ilin yanvar ayının əvvəllərində qarşılıqlı iddia üzrə cavabdeh X10 ona X4 icarə haqqını qeyri-rəsmi olaraq (müqavilədən kənar) 2000 manat etdiyini bildirmişdir. O razılaşmadıqda X10 qanunsuz olaraq obyektə verilən işıqı və qazı kəsdirmiş, qarşılıqlı iddia üzrə cavabdehlər X8 və X10 onun fəaliyətinə qanunsuz olaraq müdaxilə etmiş və qabaqcadan ondan aldığları icarə haqqını (20 aylıq - 10000 manat ) geri qaytarmaq istəməmiş, ona sahibkar kimi maddi və mənəvi zərər vurmuşdur. Mübahisə predmeti olan obyektə işıq və qaz verilmədiyindən fəaliyyət göstərə bilməmiş və ona qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən təmir xərclərinə görə 3435 manat, fəaliyət göstərmədiyinə görə 6000 manat maddi zərər vurulmuşdur. O, fəaliyyətini davam etdirmək, obyekti işiq və qaz təchizatı ilə təmin etmək məqsədi ilə Azərişıq və Azərqaza yazılı müraciət edərək enerjinin və qazın verilməsini bərpa etməyi xahiş etmiş və eyni zamanda onunla müqavilə bağlayan mülkiyyətçi qarşılıqlı iddia üzrə cavabdeh X5, qarşılıqlı iddia üzrə cavabdeh X9 pretenziya məktubu göndərmişdir. X1 yenə ona mülkiyyətçinin dəyişdiyini, obyektin sahibinin İddiaçı olduğunu bildirməmişdir. İlkin iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Müsa qızı mülkiyyətçi kimi heç vaxt obyektdə olmamış, onu şəxsən tanımır və yeni mülkiyyətçi kimi onunla bağlanmış müqaviləni ləğv etməsi barədə rəsmi olaraq heç bir pretenziya məktubu göndərməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər X10 və X8 ondan aldıqları 10000 manat borc pulu qaytarmamaq məqsədi ilə qərəzli olaraq müqaviləsiz icarə haqqını 2000 manata kimi yüksəltdiklərini bildirmişlər, onların qanunsuz tələbləri ilə razılaşmadıqda onun fəaliyyətinə qərəzli olaraq maneələr yaratmışlar, obyektə işıq və qaz verilməsini məlumatı olmadan dayandırmışlar. Müqavilənin 3-cü bəndində qeyd olunur ki, müqavilənin icarə müddəti 31.01.2017-ci ilə kimidir, müqavilənin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulması barədə hər hansı təklif irəli sürməzlərsə müqavilə sonraki ilin həmin tarixinə kimi bir il müddətinə uzadılır. Mülkiyyətçi müqavilənin pozulmasını istəsəydi mənə icarəçi kimi 31.01.2022-ci il tarixə kimi, yəni müqavilə müddətinin bitməsinə bir ay qalmış pretenziya məktubu göndəməli idi. İlkin iddiaçı iddia ərizəsində qeyd edir ki, guya 2020-ci ilin iyun ayının 1-dən icarə haqqı ödəmir. Belə olduğu halda onda hansı səbəblərdən iddiaçı 2020-ci ilin sonunda müqavilənin pozulması barədə ona pretenziya göndərməmiş və müqavilə müddəti 31.01.2021-ci il tarixə, 31.01.2022-ci il tarixə və 31.01.2023-cil il tarixə kimi uzadılmışdır. Digər tərəfdən ilkin iddiaçı iddia edir ki, guya obyektdə olan avadanlıqlar ona məxsusdur. O, həmin obyektdə 31 oktyabr 2016-cı ildən fəaliyyət göstərir. Həmin dövdə mülkiyyətçi hazırki iddia tələbi üzrə qarşılıqlı cavabdeh X8 olmuşdur. Əmlak hazırki iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl necə olur ki, hazırki mülkiyyətçi, mülkiyyətçi olmamışdan 4 il əvvəl həmin obyektdə avadanlıq quraşdırır və həmin avadanlıqların sahibi olur. Digər tərəfdən iddiaçı iddianın xahiş edir hissəsində özü etiraf edir ki, obyektdəki avadanlıq ona məxsusdur. Lakin iddiasında qeyd edir ki, onu obyektə buraxmır, avadanlıqlarını mənimsəmiş və sair. Göründüyü kimi, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər, özlərinin mülkiyyət və sahibkarlıq hüquqlarından sui-istifadə etməklə, müqavilə öhdəliklərini pozmaqla onun sahibkarlıq fəaliyyətinə suni maneələr yaratmışlar, öz qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşlar. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbi ilə eyni zamanda, qarşılıqlı iddia tələbi ilə eyni məzmunlu ilkin iddia tələbinə dair etiraz ərizəsi təqdim etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat vermiş, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakının Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə 07.02.2020-ci il tarixdə İddiaçı adına qeydiyatdan keçmişdir. İş materiallarında olan 31.10.2016-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən edilir ki, X8 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh aylıq icarə haqqı 500 manat razılaşdırılmaqla icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 31.01.2017-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzləsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarında olan Azərbaycan Respublikasıının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət reyestrindən çıxarışdan görünür ki, fiziki şəxs Cavabdeh qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi faktiki ünvan ünvan 4 tarixdə qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünavablanmış 09.12.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh mülkiyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan olan qeyri-yaşayış sahəsinin 31.01.2022-ci il tarixə kimi boşaldaraq təhvil verilməsini tələb etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən “Azəriqaz” İB və "xxxx" ASC-yə ünvanlanmış müraciətlərin və qaimələrin sürətindən görünür ki, Cavabdeh qeyri-yaşayış sahəsinə elektrik enerjisinin və qazın verilməsinin əsassız olaraq dayandırılması, abunə kodunun passiv edilməsi və elektrik sayğacının çıxarılmasına dair 26.01.2022-ci il tarixdə qeyd edilən orqanlara müraciət etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 17.02.2022-ci il tarixli məktubun surətindən görünür ki, qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisinin dayandırılması İddiaçı 08.01.2022-ci il tarixli ərizəsinə əsasən həyata keçirilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən Əəgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, işin materiallarından da göründüyü kimi, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X8 ilə Cavabdeh arasında 31.10.2016cı il tarixdə icarə müqaviləsi bağlanılmaqla mübahisə predimeti olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 500 manat razılaşdırılmaqla icarəyə verilmişdir. Qeyri-yaşayış sahəsi 07.02.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 31.01.2017-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzləsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İddiaçı 09.12.2021-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və icarə müqaviləsi 31.01.2022-ci il tarixində ləğv edilmişdir. Müqavilənin müddətinin 31.01.2022-ci il tarixdə bitməsinə baxmayaraq, qeyri-yaşayış sahəsi mülkiyyətçinin tələbi ilə ona təhvil verilməmişdir. Bu səbəbdən, ilkin iddia üzrə iddiaçı mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Belə ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə, ilkin iddia üzrə cavabdeh, faktiki istifadəsində olmuş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. İlkin iddia üzrə cavabdeh əmlakın mülkiyyətçisinin dəyişməsindən xəbərsiz olduğunu qeyd etsə də, icarə haqqının qeyri-yaşayış sahəsinin əvəlki mülkiyyətçisini ödənilməsinə dair də, heç bir mötəbər sübut təqdim etməmişdir. Hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə, yalnız şifahi bildirilənlərə əsasən oların həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməli, 2020-ci ilin iyun ayından icarə müqaviləsinə xitam verildiyi 31.01.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı və icarə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qaytarılmadığı üçün 2022-ci ilin fevral, mart ayları və aprel ayının birinci yarısına görə də icarə haqqı məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə görə, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə ilkin iddia tələbini “gecikdirilmiş vaxt üçün hesablanmış 843,75 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsində də əsaslı hesab edir. Belə ki, ilkin iddia üzrə cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək icarə haqqınının ödənilməsini gecikdirmiş, saibkarlıq fəlaiyyəti ilə məşğul olaraq həmin pul vəsaitindən faydalanmışdır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, ilk iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılmalı və qeyriyaşayış sahəsi boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməli, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış 31.10.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11250 (on bir min iki yüz əlli) manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 (səkkiz yüz qırx üç manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 12093,75 (on iki min doxsan üç manat yetmiş beş qəpik) manat pul ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin müqavilənin 31.01.2023-cü il tarixə kimi qüvvədə olması hissəsinə münasibətdə qeyd edir ki, icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 31.01.2017-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzləsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İddiaçı 09.12.2021-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və icarə müqaviləsi 31.01.2022-ci il tarixində ləğv edilmişdir. Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissədə təmin eidlə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin qabaqcadan ödənilmiş icarə haqqının və təmir xərclərinin cavabdehlər X7 və X3 tutulmasına münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı 2021-ci ilin sonlarında obyektin faktiki sahibi qarşılıqlı iddia üzrə cavabdeh X10 vasitəsi ilə X4 ondan 20 aylıq icarə haqqını aldığını qeyd etsə də, iş materiallarında olan çıxarışdan görünür ki, qeyri-yaşayış sahəsi 07.02.2020-ci il tarixdnə İddiaçı mülkiyyətindədir və həmin vaxt X8 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə 20 aylıq icarə haqqının əvvəlcədən qeyriyaşayış sahəsinin nə əvvəlki mülkiyətçisinə, nə də ki hazırki mülkiyyətçisinə ödənilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı 3435 manat qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, qarşılıülı iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir. Belə ki, 31.10.2016-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 6000 manat maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyri-yaşayış sahəsinə elektrik enerjisinin və qazın verilməsinin hansı tarixdən dayandırılması müəyyən edilmir. Qarşılıqlı iddia üzrə iddiaçı isə bununla bağlı müvafiq orqanlara 26.01.2022-ci il tarixdə müraciət etmişdir ki, həmin tarix müqavilənin müddətinin bitməsinə az bir müddət qalmışdır və qarşılıqlı iddia üzrə iddiaçı artıq müqavilə münasibətlərinin davam etdirilməyəcəyi barədə xəbərdar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X9 və X5 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilsin. Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış 31.10.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11250 (on bir min iki yüz əlli) manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 (səkkiz yüz qırx üç manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 12093,75 (on iki min doxsan üç manat yetmiş beş qəpik) manat pul ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X9 və X5 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar