Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1607/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 04.10.2019-cu il tarixli 002R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş 25.08.2020-ci il tarixli 002R**********SA saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 3853,7 manat məbləğində kredit borcu, 1236,85 manat məbləğində faiz borcu və 958,12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6048,67 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80,49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 04.10.2019-cu il tarixli 002L**********71 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 04.10.2019-cu il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.05.2020-ci il tarixli 002R**********S saylı, 25.08.2020-ci il tarixli 002R**********SA saylı sazışlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.05.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1146.3 manat ödəmiş, onun 3853,7 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31.01.2022-ci il tarixə 270 gün üçün hesablanmış faiz borcu 1236,85 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəməlidir. 31.01.2022ci il tarixə 270 gün üçün hesablanmış cərimə 958,12 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 04.10.2019-cu il tarixli 002L**********71 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" QSC ilə bağladığı həmin müqavilə üzrə 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarında olan “04.10.2019-cu il tarixli 002L**********71 saylı uzunmüddətli kredit müqaviləsi” üzrə 04.10.2019-cu il tarixli 002R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh2 "xxxx" QSC ilə bağladığı həmin kredit razılaşması üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan “04.10.2019-cu il tarixli 002L**********71 saylı uzunmüddətli kredit müqaviləsi” üzrə 04.10.2019-cu il tarixli 002R********** saylı kredit razılaşmasına əlavə edilmiş Ödəniş planına əsasən Cavabdeh2 "xxxx" QSC ilə bağladığı kredit razılaşması üzrə götürdüyü 5000 manat məbləğində krediti 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, aylıq 268 manat olmaqla hissə-hissə qaytarmalıdır. İş materiallarında olan 04.10.2019-cu il tarixli “kreditin verilməsi-köçürmə” qəbzinə əsasən, "xxxx" QSC Cavabdeh2 hesabına 5000 manat məbləğində krediti köçürmüşdür. İş materiallarında olan 04.10.2019-cu il tarixli, 002S**********02 saylı Cavabdeh2, Cavabdeh1 və "xxxx" QSC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borclu Cavabdeh2 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün "xxxx" QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 12.05.2020-ci il tarixli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 002R**********S saylı razılaşmaya əsasən, bank ilə kredit alan arasında 04.10.2019-cu il tarixli 002L**********71 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 04.10.2019-cu il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 12 may 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Əlavə edilmiş 12 may 2020-ci il tarixli ödəniş planına əsasən kredit müqaviləsinin son icra müddəti 04.02.2022-ci il tarixidir. İş materiallarında olan 25.08.2020-ci il tarixli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 002R**********SA saylı razılaşmaya əsasən, bank ilə kredit alan arasında 04.10.2019-cu il tarixli 002L**********71 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 04.10.2019-cu il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 25 avqust 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Əlavə edilmiş 25 avqust 2020-ci il tarixli ödəniş planına əsasən kredit müqaviləsinin son icra müddəti 04.08.2022-ci il tarixidir. İş materiallarında olan 03.02.2022-ci il tarixli Maliyyə arayışına əsasən, "xxxx" QSCnin müştərisi olan Cavabdeh2 002R********** saylı 04.10.2019-cu il tarixli kredit razılaşması üzrə borcu əsas məbləğ üzrə 3853,7 manat, faiz borcu üzrə 1236,85 manat, cərimə borcu üzrə 958,12 manat olmaqla ümumilikdə 6048,67 manat təşkil edir. İş materiallarında olan 19.01.2022-ci il tarixli, "xxxx" QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış Xəbərdarlıq məktubuna əsasən 30.01.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmalı olduqları qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh1 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Belə ki , İş materiallarında olan 03.02.2022-ci il tarixli Maliyyə arayışına əsasən, "xxxx" QSC-nin müştərisi olan Cavabdeh2 002R********** saylı 04.10.2019-cu il tarixli kredit razılaşması üzrə borcu əsas məbləğ üzrə 3853,7 manat, faiz borcu üzrə 1236,85 manat təşkil etdiyindən iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslı olduğundan həmin məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Habelə iş materiallarında olan 25.08.2020-ci il tarixli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 002R**********SA saylı razılaşmaya əlavə edilmiş 25 avqust 2020-ci il tarixli ödəniş planına əsasən kredit müqaviləsinin son icra müddəti 04.08.2022-ci il tarixidir. Bu baxımdan iddia tələbi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və ona əlavə edilmiş 25.08.2020-ci il tarixli 002R**********SA saylı sazişin ləğv edilməsi hissəsində də əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və ona əlavə edilmiş 25.08.2020-ci il tarixli 002R**********SA saylı saziş ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3853,7 manat əsas borc, 1236,85 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5190,55 manat borc və 71,90 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 002R********** saylı kredit razılaşması üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 958,12 manat məbləğində deyil 100 manat məbləğində, müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 80,49 AZN manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki iddia ərizəsi qismən, yəni ümumilikdə 5190,55 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin olunduğundan, həmin məbləğə mütənasib olaraq ödənilmiş 71,90 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və ona əlavə edilmiş 25.08.2020-ci il tarixli 002R**********SA saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3853,7 (üç min səkkiz yüz əlli üç manat yetmiş qəpik) manat əsas borc, 1236,85 (min iki yüz otuz altı manat səksən beş qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 5190,55 (beş min yüz doxsan manat əlli beş qəpik) manat borc və 71,90 (yetmiş bir manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1607/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1607/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver