Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1611/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2208/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X11, və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 193 manat məbləğində alimentin 220 manata artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verərək azyaşlı uşaqlarının təhsil, maddi və sosial xərcləri, iddiaçının əmlak vəziyyəti nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək azyaşlı uşaqlarının təhsil, maddi və sosial xərcləri, iddiaçının əmlak vəziyyəti nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu, iddiaçının onunla qəsdən prinsip apardığından sözügedən iddianı qaldırdığını, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2208/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, tərəflərin birgə nikahından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər bir uşağa 193 (yüz doxsan üç) manat olmaqla ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmişdir. Sözügedən qətnamənin nəticə hissəsi işin mübahisəsiz halıdır. İş materiallarında olan AZ İV 766611 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ İV 759855 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, xx.xx.2012-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X4r. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində daşınmaz əmlak qismində 7 (yeddi) ədəd mənzil və 1 (bir) ədəd qeyri-yaşayış sahəsi vardır. Göstərilən xüsusat işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. İş materiallarına əsasən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X1 “Fərhadlı” əvəzinə “Mehrabova” kimi müəyyən edilmiş, beləliklə dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, alimentin hər uşağa görə 27 manat olmaqla ümumilikdə 54 manat artırılması Cavabdeh gündəlik həyat tərzinə hər hansı ciddi zərər və ya maneə törətməyəcəkdir. Nəzərə almaq lazımdır ki, artırılmış məbləğ əvvəlki aliment məbləğindən kəskin və ya ciddi şəkildə artıq deyil. Əksinə, uşaqların mənafelərinin qorunmasında həm valideynlər, həm də dövlət xüsusilə maraqlı olmalıdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin əmlak vəziyyətinin yaxşılığı, mülkiyyətində 8 (səkkiz) ədəd daşınmaz əmlakın olması, valideynlərin hər ikisinin uşaqların saxlanılması vəzifəsinə cəlb edilməsi, azyaşlı uşaqların artan maddi-məişət xərcləri (geyim, nəqliyyat, təhsil, maddi, sosial və s.), yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, yetkinlik yaşına çatmayan şəxslərin normal fiziki və əqli inkişafı üçün xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər bir uşağa 193 (yüz doxsan üç) manat olmaqla ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment artırılmalı və hər ay hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X3 ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X2 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər bir uşağa 193 (yüz doxsan üç) manat olmaqla ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment artırılsın və hər uşağa münasibətdə hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1611/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1611/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver