Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-162/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli 077 saylı kredit müqaviləsi üzrə cəmi 400.807,61 (dörd yüz min səkkiz yüz yeddi manat, 61 qəpik) manat, bundan 122.700 (bir yüz yetmiş iki min yeddi yüz) manat əsas, 274.852,97 (iki yüz yetmiş dörd min səkkiz yüz əlli iki manat, 97 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.254,54 (üç min iki yüz əlli dörd manat, 54 qəpik) manat faiz və 691 (altı yüz doxsan bir) manat dövlət rüsumunun Cavabdeh İkəndər qızından tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 87 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlak ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh İkəndər qızından tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh İkəndər qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 077 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 123.170 (bir yüz iyirmi üç min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh İkəndər qızı oğlu arasında bağlanmış 169/R müqavilə əsasında Cavabdeh İkəndər qızının sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 87 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 87 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh İkəndər qızı arasında xx.xx.2008-ci il tarixli 077/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **********457 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh İkəndər qızının xx.xx.2024cü il tarixə xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsi üzrə cəmi borcu 400.807,61 (dörd yüz min səkkiz yüz yeddi manat, 61 qəpik) manat təşkil edir. Bundan 122.700 (bir yüz yetmiş iki min yeddi yüz) manat əsas, 274.852,97 (iki yüz yetmiş dörd min səkkiz yüz əlli iki manat, 97 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.254,54 (üç min iki yüz əlli dörd manat, 54 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, pulu ödəyə bilməmiş, həyat yoldaşı da rəhmətə getmişdi. Bank onları evdə çıxardıb, 5000 ABŞ dolları kompensasiya vermişdilər. Daha sonra da onu axtaran olmayıb. 2019-cu ildə ona zəng gəldi ki, adına 123.000 borc çıxır. Bildirdilər ki, sistemə sənədlər işlənib, ola bilsin ki, borcu vaxtı ilə silməyiblər və borc onun adında qalıbdır. Girovun predmeti evdir, lakin evi ondan alıblar. Həmin ev də artıq başqasına satılıbdır və onun çıxarışı var. Verilən suallara cavab olaraq bildirmişdir ki, dəfələrlə banklardan kredit götürmüşdür, əgər borcu olsa idi ona kredit verməzdilər. Onu evdən Zaminbank çıxarıb. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 24 oktyabr 2008ci il tarixli, 077 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana illik 15% olmaqla 180 ay müddətinə qaytarmaq şərti ilə 123.170 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirilməsini öhdəsinə götümüşlər. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın B blokunda 87 saylı mənzilin alınmasına verilir. "xxxx" ASC (ipoteka verən) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli, 077/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli, 077 nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən Cavabdeh ayrılmış 123.170 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyur. Müqavilənin 1.3-cü bəndinə əsasən, ipoteka qoyulan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən binanın B blokunda 16-cı mərtəbəsində istifadədə olan 109.kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 87 saylı mənzildir. İcraçı "xxxx" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli 169/R nömrəli müqavilədən görünür ki, müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. 21 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh LPO "xxxx" ASC-yə 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 122700 manat əsas, 274.852,97 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən 3254,64 manat faiz borcu olmaqla, cəmi borcu 400.807,61 manat təşkil edir. LPO "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 21 may 2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 400.807,61 manat məbləğində borcun ödənilməsinin 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh aktiv kreditlərinin cəmi qalıq məbləği 127.338,26, kreditlərin sayı 2-dir. Onun "xxxx" ASC-yə 4638,26 manat, LPO İddiaçı ASC-yə isə 122,700 manat borcu qalmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış 08 may 2021-ci il tarixli məktubdan görünür ki, 2021-ci il 5 və 16 mart tarixlərində onunla telefon əlaqəsi zamanı 2008-ci ildə Lalə MTK-dan ünvan 2 ünvanında yerləşən çoxmənzilli binadakı 83 saylı mənzili aldığını, təmir etdirib 1 il müddətində yaşadığını, mənzilə görə aylıq kredit məbləği ödəyə bilməməsi səbəbindən MTK tərəfindən sözügedən mənzilin geri alındığını qeyd etmişdir. Lakin həmin mənzilə görə Zaminbank ASC ilə bağlanmış 24 oktyabr 2008-ci il tarixli 077 saylı kredit müqaviləsi hazırkı dövrədək ləğv olunmadığı üçün sözügedən müqavilə üzrə 122700 (bir yüz iyirmi ikimin yeddi yüz) manat məbləğində borc öhdəliyinin qaldığını bildirmişdir. Həmçinin telefon əlaqəsi zamanı müəyyən olunmuşdur ki, sözügedən məsələ ilə bağlı hazırkı dövrədək məhkəməyə müraciət etməmişdir. Bununla əlaqədar müraciətində qaldırılan məsələyə münasibət bildirilməsi üçün iqtisadiyyat Nazirliyi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmuşdur. Fonddan verilən məlumata əsasən Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Həmçinin qurumdan bildirilmişdir ki, müraciətində qaldırılan məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli **********357 nömrəli məktubla ona cavab verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4 1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməkdə yanaşı, məhkəmə ona dəymiş maddi və mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsin, həll edir. Qeyd olunanları nəzərə alaraq, müraciətində qaldırılan mübahisəli məsələyə məhkəmə qaydasında baxılaraq həll olunmasını məqsədə müvafiq hesab edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 9/8269 nömrəli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 24 oktyabr 2008-ci il tarixli, 077 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 122.985,76 manat, faiz borcu üzrə 271.156,63 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə) əsas borc üzrə 122.985,76 manat, faiz borcu üzrə 271.156,63 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 3211,29 manat borcu vardır. “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-032/2025 saylı, 14 may 2025-ci il tarixli rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, ünvan 3 ünvanında yerləşən binamn B bloku, 16-cı mərtəbəsində yerləşən 87 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 252.000 AZN (iki yüz əlli iki min), likvid dəyəri 225.000 AZN (iki yüz iyirmi beş min). xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 691 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh isə həmin kreditin ünvan 1 ünvanında yerləşən binanın B blokunda 87 saylı mənzilin alınması üçün götürüldüyünü, kredit borcunun ödənişini həyata keçirə bilmədiyini, bu səbəbdən MTK tərəfindən mənzilin ondan alındığını və ümumiyyətlə onun bank qarşısında hər hansı öhdəliyinin qalmadığını iddia edir. Bu baxımdan, cavabdeh borc kimi ondan tutulmuş məbləği deyil, ümumilikdə onun bank qarşısında icra olunmamış öhdəliyinin qalmadığını mübahisələndirir. Lakin öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 9/8269 nömrəli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 24 oktyabr 2008-ci il tarixli, 077 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 122.985,76 manat, faiz borcu üzrə 271.156,63 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə) əsas borc üzrə 122.985,76 manat, faiz borcu üzrə 271.156,63 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 3211,29 manat borcu vardır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi borc hissəsində qismən təmin edilməli, Cavabdeh 122.700 (bir yüz iyirmi iki min yeddi yüz) manat əsas, 271.156,63 (iki yüz yetmiş bir min yüz əlli altı manat altmış üç qəpik) manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 3211,29 (üç min iki yüz on bir manat iyirmi doqquz qəpik) manat faiz olmaqla, cəmi 397.067,92 (üç yüz doxsan yeddi min altmış yeddi manat doxsan iki qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına qeyd olunur ki, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Məhkəmə iddia tələblərinin ikinci (tutmanın ipoteka predmetinə yönəldilməsi) hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, iş materiallarda olan iddiaçı "xxxx" ASC (ipoteka verən) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli, 077/1 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 122.700 (bir yüz iyirmi iki min yeddi yüz) manat əsas, 271.156,63 (iki yüz yetmiş bir min yüz əlli altı manat altmış üç qəpik) manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 3211,29 (üç min iki yüz on bir manat iyirmi doqquz qəpik) manat faiz olmaqla, cəmi 397.067,92 (üç yüz doxsan yeddi min altmış yeddi manat doxsan iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 687,07 (altı yüz səksən yeddi manat yeddi qəpik) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 250 (iki yüz əlli) manat pul iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, bank: "xxxx" ASC, Kod: 505141, SFİFT BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 122.700 (bir yüz iyirmi iki min yeddi yüz) manat əsas, 271.156,63 (iki yüz yetmiş bir min yüz əlli altı manat altmış üç qəpik) manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 3211,29 (üç min iki yüz on bir manat iyirmi doqquz qəpik) manat faiz olmaqla, cəmi 397.067,92 (üç yüz doxsan yeddi min altmış yeddi manat doxsan iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 687,07 (altı yüz səksən yeddi manat yeddi qəpik) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 250 (iki yüz əlli) manat pul iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, bank: "xxxx" ASC, Kod: 505141, SFİFT BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-162/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-162/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver