Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-163/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 qzına qarşı “müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi ziyan) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi X11, Cavabdeh3, Cavabdeh5 nümayəndəsi X12, Cavabdeh10, Cavabdeh11 nümayəndəsi X6, Cavabdeh12, Cavabdeh13, Cavabdeh18, Cavabdeh19, Cavabdeh13 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 qarşı “müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 qarşı “müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh13, Cavabdeh19, Cavabdeh3, Cavabdeh16 və qeyrilərindən 134.107 (bir yüz otuz dörd min bir yüz yeddi) manat məbləğində vurulmuş zərərin əvəzi və 424,11 (dörd yüz iyirmi dörd manat on bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 134.531 (bir yüz otuz dörd min beş yüz otuz bir) manat məbləği tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsi xx.xx.2018-ci il tarixli RX ******* seriyalı ********** nömrəli çıxarışı əsasında İddiaçı məxsusdur. Lakin, iddiaçı cavabdehlərin hərəkətlərinə görə 2023cü ilin dekabr ayına qədər ona məxsus obyektdən istifadə edib qazanc əldə etməkdən məhrum olmuşdur. Belə ki, cavabdehlər 2017-ci ildə "xxxx" MMC-yə qarşı iddia ərizəsi iləBakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək “avtomobillərin yuma məntəqəsinin sökülməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə verərək ünvan 2 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsinin fəaliyyətinə məhkəmə prosesi başa çatanadək müvəqqəti qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərardadı ilə ərizə təmin olunmuş, ünvan 2 ünvanında avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin aparılması mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-144/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddiaçılar Cavabdeh13 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” baradə iddia tələbi təmin edilməmişdir. Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-611/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə BakıApellyasiya Məhkəməsinin 2(103)-144/2022 saylı xx.xx.2022-ci il tarixli Qətanaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı və "xxxx" MMC Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə təmin olunmuş və sözügedən qərardad Nərimanov Rayon Məhkəməsinin 2(005)- 32/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv olunmuşdur. Cavabdehlər yuxarıda qeyd edilən əsas iddia üzrə icraatın uzadılması (icraatı dayandırmaqla) yolu ilə Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərardadını qüvvədə saxlamaq üçün müxtəlif əsassız iddialarla məhkəmələrə müraciət edirdilər. Lakin bütün bu iddialar məhkəmələr tərəfindən təmin olunmamışdır. Beləliklə, 6 ildən sonra, yəni 2023-cü ilin dekabr ayından sözügedən avtoyuma məntəqəsinin fəaliyyəti bərpa olunmuş və iddiaçı nəhayət ona məxsus olan obyektdən təyinat üzrə istifadə edib gəlir əldə etməyə başlamışdır. Belə ki, iddiaçı X17 ilə xx.xx.2023-cü il tarixdə icarə müqaviləsini bağlamışdır. Bu müqaviləyə görə iddiaçı ünvan 1 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsini icarə haqqı 150 manat olmaqla Quliyev Elnurun icarəsinə vermişdir. Həmin müqavilənin xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmasına əsasən, Quliyev Elnur iddiaçıya hər 3 aydan bir sözügedən avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlirin 70%-ni ödəyir. Halbuki, 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərardad olmasaydı, iddiaçı daha əvvəl başlayaraq gəlir əldə edə bilərdi. 2024-cü ilin 1-ci rüb (yanvar, fevral, mart ayları ) avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlirin məbləği 9100 manat olmuşdur. Buna dair X4 iddia ərizəsinə əlavə olunur. Bu gəlirdən iddiaçı 70%, yəni 6370 manat məbləğində vəsait almış, əlavə olaraq 2024-cü ilin yanvar-mart ayları üzrə hər ay 150 manat olmaqla, cəmi 450 manat icarə haqqını almışdır. Halbuki, iddiaçı ona məxsus avtoyuma məntəqəsini 2019-cu ildən icarəyə vermiş olsaydı və ondan istifadə edə bilsəydi, o 2019-cu ilin yanvar ayından 2023-cü ilin noyabr ayına qədər aşağıdakı məbləğdə gəlir əldə edə bilərdi: 59 ay x150=8850 manat (icarə haaqı); 59x2123 (orta aylıq gəlir) =125.257 manat (avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlir) Beləliklə, iddiaçı bu müddət ərzində cəmi 134.107 (8850+125.257) manat məbləğində olan gəlirdən məhrum olmuşdur. Hesab edirik ki, iddiaçı həmin məbləğinin ödənilməsinin cavabdehlərdən tələb etmək hüququna malikdir.
3. Cavabdehlər Cavabdeh13, Cavabdeh3, Cavabdeh10, Cavabdeh18, Cavabdeh19 iddia ərizəsinə etirazla bağlı ərizə ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda olan mülki iş üzrə İddiaçı onlara qarşı “müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsinə” dair iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, xx.xx.2017-ci il tarixində onlar iddianı İddiaçı yox "xxxx" MMC-yə qarşı qaldırmışdı. 2017-ci il qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mulki-Prosessual Məcəlləsi 164-cü maddəsinə əsasən əsasən iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin cavabdehə ödənilməsi. İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərəri iddiaçıdan yalnız cavabdeh tələb edə bilərdi. Sonradan Azərbaycan Respublikasının Mulki-Prosessual Məcəlləsinin 164.1 və 164.2 edilmiş dəyişikikləri rəhbər tutuarqaq iddiaçının bizdən “dəymiş zərəri” tələb etməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddənin 7-ci nəndinə görə yol verilməzdir. Maddə 149. Vİİ bəndində fiziki və hüquqi şəxlərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativə hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativə hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd etmək istəyirik ki, İddiaçı X17 ilə bağladığı icarə müqaviləsi cavabdehlərin hesabına qanunsuz varlanmadan ötrü bağlanmış saxta müqavilələrdir. Quliyev Elnur, İddiaçı sürücüsü kimi uzun illərdir ki, çalışır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X19 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi X20 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh10 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh11 nümayəndəsi X16 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh12 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh13 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh18 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh19 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh13 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
16. İddiaçının digər nümayəndə və vəkilinə, eləcə də digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
III.Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6135/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən iddiaçılar Cavabdeh13, Cavabdeh5, Cavabdeh3, Cavabdeh16, Cavabdeh12, Cavabdeh8, Cavabdeh15, Cavabdeh9, Cavabdeh2, X2, X13, Cavabdeh4, Cavabdeh17, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh11, Cavabdeh10, Cavabdeh18 və Cavabdeh19 cavabdeh "xxxx" MMC-yə qarşı avtomobilləein yuma məntəqəsinin fəaliyyətinin dayandırılması və zirzəmiyə giriş qapısının açılması tələbinə dair iddia ərizəsi üzrə ünvan 3 ünvanda yerləşən avtomobillərin yuyulma məntəqəsində blokun zirzəmisində giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılmasına dair mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilməsi qərara alınmışdır.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-32/2019 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə ünvan 2 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində və İİ blokun zirzəmisinə giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılmasına dair qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin ləğv edilməsi qərara alınmışdır.
20. İddiaçı ilə X17 arasında 29 noyabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən 32,6 m2 həcmində əsas sahəsini X9 hər ay 150 manat müqabilində icarəyə verməyi öz öhdəsinə götürür. Müqavilə 29 noyabr 2023-cü il tarixindən, 29 noyabr 2028-ci il tarixinədək bağlanmışdır.
21. 29 noyabr 2023-cü il tarixli icarə müqaviləsinə 1№-li 01 dekabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən X8 hər 3 aydan bir icarəyə götürülmüş obyektin işlətməsi nəticəsində əldə etdiyi gəlirin 70%-i İddiaçı ödəməli olması ilə bağlı bənd xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əlavə olunmuşdur.
22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir.
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikili iddia üzrə cavabdeh "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10733/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2019 saylı iş üzrə 28 avqust 2019-cü il tarixli qətnaməsi iddiaçılar Cavabdeh13, Cavabdeh5, Cavabdeh3, Cavabdeh16, Cavabdeh12, Cavabdeh8, Cavabdeh15, Cavabdeh9, Cavabdeh2, X5, X21, Cavabdeh4, Cavabdeh17, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh10, Cavabdeh18 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 6 ünvanda (hazırda ünvan 7stismarına verilmiş xx.xx.2017-ci il tarixli Ə-301-159 saylı icazənin (tikinti obyektinin istismarına icazə) ləğv edilməsi qərara alınmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, birgə iddiaçılar Cavabdeh3, Cavabdeh19, X14, X3, X7, Cavabdeh13 və Cavabdeh10 cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs İddiaçı) qarşı “istismara icazənin ləğv edilməsi” tələbinə dair iddialarının mümkün sayılmaması qərara alınmışdır.
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN üzrə vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatdan görünür ki, 2023-cü ilin 4-cü rübü VÖEN üzrə gəlirlər 5594 manat olmuşdur.
28. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.
30. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
33. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
34. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
35. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
36. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, hazırda iş üzrə cavabdehlər "xxxx" MMC-yə qarşı avtomobillərin yuma məntəqəsinin və İİ blokun zirzəmisinə giriş qapısının üzərində yerləşən yardımçı otağın fəaliyyətlərinə məhkəmə prosesi başa çatdırılanadək müvəqqəti qadağa qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi (əvvəlki adı iddianı təmin etmə tədbiri) ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-6135/2017 saylı qərardadı ilə ərizə təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 3 ünvanda yerləşən avtomobillərin yuyulma məntəqəsində və zirzəmidə giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir.
37. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdehlərin "xxxx" MMC-yə qarşı avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbinə dair iddiaları təmin edilmiş, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikili iddia üzrə cavabdeh "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir.
38. Həmin qətnamədən "xxxx" MMC və işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10733/2019 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3714/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə işi yeni baxışa göndərmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-144/2022 saylı qətnaməsi ilə İnşaatçı 3 MMC və maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(005)-236/2018 saylı qətnaməsi apellyasiya baxışının həddi olan ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilməmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 611/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-144/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 32/2019 saylı qərardadı ilə İnşaat-3” MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-6135/2017 saylı qərardadı ilə təmin edilmiş qadağalar ləğv edilmişdir.
43. Bundan sonra 29 noyabr 2023-cü il tarixli İddiaçı ilə X17 arasında icarə müqaviləsi bağlanmış və ünvan 4 ünvanında yerləşən 32,6 kv.metr həcmində sahə hazırki iş üzrə iddiaçı tərəfindən X9 icarəyə verilmişdir.
44. Hazırda iddiaçı müvəqqəti təminat tədbirinin qüvvədə olduğu müddət ərzində avtomobillərin yuma məntəqəsinin fəaliyyətinə qoyulmuş qadağa ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb edir.
45. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür.
46. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)- 6135/2017 saylı qərardadından görünür ki, cavabdehlər İddiaçı qarşı deyil, "xxxx" MMC-yə qarşı müvəqqəti təminat tədbiri ilə bağlı müraciət etmiş, qaldırdıqları iddia üzrə də cavabdeh məhz "xxxx" MMC olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə, yəni hazırki iş üzrə cavabdehlərlə "xxxx" MMC arasında məhkəmə çəkişmələrinin davam etdiyi müddətdə ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çıxarış almaqla mülkiyyət hüquqlarını təsdiq etdirmişdir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdə mülkiyyət hüquqlarını qeydiyyata aldırarkən artıq həmin qeyri-yaşayış sahəsi üzərində qadağa olduğundan məlumatlı olmuş, daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsindən işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayətlər vermişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdehlərin tələbi İddiaçı qarşı deyil, "xxxx" MMC-yə qarşı yönəlmişdir. Belə olan halda vurulmuş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu sübut edilmir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən “Müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər........Məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir.
48. Həmçinin qeyd olunmuşdur ki, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təqdirdə təmin edilə bilər.
49. Hazırki iş üzrə cavabdehlər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərkən onların hüquqdan sui-istifadə məqsədi ilə davranması, vicdanlılıq prinsipinə zidd davranması müəyyən edilmir.
50. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Bu hüquqlarından istifadə edən cavabdehlər də əsas iddiaları ilə birbaşa əlaqəsi olan avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin müvəqqəti qadağan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə də iddianı təmini tədbiri barədə qoyulan məsələ həll edilməzsə, qəbul edilmiş qətnamənin icrasının çətinləşmə ehtimalını nəzərə alaraq ərizələrini təmin etmişdir. Cavabdehlərin "xxxx" MMC-yə qarşı iddia tələbinin əsası da məhz avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbi olmuşdur.
51. Digər tərəfdən məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş X17 məhkəmə iclasında verdiyi izahatında İddiaçı 2005-ci ildən tanıdığını, sonuncu ilə aralarında bağlanmış icarə müqaviləsində icarə haqqının 150 manat müəyyənləşdirildiyini, müqaviləyə əlavə razılaşmada isə icarə obyektinin fəaliyyətindən əldə olunan gəlirlərin 70 %- i icarəyə verənə verilməsi barədə razılaşdıqlarını, əldə etdiyi gəlirlərin böyük hissəsini iddiaçıya verdiyini, iddiaçının isə ona müəyyən məbləğdə pul verdiyini qeyd etmişdir. Əlavə olaraq müvəqqəti təminat tədbirinin qüvvədə olduğu dövrdə də binanın zirzəmisində kimyəvi təmizləmə işlərini həyata keçirdiklərini bildirmişdir.
52. Qeyd olunanlardan görünür ki, baxmayaraq ki, avtomobillərin yuma məntəqəsində hər hansı fəaliyyətin göstərilməsinə məhkəmənin qərardadı ilə qadağa qoyulmuşdur, lakin X17 həmin dövrdə də fəaliyyət göstərdiklərini bildirmişdir. Belə olan halda iddiaçıya hansı zərərin dəyməsi sübut olunmur.
53. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil