Məhkəmə qərarları › İş №e-2(004)-1637/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1637/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1637/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" ASC-nin kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 vərəsələri olan cavabdehlərdən iddiaçının xeyrinə istehlak krediti üzrə ödənilməmiş 1957,65 manat əsas, 655,90 manat faiz, cəmi 2613,55 manat borc, kredit kartı üzrə 799,81 manat əsas, 258,04 manat faiz, cəmi 1057,85 manat kredit borcu və 56,72 manat dövlət rüsumunun, habelə 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddia ərizəsinə iddiaçı tərəfindən tələbi təsdiq edən sənədlər tam əlavə edilməmişdir. İddiaçı cavabdehlərin mərhum X1 vərəsələri olmasını və mərhumdan qalmış miras əmlakın qəbul edilməsini bildirmişdir. Lakin “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə alınmış məlumatlardan görünr ki, Cavabdeh2 adına hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 284-4. İşə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: ...284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər tam təqdim olunmadığından iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və iddiaçıya izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Təhminə Xəlilova İş № 2(004)-1637/2023 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal Rayon Məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" ASC-nin kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:20-də başladı. Prosessual hərəkət saat 14:40-da başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar