Məhkəmə qərarları › İş №e-2(004)-1641/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1641/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1641/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X1rşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X1rşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə X4 arasında bağlanmış 27 avqust 2015-ci il tarixli 117525- 1-8903/1 saylı kredit müqaviləsinə 1 saylı Razılaşmaya əsasən xx.xx.2023-ci il tarixə Banka borclu olduğu 15.794 ABŞ dolları məbləğində əsas borc, 2.361,07 ABŞ dolları məbləğində faiz borcu, 89,24 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 18.244,31 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 144,73 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun qanun üzrə vərəsə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş «Chevrolet Captiva minik» markalı, boz metal rəngli, mühərrik LE**********, ban KL1CD26U9CB110605, 2013-cü il buraxılışı olan **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçı "xxxx" ASC-nin cavabdeh X1rşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1rşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. xx.xx.2023-cü il tarixli (GPP qəbz nömrəsi: **********) qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 144,73 (bir yüz qırx dörd manat yetimiş üç qəpik) manat məbləğində pul Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar