Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1643/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.000 manat məbləğində kompensasiyanın qəsdən vurulmuş maddi ziyanın əvəzi olaraq alınıb ona ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında hələ 1999-cu ildə sözü gedən 237kv.m2 sahəli obyektlə qonşuluqda yerləşən digər 1220kv.m2 sahəli birgə mülkiyyətin bölünməsinə dair mübahisə düşmüş və nəticədə, 19 iyul 1999-cu il tarixli qətnamə ilə pay bölgüsü aparılmışdır. Bu qətnamədə öz təsdiqini tapan Sumqayıt şəhər XDS-nin rəyasət heyyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə əslində 1220kv.m2 sahə deyil, ilkin olaraq 220kv.m“ sahədə “Tello” müəssisəsinə alətlərin təmiri üçün torpaq sahəsi ayrılmışdır. Məhz bunun əsasında sözü gedən (220 kv.m2) 237kv.m2 sahədə bir mərtəbəli obyekt tikilmişdir. Sonradan Cavabdehla birgə fəaliyyət müqaviləsinin şərtlərini realizə etmək üçün sözü Dövlət rüsumunun ödənilməsi haqqında məlumat gedən (220 kv.m2) 237kv.m2 sahəli obyektin ətrafında əlavə iki mərtəbəli şərik bina inşa etmək üçün rəyasət heyyətinin köhnə qərarı əsasında 1993-cü ildə əlavə 1220kv.m2 torpaq sahəsinin icazəsi alınmaqla yerində inzibati bina inşa edilmişdir. Nəticədə İİ 1220kv.m2 sahəli bina üzrə 1999-cu il qətnaməsi icra olunsada, bu qətnamə sözü gedən (220 kv.m2) 237kv.m2 sahəli ayrıca obyektə şamil olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə qət edilmiş 4 iyun 2009-cu il tarixli qətnaməyə əsasən X1 “Tello” müəssisəsi, yəni sözü gedən (220 kv.m2) 237kv.m2 sahəli əmlaka vərəsəlik hüququ tanınmmışdır. Bundan xəbər tutan cavabdeh qabaqca onun binada ümumi girişdən istifadəsinə məhdudiyyət qoymuş, məcbur olub şəxsi vəsaiti ilə çöldən 2-ci mərtəbəyə ayrıca giriş pilləkanı tikdirmiş,daha sonra cavabdeh 2010-cu ildə sözü gedən (220 kv.m2) 237kv.m2 sahənin dam hissəsini, beton tava pilətələr, pəncərə və qapılarını söküb satmışdır. 2015-ci ildə isə qapalı şəraitdə sözü gedən (220 kv.m2) 237kv.m2 sahənin iç divarlarını traktorla dağıtdırmış, daşını satmışdır və sonda 2019-2020-ci ildə isə həmin sözü gedən (220 kv.m2) 237kv.m2 sahənin beton özül blokların kranla çıxarıb yükləyərək satmışdır. Yuxarıda sözü gedən satışlardan cavabdeh Bakıdan qızları üçün aldığı iki mənzilin təmirinə sərf etmişdir. İki mərtəbəli ümumu binada 2019-cu ildə baş vermiş fövqəladə qəzaya səbəb məhz bu sözü gedən (220 kv.nı2) 237kv.m2 sahəli yerin mütəmadi sökülməsi əsas səbəb olmuşdur. 1993-cü ilə qədər sözü gedən (220 kv.m2) 237kv.m2 sahəni müstəqil inşa etmək üçün “Tello” müəssisəsi tərəfindən alınan tikinti materiallarının siyahısı aşağıdakılardır: 25 000 mişar daşı, 100 ədəd beton özül bloku, 25 ədəd beton tava örtüyü, 11 ton sement. Cavabdeh tərəfindən qəsdən dağıdılmış sözü gedən (220 kv.m2) 237kv.m2 sahəli obyektin inşası zamanı sərf olunan əlavə xərclər (tikinti materiallarının daşınması, layihə-smeta və torpaq alınması xərcləri, usta-fəhlə və mühafizə xərcləri, qapı pəncərə sifarişi və kommunikasiya xətlərin çəkilişi xərcləri və s.) də vardır. Bu xərclər tələb olunan kompensasiya səbəbdir. Aralarında gedən mübahisə zamanı digər məsələlər üzrə istər FHN-nin, istərsə də Məhkəmə Mühəndis Ekspertizasının qərəzli rəyləri mövcuddur. Sözü gedən (220 kv.m2) 237kv.m2 sahəli obyektin sökülməsinə dair hər hansı ətraflı araşdırma aparılmamışdır deyə buna zərurət qalır. Cavabdehə məxsus 2 mərtəbəli binaya dair xx.xx.2007 tarixli texniki pasportunda hələ sökülməmiş sözü gedən (220 kv.m2) 237kv.m2 sahə binanın birinci mərtəbəsində arxa tərəfdə “Tello” müəssisəsinə məxsus ayrıca sahə kimi qeyd olunmuşdur. Bugün həmin sahənin yalnız yan və arxa divarı qalır. Cavadehə məxsus iki mərtəbəli bina girov səbəbindən artıq 2021-ci ildən Kapital bankın balansındadır. Cavabdeh mülkiyyət hüququnu itirməmişdən qabaq binada qanunsuz hərəkətlər etmiş, buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəticədə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudovanın iştirakı ilə xx.xx.2021-ci il tarixli qətnamə çıxarılmışdır. Sözü gedən (220 kv.m2) 237kv.m2 sahənin orta bazar qiyməti hər kv metrə 1000 manatdan hesablasaq bu 220.000 manat edər. Lakin o bu iddiasıyla ali humanistlik göstərib, vurulmuş ziyanın yalnız 10%-nin cavabdehdən alınaraq, ona ödənilməsini tələb edir. xx.xx.1999-cu il tarixdə təsərrüfat hesablı rayonlararası çoxsahəli müəssisənin direktoru Namazov.V.Ə tərəfindən təqdim olunmuş arayışın 10-cu abzasında sözü gedən (220 kv.m2) 237kv.m2 sahənin “Tello” müəssisəsinin balansında olması öz təsdiqini tapıb. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirən fiziki şəxslər İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında yaranmışdır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaları, habelə hazırki mübahisənin də qeyri-yaşayış sahəsi ilə bağlı olaraq məhz mülki mübahisə yox, sahibkarlıq fəaliyyətindən doğan kommersiya mübahisəsi olması işin faktiki hallarından görünür. Odur ki, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13 və 14-cü bəndlərində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin qərarın 25-ci bəndində qeyd edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1643/2023 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1643/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1643/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver