Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1648/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada onun xeyrinə 2500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30.12.2020-ci il tarixdə mülkiyyət hüququ Cavabdeh2 məxsus “Toyota Land-Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2500 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* seriyalı inzibati xəta haqqında protokola və Nərimanov Rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli, 3(005)-155/2021 saylı qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. 30.12.2020-ci il tarixdə mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən “Toyota Land-Cruıser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. 30.12.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 2500 manat məbləğində maddi ziyan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə "xxxx" X2 balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, Cavabdeh1 30.12.2020-ci il tarixdə mülkiyyət hüququ Cavabdeh2 məxsus “Toyota Land- Cruiser” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan Bakı şəhəri, N.Nərimanov rayonu, Heydər Əliyev prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Bakı Şəhəri İşığı” EŞM-ə məxsus 1 ədəd “Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2500 manat məbləğində maddi ziyan yetirmişdir. O, sübut olaraq məhkəmə elektron sistemi vasitəsi ilə foto şəkillər daxil edib. Foto şəkillərdə işıq dirəyinə vurulmuş ziyan açıq şəkildə görünür. Foto şəkillərdən aydın görünür ki, işıq dirəyinin tumba hissəsi qırılmışdır. Həmin tumbanın materialı çuğun olduğu üçün təmir etdirmək olmur. Zərər dəymiş hissə artıq yenisi ilə dəyişilib. Həmin tumbanın qiyməti 2500 manatdır. İşiq dirəyinin ümumu qiyməti çıraqsız 9300 manatdır. Çıraqla bir yerdə 12358 manat təşkil edir. Sadəcə dirək 2009-cu ildə qoyulduğundan 21% köhnəlmə dərəcəsi hesablanmış və dəymiş maddi ziyan 2500 manat civarında qiymətləndirilmişdir. Hazırda dəymiş maddi ziyanın hər iki cavabdehdən müştərək qaydada tutularaq "xxxx" EŞM-ə ödənilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. 30.03.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında qeyd etmişdir ki, o, qəza törətdiyini və işıq dirəyinə çırpıldığını etiraf edir. Lakin, hadisədən sonra qeyd edilən ziyanın dəydiyini görməyib. Sadəcə olaraq qapaq kimi bir şey çıxıb yerə düşmüşdü. O, elə düşünür ki, işıq dirəyində qeyd olunan miqdarda ziyan yoxdur. Avtomobil işıq dirəyinə dəyib, lakin işıq dirəyi məhv olmamışdı. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin vermiş olduğu izahatları dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 05.01.2021-ci il tarixdə BPİ-nin DYPİ-ində vermiş olduğu izahatından müəyyən olunur ki, 30.12.2020-ci il tarixdə o, mülki etibarnamə əsasında ona məxsus olan “Toyota Land-Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində, “Günəş” şadlıq sarayının yaxınlığında sürücülük vəsiqəsi olmadan idarə edərkən, idarə etməni itirib səkiyə və dirəyə dəymişdir. Hadisə nəticəsində xəsarət almamışdır. İş materiallarında olan DYPİ-nin İXP ******* seriyalı inzibati xəta haqqında protokoluna əsasən, “Toyota Land-Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 155/2021 saylı, 05.01.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 12.01.2009-cu il tarixli aktın əsli ilə təsdiq olunmuş surətindən müəyyən olunur ki, Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası dairəsindən Səttarxan körpüsünə qədər yeni yolun işıqlandırma sistemi əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir İş materiallarında olan "xxxx" X2 tərtib etdiyi 30.12.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində 30.12.2020-ci il tarixdə “Toyota Land-Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müəssisəyə məxsus “Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsinə zərər yetirmiş, yararsız vəziyyətə salmış və nəticədə müəssisəyə 2500 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan AC seriyalı, 664843 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Toyota Land-Cruiser minik” markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan AR-İ seriyalı, 936356 saylı və 15.12.2019-cu il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 bu etibarnamə əsasında ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakın üzərində sərəncam vermək hüququnu Cavabdeh1 23.10.2029-cu ilədək etibar etmişdir. İş materiallarında əlavə olunmuş foto şəkillərdən müəyyən etmək olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektindəki işıq dirəyinin aşağı tumba hissəsi dəymiş zərər nəticəsində yararsız vəziyyətə düşmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota Land-Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında digər Cavabdeh1 istifadəsinə verilmişdir. Cavabdeh1 30.12.2020-ci il tarixdə etibarnamə ilə istifadəsində olan “Toyota Land-Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində idarə edərkən, idarə etməni itirmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçı "xxxx" X2 balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektindəki işıq dirəyinə zərər dəymişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 2500 manat məvləğində pul vəsaitinin tutulmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 məhkəmə zalında vermiş olduğu izahatında 30.12.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində “Toyota Land- Cruiser minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində işıq dirəyinə zərər dəydiyini etiraf etmiş, lakin zərərin iddia tələbində qeyd olunan miqdarı ilə razı olmadığını bildirmişdir. Qeyd olunan hallar iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-155/2021 saylı, 05.01.2021-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğ qanuni və əsaslıdır. Belə ki, iş materiallarında əlavə olunmuş foto şəkillərdən və aktdan görünür ki, Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsinə hadisə nəticəsində zərər dəymiş və tam yararsız vəziyyət düşmüşdür. Eyni zamanda iddiaçı "xxxx" X2 məhkəməyə təqdim etdiyi qiymət aktından da müəyyən olunur ki, “Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsinin dəyəri 3180,00 manat təşkil etsədə, normaya görə köhnəlmə dərəcəsi nəzərə alınmaqla köhnəlmə dərəcəsinin məbləği 2500 manat hesablanmışdır. Odur ki, məhkəmə iddianın Cavabdeh1 münasibətdə təmin olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2500 manat məbləğində dəymiş zərərin Cavabdeh1 tutulması hissə üzrə əsaslıdır və təmin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota Land-Cruiser minik” markalı, **-VS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh1 sərəncamına vermişdir. Bu hal isə Cavabdeh2 baş verə biləcək hər-hansı hadisədə, həmin hadisənin iştirakçısı olmadığı təqdirdə məsuliyyətdən azad edir. Hazırki hadisəni isə Cavabdeh1 bilavasitə özü törətmişdir və sonuncunun məsuliyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin əvəzinin ödənilməsi avtobobilin sahibi Cavabdeh2 üzərinə qoyula bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1648/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1648/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver