Məhkəmə qərarları › İş №e-2(004)-1658/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1658/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1658/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB Azərbaycan ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 153634-CNS-18434/2 saylı nağd pul krediti müqaviləsinə əsasən 07.02.2022-ci il tarixə banka borclu olduğu 5098,83 manat məbləğində əsas borc, 5,66 manat məbləğində faiz borcu, ümumilikdə isə 5104,49 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 153634-CNS- 18434/2 saylı nağd pul krediti müqaviləsinə əsasən 05.04.2022-ci il tarixə banka borclu olduğu 4207,82 manat məbləğində əsas borc, 0,52 manat nəbləğində faiz borcu, ümumilikdə 4208,34 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, borcunu hissə-hissə ödəməyə çalışdığını bildirmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019cu il tarixli 153634-CNS-18434/2 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən müəyyən olunur ki, bank kreditalana 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, 7153,77 manat məbləğində kredit verməyi, kredit alan isə müqavilədə nəzərdə tutulan qaydada və müddətdə krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh ilki 12 ay güzəşt tətbiq edilməklə sonuncu ay 26.07.2024-cü il tarixdə 151,97 manat, hər ay 152,10 manat olmaqla cəmi 7372,41 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 26 iyul 2019-cu il tarixli 153634-CNS-18434/2 saylı Nağd pul krediti müqaviləsi üzrə 07.02.2022-ci il tarixinə 5098,83 manat məbləğində əsas borc, 5,66 manat məbləğində faiz borcu, ümumilikdə isə 5104,49 manat məbləğində borcu vardır. İş materiallarında olan 07.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 26 iyul 2019-cu il tarixli 153634-CNS-18434/2 saylı Nağd pul krediti müqaviləsi üzrə 07.02.2022-ci il tarixinə 4207,82 manat məbləğində əsas borc, 0,52 manat nəbləğində faiz borcu, ümumilikdə 4208,34 manat məbləğində borcu vardır. İş materiallarında olan 20.12.2021-ci il tarixli saylı pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinə, iş materiallarına, iddiaçının nümayəndəsinin izahatına və digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26 iyul 2019-cu il tarixli 153634-CNS-18434/2 saylı Nağd pul krediti müqaviləsinə əsasən 05.04.2022-ci il tarixə banka borclu olduğu 4207,82 manat məbləğində əsas borc, 0,52 manat nəbləğində faiz borcu, ümumilikdə 4208,34 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,04 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 153634- CNS-18434/2 saylı nağd pul krediti müqaviləsinə əsasən 05.04.2022-ci il tarixə banka borclu olduğu 4207,82 manat məbləğində əsas borc, 0,52 manat nəbləğində faiz borcu, ümumilikdə 4208,34 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,04 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar