Məhkəmə qərarları › İş №e-2(004)-1663/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1663/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1663/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsasalandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR8821913A299saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 813 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı kredit müqaviləsinə əsasən 4207.34 (dörd min iki yüz yeddi manat otuz dörd qəpik) manat əsas, 472.49 (dörd yüz yetmiş iki manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4679.83 (dörd min altı yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borcu, xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı kredit kartına dair müqaviləyə əsasən 439.29 (dörd yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 103.47 (yüz üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 542.76 (beş yüz qırx iki manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı kredit müqaviləsinə əsasən 4207.34 (dörd min iki yüz yeddi manat otuz dörd qəpik) manat əsas, 472.49 (dörd yüz yetmiş iki manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4679.83 (dörd min altı yüz yetmiş doqquz manat səksən üç qəpik) manat, xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı kredit kartına dair müqaviləyə əsasən 439.29 (dörd yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 103.47 (yüz üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 542.76 (beş yüz qırx iki manat yetmiş altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 72,73 (yetmiş iki manat yetmiş üç qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 813 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı kredit müqaviləsinə əsasən 4207.34 (dörd min iki yüz yeddi manat otuz dörd qəpik) manat əsas, 472.49 (dörd yüz yetmiş iki manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4679.83 (dörd min altı yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borcu, xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı kredit kartına dair müqaviləyə əsasən 439.29 (dörd yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 103.47 (yüz üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 542.76 (beş yüz qırx iki manat yetmiş altı qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X1 “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri və MM-in 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 813 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı kredit müqaviləsinə əsasən 4207.34 (dörd min iki yüz yeddi manat otuz dörd qəpik) manat əsas, 472.49 (dörd yüz yetmiş iki manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4679.83 (dörd min altı yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borcu, xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı kredit kartına dair müqaviləyə əsasən 439.29 (dörd yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 103.47 (yüz üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 542.76 (beş yüz qırx iki manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 72,73 (yetmiş iki manat yetmiş üç qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı kredit müqaviləsinə əsasən 4207.34 (dörd min iki yüz yeddi manat otuz dörd qəpik) manat əsas, 472.49 (dörd yüz yetmiş iki manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4679.83 (dörd min altı yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borcu, xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı kredit kartına dair müqaviləyə əsasən 439.29 (dörd yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 103.47 (yüz üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 542.76 (beş yüz qırx iki manat yetmiş altı qəpik) manat olmaqla yekun olaraq 5222,59 (beş min iki yüz iyirmi iki manat əlli doqquz qəpik) manat pul və ödənilmiş 72,73 (yetmiş iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR8821913A299 saylı kredit müqaviləsinə əsasən 4207.34 (dörd min iki yüz yeddi manat otuz dörd qəpik) manat əsas, 472.49 (dörd yüz yetmiş iki manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4679.83 (dörd min altı yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borcu, xx.xx.2022-ci il tarixli, BUMM8684336A299 saylı kredit kartına dair müqaviləyə əsasən 439.29 (dörd yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat əsas, 103.47 (yüz üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 542.76 (beş yüz qırx iki manat yetmiş altı qəpik) manat olmaqla yekun olaraq 5222,59 (beş min iki yüz iyirmi iki manat əlli doqquz qəpik) manat pul və ödənilmiş 72,73 (yetmiş iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar