Məhkəmə qərarları › İş №e-2(004)-1663/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1663/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1663/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 000 manat məbləğində qalıq borc pul vəsaitinin, həmin pul vəsaitinin vaxtında qaytarılmaması səbəbindən gecikdirilmiş vaxt üçün hesablanmış 170,83 manat gecikdirilmiş faiz borcu məbləğinin, habelə hüquqi yardıma görə ödənilmiş 600 manat məbləğində vəsaitin, etibarnamənin verilməsi üçün ödənilmiş 19,25 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,37 manat olmaqla, ümumilikdə 15 927,45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 02 oktyabr 2024-cü il tarixində 1 ay müddətində qaytarılması şərti ilə 20000 Azərbaycan manatı məbləğində borcun verilməsinə dair Borc Müqaviləsi imzalanmış və həmin müqavilə Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilməklə reyesterdə 3M-4514 № ilə qeydiyyata alınmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini razılaşdırmışlar. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Keçən müddət ərzində verilmiş borc məbləğindən cavabdeh tərəfindən 5000 Azərbaycan manatı məbləğində pul vəsaiti geri qaytarılmış, 15 000 Azərbaycan manatı məbləği isə qaytarılmamış olaraq qalmaqdadır. Müqavilə müddətinin bitməsindən sonra cavabdehlə dəfələrlə borc məbləğinin qaytarılmasına dair danışıqlar aparılsa da, cavabdeh hər dəfə müxtəlif vədlər verərək pul vəsaitinin növbəti günlər ərzində qaytarılacağını qeyd etmiş, lakin bu vədlərinə əməl etməmişdir. Hazırki iş üzrə cavabdehin 15 000 Azərbaycan manatı məbləğindən əlavə, həmin pul vəsaitinin ona vaxtında qaytarılmaması səbəbindən gecikdirilmiş hər gün üçün əlavə hesablanmış faiz borcu mövcuddur ki, həmin borcun ümumi məbləği 170,83 Azərbaycan manatı təşkil edir. Həmin məbləğin hesablanma düsturu aşağıdaki kimidir: 15 000 x 5% : 365 gün = 2,08 Azərbaycan manatı (bir gün üçün gecikdirilmiş məbləğə hesablanmış faiz borcu). 2,08 Azərbaycan manatı x 82 gün (2 ay 22 gün) (müqavilə müddətinin bitməsindən iddia ərizəsi verilən günə kimi) = 170,83 (bir yüz yetmiş manat 83 qəpik) Azərbaycan manatı. xx.xx.2025-ci il tarixində imzalanmış Hüquqi yardımın göstərilməsi haqqında EM-1900VK-4521/25 saylı Müqaviləyə əsasən İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar 600 Azərbaycan manatı məbləğində pul vəsaiti “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülmüşdür. Msolution ödəniş təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən etibarnamənin verilməsi üçün 19,25 Azərbaycan manatı məbləğində pul vəsaiti ödənilmişdir. Hazırki mərhələdə İddiaçı borc məbləğindən əlavə, onun üzərinə hesablanmış faizi, eyni zamanda çəkilmiş məhkəmə xərclərinin əvəzinin Cavabdeh tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-4514 nömrə ilə qeyd edilmiş borc müqaviləsinə əsasən borc verən borc alana 20000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə borc vermiş, borc alan borc verəndən 20000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə qəbul etmiş, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən etibarnamənin verilməsi üçün 19,25 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********97 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 137,37 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı ilə Faiq Nağıyev və partnyorları Vəkil Bürosu (vəkil Nümayəndə) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1900VK-4521/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 600 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 600 manat məbləğində pul iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yazılı şəkildə notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-4514 nömrə ilə qeyd edilmiş borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 20000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə borc vermiş, Cavabdeh İddiaçı 20000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə qəbul etmiş və borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 20000 manat məbləğində borcdan cəmi 5000 manat borcu qaytarmış, qalan məbləği isə bugünədək borc verənə qaytarmamışdır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə ki, qeyd edilənlər nəzərə alınmaqla, Cavabdeh xx.xx.2024-cü il tarixli, reyestrdə 3M- 4514 nömrə ilə qeyd edilmiş borc müqaviləsi üzrə ödənilməmiş 15000 manat məbləğində borc pulu İddiaçı ödəməlidir. Məhkəmə iddia tələbinin “pul vəsaitinin vaxtında qaytarılmaması səbəbindən gecikdirilmiş vaxt üçün hesablanmış 170,83 manat gecikdirilmiş faiz borcu məbləğinin iddiaçıya ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı borc müqaviləsinə əsasən aldığı borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə borc müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun da irəli sürülmüş iddia tələbi həcmində cavabdehdən tutulmasını qanuni hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi digər hissələrdə də təmin olunmalı, hazırkı iddianın qaldırılması ilə əlaqədar xərclər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 600 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,37 manat pul və etibarnamə üçün ödənilmiş 19,25 manat da tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat pul, gecikdirilmiş vaxt üçün hesablanmış 170,83 (bir yüz yetmiş manat səksən üç qəpik) manat, hüquqi yardıma görə ödənilmiş 600 (altı yüz) manat, etibarnamənin veriməsi üçün ödənilmiş 19,25 (on doqquz manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,37 (bir yüz otuz yeddi manat otuz yeddi qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat pul, gecikdirilmiş vaxt üçün hesablanmış 170,83 (bir yüz yetmiş manat səksən üç qəpik) manat, hüquqi yardıma görə ödənilmiş 600 (altı yüz) manat, etibarnamənin veriməsi üçün ödənilmiş 19,25 (on doqquz manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,37 (bir yüz otuz yeddi manat otuz yeddi qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar