Məhkəmə qərarları › İş №e-2(004)-1669/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1669/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1669/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Kredit Təşkilatı” MMC (bundan sonra Təşkilat adlanacaq) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 018/23/İKAsaylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 47927,01 (qırx yeddi min doqquz yüz iyirmi yeddi manat bir qəpik) manat, faiz borcu 2595.78 (iki min beş yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat, hesablanmış cərimə isə 313.78 (üç yüz on üç manat yetmiş səkkiz qəpik), cəmi ümumi borc 50836.57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manatın, iddia qaldırılması üçün ödənilmiş 243 manat dövlət rüsumunun Cavabdeh iddiaçı “X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması, tutmanın cavabdeh ilə bağlanan xx.xx.2023-cü il tarixli, 18/23/İKAİ nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə ona məxsus olan X4 markalı, 2022-ci il buraxılışlı, JTNB23HKXP3127160 ban nömrəli avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, həmin əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X2 Kredit Təşkilatı” MMC (bundan sonra Təşkilat adlanacaq) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 018/23/İKA saylı kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə avtomobil alınması üçün 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 59000 (əlli doqquz min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində kreditlə əldə edilmiş X4 markalı, 2022-ci il buraxılışlı, JTNB23HKXP3127160 ban nömrəli avtomobil girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 47927,01 (qırx yeddi min doqquz yüz iyirmi yeddi manat bir qəpik) manat, faiz borcu 2595.78 (iki min beş yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat, hesablanmış cərimə isə 313.78 (üç yüz on üç manat yetmiş səkkiz qəpik), cəmi ümumi borc 50836.57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddialarıyla yanaşı, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 50836,57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manatın və iddia qaldırılması üçün ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun tutulması xahiş etmişdilər. Hazırda, cavabdeh ödənişlərini həyata keçirmədiyi üçün faiz və cərimə borcu da mütənasib olaraq artır. Ərizələrinə əlavə olunan maliyyə arayışından da göründüyü kimi, hazırda onun yekun borcu 53,44 (əlli üç manat, qırx dörd qəpik) manat təşkil edir. Bununla yanaşı, məhkəmədə iddiaçını təmsil etmək üçün vəkillə müqavilə bağlanılıb və ona 500 (beş yüz) manat ödənilib. Digər tələblərlə qeyd edilən hər iki məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 may 2024-cü il tarixində keçirilən məhkəmə baxış iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunan: Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 018/23İKA saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən cavabdehə avtomobil alınması üçün 24 ay müddətinə, illik 26 faiz hesablanmaqla, 59000 (əlli doqquz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 018/23/İKA saylı ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan müqavilənin 1.2-ci bəndində qeyd olunmuş Kredit müqaviləsi üzrə İpoteka qoyanın öhdəliklərinin (bundan sonra “Əsas öhdəlik” adlanacaq) icrasının təmin edilməsi məqsədilə daşınar əmlakı (X4 markalı) İpoteka saxlayana girov qoyur. İpoteka qoyanla İpoteka saxlayan arasında Bakı şəhərində bağlanmış 29 mart 2023-cü il tarixli, 018/23/İKA saylı kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi”) əsasən İpoteka saxlayan İpoteka qoyana illik faiz dərəcəsi 26 % olmaqla, 59000 (əlli doqquz min) manat məbləğində, 24 ay müddətinə kredit verir. İpoteka qoyan isə Kredit müqaviləsinin şərtlərinə əsasən krediti, ona hesablanmış faizlərin ödənilməsilə birlikdə İpoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. İpoteka qoyan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, gecikmənin 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək ödənilməyən məbləğin 0,50%-i həcmində gündəlik cərimə hesablanır BA seriyalı 265199 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4” markalı**-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixli 018/23/İKA saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2024-cü il tarixinə əsas kredit borcu 47927,01 (qırx yeddi min doqquz yüz iyirmi yeddi manat bir qəpik) manat, faiz borcu 2365,06 (iki min üç yüz altmış beş manat altı qəpik) manat, hesablanmış cərimə 300,28 (üç yüz manat iyirmi səkkiz qəpik) manat olmaqla, ümümu borc 50592,35 (əlli min beş yüz doxsan iki manat otuz beş qəpik) manat məbləğində borcun ödənilməsi 5 (beş) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 47927,01 (qırx yeddi min doqquz yüz iyirmi yeddi manat bir qəpik) manat əsas, 4868,47 (dörd min səkkiz yüz altmış səkkiz manat qırx yeddi qəpik) faiz borcu borcu olmaqla, 549,11 (beş yüz qırx doqquz manat on bir qəpik) manat hesablanmış cərimə borcu vardır. xx.xx.2024-cü il tarixinə olan ümumi borc 53344,59 (əlli üç min üç yüz qırx doqquz manat əlli doqquz qəpik) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, OD1 nömrəli “ödəniş tapşırığından” görünür ki, "xxxx" MMC tərəfindən Nümayəndə hesabına 500 (beş yüz) manat vəsait köçürülümüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1.-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi borc hisəəsində tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən Cavabdeh bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınar əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehin mülkiyyətində olan “X4” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Finkapital BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 018/23/İKA nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 018/23/İKA nömrəli kredit müqaviləsi üzrə yaranmış 47927,01 (qırx yeddi min doqquz yüz iyirmi yeddi manat bir qəpik) manat əsas borc, 2595,78 (iki min beş yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 313,78 (üç yüz on üç manat yetmiş səkkiz manat) olmaqla, cəmi 50836,57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243 (iki yüz qırx üç) manat pul tutularaq iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilməli, tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş buraxılış ili 2022 olan, JTNB23HKXP3127160 bam nömrəli “X4” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməli, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 50836,57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243 (iki yüz qırx üç) manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməli və artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 018/23/İKA nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 018/23/İKA nömrəli kredit müqaviləsi üzrə yaranmış 47927,01 (qırx yeddi min doqquz yüz iyirmi yeddi manat bir qəpik) manat əsas borc, 2595,78 (iki min beş yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 313,78 (üz yüz on üç manat yetmiş səkkiz manat) olmaqla, cəmi 50836,57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243 (iki yüz qırx üç) manat pul tutularaq iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilsin. Tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş buraxılış ili 2022 olan, JTNB23HKXP3127160 bam nömrəli “X4” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 50836,57 (əlli min səkkiz yüz otuz altı manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243 (iki yüz qırx üç) manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar