Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1671/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh İbrahim oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh İbrahim oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İbrahim qızından xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsinə əsasən 4988,34 (dörd min doqquz yüz səksən səkkiz manat otuz dörd qəpik) manat əsas, 640,17 (altı yüz qırx manat on yeddi qəpik) manat faiz olmaqla, ümumilikdə 5628,51 (beş min altı yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat pulun və ödənilmiş 76,29 (yetmiş altı manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh İbrahim oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 20% dərəcəsi ilə 24 ay müddətinə 5088,34 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh İbrahim oğlunun xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 4988,34 (dörd min doqquz yüz səksən səkkiz manat otuz dörd qəpik) manat əsas, 640,17 (altı yüz qırx manat on yeddi qəpik) manat faiz olmaqla, ümumilikdə 5628,51 (beş min altı yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh İbrahim oğluna ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh İbrahim oğlu “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin təmin təmin olunması əsası ilə İddiaçı ASC ilə Cavabdeh İbrahim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən əhəmiyyəti yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh İbrahim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 24 ay müddətinə 5088,34 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4988,34 (dörd min doqquz yüz səksən səkkiz manat otuz dörd qəpik) manat əsas, 640,17 (altı yüz qırx manat on yeddi qəpik) manat faiz olmaqla, ümumilikdə 5628,51 (beş min altı yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 76,29 (yetmiş altı manat iyirmi doqquz qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsi ləğv edilməklə iddia tələbi təmin edilməli, 4988,34 (dörd min doqquz yüz səksən səkkiz manat otuz dörd qəpik) manat əsas, 640,17 (altı yüz qırx manat on yeddi qəpik) manat faiz olmaqla, ümumilikdə 5628,51 (beş min altı yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat pul və ödənilmiş 76,29 (yetmiş altı manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh İbrahim oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh İbrahim oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh İbrahim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5937102A103 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İbrahim oğlundan 4988,34 (dörd min doqquz yüz səksən səkkiz manat otuz dörd qəpik) manat əsas, 640,17 (altı yüz qırx manat on yeddi qəpik) manat faiz olmaqla, ümumilikdə 5628,51 (beş min altı yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat pul və ödənilmiş 76,29 (yetmiş altı manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1671/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1671/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver